09 mar 18:24yigma, manset

AFFA Riçard Almeydaya görə gülünc duruma düşdü

AFFA Riçard Almeydaya görə gülünc duruma düşdü
Yığmanın Qətərlə oyun üçün heyəti açıqlananda bir sıra adlar diqqəti çəkdi. Bunlardan biri də Riçard Almeyda idi. “Axı braziliyalının millimizdə oynamasına icazə verilməyib, Robert Prosineçki ona niyə dəvət göndərib” sualına cavab tapmaq o qədər də çətin deyildi. Artıq mövsümün sonunda Riçardın “milliləşdirilməsi” məsələsinin müsbət sonluqla bitəcəyini düşünən xorvat mütəxəssis ona da dəvət göndərməyi uyğun görüb. Prosineçkinin arxasında dağ kimi dayanan AFFA isə bu düşüncəyə normal, daha doğrusu, isti yanaşıb. Fikir də bu olub ki, Almeyda indidən yığmanın ab-havasına uyğunlaşsın. Beləcə FİFA-dan müsbət cavab alındıqdan sonra “sambaçı” uyğunlaşmaya əlavə vaxt itirməsin. Bir sözlə, bu düşüncənin tərəfdarları özləri-özlərini haqlı sayıb və ideyalarına görə çox güman, qürrələnməyə də vaxt tapıblar. Ancaq...
İlk gündən “Futbol+” olaraq bu məsələdə anormallıq olduğunu yazmışdıq. Ən sadə məntiqi işə salmaq kifayət idi: FİFA-dan müsbət cavab alınmamış bir futbolçunu yoldaşlıq oyununa dəvət etmək ən azı etik cəhətdən doğru deyil! Sabah ali futbol qurumu icazə verməyəndə həm futbolçu ciddi mənəvi zərbə alacaqdı, həm də AFFA gülünc duruma düşəcəkdi. Sən bir futbolçunu işindən-gücündən et, “bizimkisən” deyib Dohaya apar, sonra da alınmasın. Adama deməzlər, əmin olmadığın işə niyə girişirsən? Deyərlər. Özü də Almeyda ilə bağlı AFFA-dan hələ bazar ertəsi – yığma toplanış üçün Bakıda bir araya gələn günü açıqlama almışdıq. Maraqlı məqam o idi ki, heç olmasa, Riçarda Azərbaycan pasportu verilibmi? Aydın oldu ki, bu da reallaşmayıb. Bir sözlə, Almeydanın yığmaya çağırılmasının, Qətərə aparılmasının normal durum olmadığını oxucularımıza çatdırmağı borc bilmişdik.
Bəlkə də məhz bizim bu məqamı qabartmağımız AFFA-nı da “ayıltdı”. Hər halda, Almeydanın yığmadan ayrılması ilə bağlı xəbər hər şeyi deyir. Məlumatda deyilir: “Riçard millinin ab-havasını hiss etmək, uyğunlaşma prosesinin başlanması məqsədilə baş məşqçi tərəfindən toplanışa dəvət olunmuşdu. Almeydanın Azərbaycan yığmanın heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FİFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir”.
Qeyd edək ki, martın 6-da yığma Bakıda bir məşq keçib. Həmin hazırlıq “Dalğa Arena”da gerçəkləşib. Növbəti gün isə komanda Qətərə yollandı. Riçardın Qətərə aparılmamasına məhz “Futbol+”in məsələni aktuallaşdırmasından sonra qərar verildiyini düşünməyə əsasımız var. Belə deyildisə, heyət açıqlananda bu haqda belə bir qeyd yazılardı: Riçard Bakıdakı bir məşqdə iştirak edib, komandadan ayrılacaq. O başqa məsələ ki, bir məşqlə komandaya uyğunlaşma prosesinin başladığını söyləmək də gülməlidi. Ümumiyyətlə, yığmanın indiki heyətində Riçarddan başqa “Qarabağ”ın 8 oyunçusu da varsa, hansı uyğunlaşmadan söhbət gedir? Qaş düzəltmək istədilər, vurub gözü də çıxardılar...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar