10 mar 19:31yigma, manset

Ərəblərin gizlətdiyi oyunda yığmamız sevindi

Ərəblərin gizlətdiyi oyunda yığmamız sevindi
Yoldaşlıq oyunu
228. Qətər – AZƏRBAYCAN 1:2 (0:0)
22. Saad Əl-Şeb
3. Essa Yasser
20. Əkrəm Afif
10. Həsən Əl-Haydoş
14. Məhəmməd Əl-Sayed
16. Bualem Xuxi
18. Luis
13. İbrahim Əbdülməcid (k)
15. Pedro Migel Korreyra
23. Sebastyan Soria
7. Rodriqo Tabata
Ehtiyat oyunçular
1. Baba Ndiayd
21. Omar Bari
19. Əhməd Ələddin
11. Meşal Abdullah
9. Əli Afif
25. Fahad Əl-Abdulrahman
24. Almoez Əli
8. Əli Assadalla
12. Xəlifə İsmayıl
28. Musaab Xıdır
5. Assim Madibo
17. İsmayıl Mahmud
4. Muxtar Əli
2. Məhəmməd Musa
Baş məşqçi: Xorxe Fossati

23. Səlahət Ağayev
3. Məhəmməd Mirzəbəyov
14. Rəşad Sadıqov (k)
(7. Araz Abdullayev, 46)
6. Bədavi Hüseynov
26. Tellur Mütəllimov
2. Qara Qarayev
19. Rahid Əmirquliyev
9. Namiq Ələsgərov
(11. Rauf Əliyev, 46)
16. Cavid Hüseynov
(8. Elvin Məmmədov, 83)
18. Ağabala Ramazanov
(25. Ürfan Abbasov, 71)
10. Ruslan Qurbanov
(4. Tərlan Quliyev, 46)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
12. Anar Nəzirov
21. Arif Daşdəmirov
27. Mahir Mədətov
29. Abbas Hüseynov
Baş məşqçi: Robert Prosineçki
Qollar: T.Quliyev, 52 (0:1). R.Tabata, 55 (1:1). A.Abdullayev, 62 (1:2).
Vərəqələr: M.Əl-Sayed – 10. S.Ağayev, 15. C.Hüseynov, 81 – sarı.
Hakimlər: Ferenc Karako, Peter Berettian, Balaş Buzas (hamısı Macarıstan), Səud Əl-Atba (Qətər).
9 mart. Doha. “Əl-Sadd” stadionu.
Dünən yığmamız 2017-ci ildə ilk oyununu keçirdi. Qətərlə görüşün yayınlanmayacağı öncədən bəlli idi. Oyun günü bəlli oldu ki, sən demə qarşılaşmanın ictimaiyyət üçün gizli qalmasını meydan sahibləri istəyib. Özbəkistan və İranla seçmə mərhələ matçları ərəfəsində millimizlə yoldaşlıq oyununu məhz bu rəqiblərindən gizlətməyə çalışan ərəblər buna müyəssər oldu. “Əl-Sadd” stadionundan nə teleyayın oldu, nə də azarkeşlər arenaya buraxıldı. Bu üzdən yığmamıza dəstək vermək üçün Dohaya yollanan “Milli Dəstə”nin bir neçə üzvü arzusuna çatmadı. Bir sözlə, “sirli” oyun boş tribunalar önündə baş tutdu. Belədə yalnız AFFA-nın “feysbuk” səhifəsindəki qeydlərə əsasən görüşlə bağlı müəyyən təsəvvürlərə malik olduq. Prosineçki 90 dəqiqə boyunca qapını Səlahətə tapşırdı. Müdafiənin solunda Mirzəbəyovun qərarlaşması gözlənilən idisə, sağında Mütəllimovun yer alması xoş sürpriz idi. Əslində doğru olan da bu idi. Müdafiənin mərkəzində Hüseynov – Sadıqov tandemi qərarlaşmışdı. Onların önündə də “Qarabağ”lılar – Qarayev və Əmirquliyev yer almışdı. Cavid oyunqurucusu kimi çıxış edirdisə, cinahlarda Namiqlə Ağabala cinahlardan Ruslana dəstək verirdi. Maraqlıdı ki, internet qaynaqlarında Qətərin əvəzetmələri göstərilməyib. Bəlkə də həqiqətən Xorxe Fossati 90 dəqiqə boyunca ilk “11-liy”ə toxunmayıb. Meydan sahibləri 15-ci dəqiqədə cərimə zərbəsindən fərqlənməyə yaxın olub. Ancaq Ağayev komandamızı qoldan xilas edib. Millimizdə ilk təhlükəli vəziyyəti Cavid yaradıb. Onun zərbəsini rəqib qapıçı dəf edib. Əl-Şeb daha sonra Mirzəbəyovun fərqlənməsinə imkan verməyib. Ələsgərovun vuruşu zamanı isə dirək ərəblərin dadına çatıb. İlk hissədə Səlahət rəqib futbolçuyla təkbətək mübarizədən qalib ayrılıb. Hissənin son 10 dəqiqəsində millimiz daha fəal oynasa da, ilk 45 dəqiqədə hesab açılmayıb. Prosineçki ikinci 45 dəqiqəyə bir neçə əvəzetməylə başlayıb. Hücum xəttini daha da gücləndirən xorvatiyalı baş məşqçi bunun faydasını görüb. Meydana sonradan daxil olan Tərlan künc ötürməsindən sonra rəqib torunu silkələyib. Ərəblərin heyətində isə legioner futbolçu fərqlənib. Vaxtilə şərəfini qorumuş braziliyalı legioner Tabata “status-kvo”nu bərpa edib. Ancaq meydan sahiblərinin sevinci çox çəkməyib. “Qəbələ”lilərin qurduğu hücum məhsuldar alınıb. Cavidin asmasını Araz başla dəqiq tamamlayıb. Abdullayev dubl etməyə yaxın olub. Onun cərimə zərbəsini qapıçı dəf edə bilib. Beləliklə, yığmamız 2017-yə qələbəylə başlayıb.
Reaksiyalar
Robert Prosineçki: “Özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. Komanda pis təsir bağışlamadı. Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər. Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik. Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər. Ümumi götürdükdə komandanın çıxışından razı qaldım. Bizim üçün vacib sınaq idi. Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə millinin forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik”.
Rəşad Sadıqov: “Qarşılaşma maraqlı alındı. Hər iki komanda texnikalı oyuna üstünlük verdi. Komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı. Rəqibin də qol vurmaq üçün imkanları oldu. Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə qələbə qazanmaq istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi. Ümumi götürdükdə qələbənin faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək üçün şans verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu”.
Maraqlıdı...
AFFA-dan verilən məlumata görə, yığmamızın səfər xərclərini Qətər üzərinə götürüb. Bu oyun yoxlama oyunları “pəncərə”sinə daxil olmasa da, nəticə reytinqə təsir edəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar