22 noy 21:53yigma

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Səlahət Ağayev – 3,0
Kamran Ağayev zədələnəndən sonra “1 nömrə”yə çevrilən qolkiper Kosovo səfərində “Neftçi”dəki çıxışının heç 10 faizini göstərə bilmədi. Qoruduğu qapıda 4 qol görən Ağayev komandasının xilaskarı funksiyasını yerinə yetirmədi.
Təmkin Xəlilzadə - 3,0
90 dəqiqə boyunca bir dəfə də qapı önünə nə normal ötürmə verə bilidi, nə asma. Halbuki “Qəbələ”nin sol cinah müdafiəçisi premyer-liqa matçlarında bu işin öhdəsindən məharətlə gəlir.
Maksim Medvedev – 3,0
Təcrübəli müdafiəçi komandanın lideri olub, çətin anlarda irəli apara bilmədi. Əvvəlki qarşılaşmalarda hücuma dəstək verən Maksim Kosovo ilə qarşılaşmada sanki bütün bunları unutmuşdu.
Bədavi Hüseynov – 3,5
Sanki “naşı ifaçılardan qurulmuş, ilk dəfə səhnəyə çıxmış ansambl”da yeganə peşəkar musiqiçiyə bənzəyirdi. Onun da yer aldığı müdafiə xətti rəqibin 4 dəfə fərqlənməsinə imkan versə də, Hüseynov komanda yoldaşları ilə müqayisədə, az da olsa, daha yaxşı təsir bağışladı.
Pavel Paşayev – 2,5
“Milliləşdirilmiş” müdafiəçi Kosovoda ən bərbad təsir bağışlayanlardan biri oldu. Rəqibin vurduğu bütün qollarda səhvə yol verən müdafiəçi 4-cü qol zamanı özünü tam biabır etdi.
Qara Qarayev – 3,0
Priştinadakı matçda Qara adına layiq oyunla yadda qaldı. Hərdən adama elə gəlirdi ki, dayaq yarımmüdafiəçisi, ümumiyyətlə, ilk dəfə meydana çıxır. Xaotik yerdəyişmələr, ünvansız ötürmələr, ikili mübarizələrin əksəriyyətindən məğlub ayrılmaq – bunlar hamısı Qaranın adına yazılmalıdı.
Riçard Almeyda – 3,0
Çoxları Kosovo ilə görüşdə 90 dəqiqənin qəhrəmanının “milliləşdirilmiş” braziliyalı olacağını düşünürdü. Növbəti dəfə Riçardın “böyük və vacib oyunların oyunçusu olmadığı” sübut olundu. Ləng hərəkəti, topu lazımsız yerə özündə saxlaması rəqibin işinə yarayırdı. Böyük ümidlər bəslənən futbolçu 90 dəqiqə ərzində yalnız bir dəfə uzaqdan zərbə ilə yadda qaldı ki, həmin anda Kosovonun qolkiperi “mərmi”ni dəf etməyi bacardı.
Araz Abdullayev – 3,0
Ümidləri doğrultmayan daha bir yığma üzvü. Matç ərzində yalnız bir dəfə diqqət mərkəzinə düşdü ki, onda da rəqib futbolçunun cərimə meydançasının daxilində sürüşməsindən istifadə edib, topu qapıya paralel ötürmək əvəzinə özü “çərçivə”ni nişan almağa qərar verdi. İti bucaq altında yerinə yetirdiyi zərbə isə qapı torunu yandan silkələyib çölə çıxdı.
Dmitri Nazarov – 2,5
Görüşün antiqəhrəmanı desək, yanılmarıq. “Fadil Vokri”də nə etmək istədiyini bəlkə özü də bilmirdi. Bir neçə gün öncə keçirilən Farer adaları ilə qarşılaşmada meydanda ən yaxşılardan olan Dmirti Priştinada ayağını sürüməklə yadda qaldı.
Mahir Mədətov – 2,5
Farer adaları ilə matçda baxımlı qolla yadda qalan, Rusiya telekanalının Xristo Stoiçkova bənzətdiyi vinger Kosovoda məşhur bolqarın heç kölgəsinə də oxşamırdı. Birəbir mübarizələrin hamısında topu rəqibə verməklə yadda qaldı.
Rüfət Dadaşov – 2,5
Böyük bəh-bəhlə, 4 illik fasilədən sonra millinin düşərgəsinə dəvət olunan forvard cari tskildə meydana çıxdığı heç bir görüşdə adını tabloya yazdıra bilmədi. Almaniyanın 3-cü liqasında çıxış edən “Proyssen”də 15 oyuna 7 dəfə fərqlənən Dadaşov Kosovoda da “qol orucu”nu poza bilmədi. Rüfət nəinki fərqləndi, ümumiyyətlə, heç nə ilə yadda qalmadı. Onun meydanda varlığı ilə yoxluğu bilinmirdi.
Əfran İsmayılov – 2,5
Qurban Qurbanov yarımmüdafiəçinin fərdi keyfiyyətlərini, hücumu kəskinləşdirmək bacarığını nəzərə alıb ikinci yarının ilk dəqiqələrindən yarımmüdafiəçini meydana buraxsa da, o da komandaya kömək edə bilmədi. Əfran da komanda yoldaşları kimi itib-batdı.
Mirabdulla Abbasov – 3,0
Forvard təxminən yarımsaat iş başında oldu. Bu müddətdə bir zərbə ilə yadda qaldı ki, o da qeyri-dəqiq alındı.
Ruslan Qurbanov – 2,5
71-ci dəqiqədə Araz Abdullayevi əvəzləyən “Səbail”in forvardı meydanda olduğu nüddətdə sürətinə güvənib bir uzun reyd etdi ki, sonda topu rəqibə “bağışlayıb” edib geri qayıtdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar