05 dek 13:02yigma

Slovakiyalılar iddalı və ehtiyatlıdı

Slovakiyalılar iddalı və ehtiyatlıdı
Hamşik: “Azərbaycana heç bir halda yuxarıdan aşağı baxmayacağıq”
Millinin AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Makedoniya ilə eyni qrupda yer aldığını bilirsiz. Ötən sayımızda rəqib düşərgədən olan bəzi açıqlamaları diqqətinizə çatdırmışdıq. İndi isə yeni fikirlərlə sizləri tanış edəcəyik.
Xorvatiya millisinin sabiq baş məşqçisi Miroslav Blajeviç qrupla bağlı bunları deyib: "Zlatko Daliç bunun asan qrup olmadığını düşünməkdə haqlıdı. Futbolda asan heç nə yoxdu. Dürüst olmaq lazımdısa, Almaniya və Serbiya ilə bir qrupa düşmədiyimiz üçün bunu Tanrının bizə köməyi hesab edirəm. Ancaq indi hətta autsayder sayılan komandaya qarşı da diqqətli olmalı və konsentrasiyanı itirməməlisən. Hər oyunda maksimum gücü ortaya qoymaq lazımdı. Təbii ki, bundan da nisbətən rahat qrupa düşmək olardı. Komandanın öz zehniyyəti var. Daliç futbolçuları qələbəyə kökləmək və inandırmaq üçün psixoloji cəhətdən yaxşı hazırlaşdırmaq məcburiyyətində qalacaq. Bütün komanda yalnız qrupu zirvədə bitirmək barədə düşünməlidi".
İndi isə Slovakiya millisinin üzvlərinin fikirlərini diqqətinizə çatdıraq.
Martin Dubravka (qapıçı): "Fikrimcə, balanslı qrupa düşmüşük. İstənilən komanda rəqibini büdrədə bilər. Əlbəttə, favorit Xorvatiyadı. Onların heyəti dünya ulduzları ilə əhatələnib. Bizi heç də asan mübarizə gözləmir. Şəxsən mən yenidən İngiltərə ilə qarşılaşmaq istərdim. Çünki "Uembli"də onlara qarşı oynamaq əla təcrübədi. Önəmli deyil, düşdüyümüz qrupda da maraqlı komandalar var. Macarıstanlı azarkeşlərə görə onlarla görüşlərimiz maraqlı alınacaq. Onlar xüsusən də ev oyunlarında ac olacaqlar. Bizi həyəcanlı matçlar gözləyir. Çox yaxşı kollektivimiz var. Yenidən güclü oyunlar ortaya qoyaraq, mərhələni adlamağa çalışacağıq".
Milan Şkrinyar (müdafiəçi): "Püşkatmadan sonra xoşbəxtəm. Düzdü, asan olmayacaq. Bilirik ki, Avropada artıq zəif rəqib yoxdu. Qrup mərhələsinin oyunlarını səbirsizliklə gözləyirik. Ən yaxşı nəticəni göstərməyə çalışacağıq. Bunu bacaracağımıza da inanırıq. Elə bir komanda yox idi ki, onunla qarşılaşmaq və ya qarşılaşmamaq istəyim. Amma ötən həftə "İnter"dəki xorvatiyalılarla deyirdik ki, bir qrupa düşəcəyik. Belə də oldu".
Martin Şkrtel (müdafiəçi): “Daha asan qrupa da düşə bilərdik. Amma bundan çətini də mümkün idi. Elə qrupa düşmüşük ki, burda oynamaq da olar, uğursuzluq yaşamaq da. Aşkar favorit Xorvatiyadı. Uels, Slovakiya və Macarıstan səviyyə baxımından oxşardı. Komandanın, ayrı-ayrı futbolçuların matçlar zamanı hansı formada olması həlledici rol oynayacaq. Uelsdə çox şey komandanın lideri Qaret Beyldən asılıdı. Amma digər oyunçuların da əksəriyyəti İngiltərə premyer-liqasında çıxış edir. Macarıstanla derbimiz azarkeşlər üçün də maraqlı olacaq. Azərbaycanı da unutmaq olmaz. Bu komanda münasib olmayan rəqibdi. Final mərhələsinin ev sahiblərindən biri Bakı olduğu üçün onlar həlledici mərhələyə yüksəlməkdən ötrü mümkün hər şeyi edəcək. İlk iki yerdən birini tutmaq gücündəyik. Bu, bizim evdə İspaniyanı udmağımız qədər vacibdi. İndi isə Xorvatiya ilə məsələni həll etməliyik. AÇ-2020-yə yüksəlmək üçün mümkün qədər çox xal toplamalıyıq. Artıq komandamızda təkcə səviyyə deyil, həm də əvvəlki tsikllərdə toplanan təcrübə də var. Final mərhələsinə vəsiqəyə iddia etmək iqtidarındayıq”.
David Hançko (müdafiəçi): "Çox maraqlı qrupa düşmüşük. İndidən hesablama aparmaq mümkün deyil. Seçim imkanım olsaydı, yenidən belə bir qrupu sınayardım. Rəqiblərə baxdıqda xoşbəxt ola bilərik. Düzdü, qrupumuzda Xorvatiya kimi dünya səviyyəli komanda var. Ümumiyyətlə, diqqəti çəkən məqamlar çoxdu. Burdan final mərhələsinə adlayacağımıza inanıram. Bu, mənim üçün çox qiymətli hədiyyə olar. Ən böyük arzum budu. Qəribə rəqiblərimiz var. Bu gün yığmaların səviyyələrini ölçmək çox çətindi. Slovakiya, Uels və Macarıstanın gücünün bir-birinə yaxın olduğunu düşünmək olar. Ancaq Azərbaycanı da unutmaq axmaqlıq olar. Onlar dəfələrlə güclü komandaları büdrətməyi bacarıblar. Fikrimcə, 5 komandanın hər biri digərindən xal ala biləcək gücdədi. Bizim üzərimizə düşən klubda necə, millidə də o cür hazırlaşmaqdı".
Marek Hamşik (yarımmüdafiəçi): "Məncə, püşkatmanın nəticəsi çətin zarafat oldu. Qrupumuza Xorvatiya kimi sevilən komanda düşüb. Onlar son dünya çempionatının gümüş mükafatçılarıdı. Uels arzuolunmaz rəqibdi. AÇ-2016-da onlarla başabaş mübarizə aparmışdıq. Uelsin baş məşqçisi Rayan Giqqz rəqiblər üçün xoşagəlməz futbol oynadır. Maraqlısı budu ki, mən indiyə qədər Macarıstana qarşı çıxış etməmişəm. Qonşularla matçları səbirsizliklə gözləyirəm. Çünki yaxşı azarkeşləri var. Çox sayda fanatlar onları həm evdə, həm də səfərdə dəstəkləyirlər. Macarıstana qarşı iki maraqlı oyun keçirəcəyik. Azərbaycan çətin rəqib deyil. Ancaq onlara heç bir halda yuxarıdan aşağı baxmayacağıq. 6 xal almalı olduğumuz rəqibdi. Yenə də vurğulayıram ki, Azərbaycanın gücünü kiçiltmək fikrində deyiləm".
Adam Zrelak (hücumçu): "Elə bir komanda yox idi ki, onunla eyni qrupa düşməyi arzulayım. Təbii, Almaniya və İspaniya ilə eyni qrupa düşmədiyimiz üçün sevinirəm. Ancaq dünya çempionatında yüksək səviyyədə çıxış edən Xorvatiya ilə qarşılaşacağıq. Bir sözlə, işimiz asan olmayacaq. Qrupumuzdakı digər komandalara gəlincə, Uels və Macarıstanla ağır "döyüş"lərə çıxacağıq. Həmçinin Azərbaycana qarşı da fərqli olmayacaq. Çətin, balanslı və maraqlı qrupdu. Hər matçda iddialı olacağıq. İnanıram ki, uğur qazanacağıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar