20 noy 00:20yigma

Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq”

Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq”
Qurbanov: “Kosovoya qələbə üçün gedəcəyik”
Oyun başa çatandan sonra ənənəvi mətbuat konfransı keçirildi. Öncə konfrans salonuna qonaqların baş məşqçisi Lars Olsen daxil oldu. Danimarkalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü. Yeri gəlmişkən, onu da qeyd edək ki, oyunu işıqlandırmaq üçün Farer adalarından Bakıya 6 jurnalist gəlsə də, onlardan yalnız biri konfransda iştirak etdi.
- Azərbaycanı təbrik edirəm. Bu gün daha yaxşı idilər və qələbəni haqq etdilər. Oyunu iki hissəyə bölmək olar. Birinci hissədə Azərbaycan daha çox topla oynadı və biz müdafiə olunduq. Rəqibə fərqlənmək üçün elə də çox imkan yaratmadıq. Sadəcə, səhvlərdən iki qol buraxdıq. İkinci hissədə daha yaxşı oynadıq. Ancaq Azərbaycan layiqli qələbə qazandı.
- Qısa müddətdə Azərbaycana və Kosovoya qarşı iki oyun keçirmisiz və hər iki komandanı yaxşı tanıyırsız. Bu komandalar arasında baş tutacaq son oyunda hansı daha şanslıdı?
- Kosovo bu gün 5:0 hesabı ilə qələbə qazanıb. Onlar evdə oynayacaqlar. Çox maraqlı və gərgin qarşılaşma olacaq. Hər iki komanda qələbə qazana bilər. Onu da bildirim ki, Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq.
Olsenin təxminən 5 dəqiqə çəkən konfransından sonra salona millinin baş məşqçisi Qurban Qurbanov daxil oldu. 46 yaşlı mütəxəssis əvvəlcə 2:0 hesabı ilə qələbə qazandıqları matçla bağlı fikirlərini səsləndirdi, ardınca sualları cavabladı.
- Futbolçularımı təbrik edirəm. Bu qələbə çox vacib idi. Şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandı öz meydanımızda qələbəmiz yox idi. Rəqib ilk dəqiqələrdən fərqli sistemdə oynadı. Buna hazırlaşmışdıq. İlk hissəni bu sistemdə keçirdilər. Fasilədən sonra oyunun nəzarətini bir qədər əldən verdik. Vaxt ötdükcə isə hər şey qaydasına düşdü və yenidən üstünlüyə yiyələndik. Futbolçulardan razı qaldım. Vacib səfər oyunumuz qalır. Mütləq qələbə lazımdı. Paltardəyişmə otağında futbolçulara dedim ki, hər birinizə inanıram. Kosovoya qələbə üçün gedəcəyik. Bunun üçün nə lazımdısa, etməyə çalışacağıq. İnşallah, futbolçular bunu bacaracaq və nə qədər gücləri varsa, hətta artığını meydanda qoyacaqlar.
- Növbəti matçın vacibliyi oyununuza necə təsir edəcək? Futbolçular təzyiqin öhdəsindən gələ biləcək?
- Futbolçular dərk edirlər ki, Kosovo ilə görüş bizim üçün çox vacibdi. İnanmıram ki, bu, onlara pis təsir etsin. Əksinə, belə oyunlar bütün kollektivi möhkəmləndirməlidi. Son görüşdə hər biri heç nədən çəkinmədən ən yaxşı oyununu göstərməyə çalışacaq.
- Bir neçə futbolçu ilk dəfə millidə idi. Onların çıxışından razı qaldız?
- İlk dəfə idi ki, bir yerdə çalışırdıq. Amma ilboyu onlara nəzarət edirdik, hər birinə bələdik. Bu gün təkcə Mirabdulla meydana çıxdı. Vaxtı az olsa da, pis təsir bağışlamadı. Hər birindən razıyam. Hamısı çox böyük istək və həvəslə oynamağa hazırdı.
- İlk dəfə komanda 90 dəqiqə ərzində bu qədər künc zərbəsi vurmaq imkanı qazandı. Təəssüf ki, 17 künc zərbəsindən istənilən kimi istifadə olunmadı. Yalnız son dəqiqələrdə standart vəziyyətdən sonra qapı istiqamətində bir zərbə oldu.
- Düzdü, say çox oldu. Rəqəmi bilmirdim,sizdən eşitdim. Məncə, ümumən pis alınmadı. Qol olmasa da, bunların üzərində çalışmışdıq. Bir neçə nöqtə var idi ki, topu meydanda ora göndərməyi planlaşdırmışdıq ki, bu da alındı. Onu da nəzərə alın ki, rəqibin hər üç mərkəz müdafiəçisi ucaboy idi. Olub ki, 1-2 standart vəziyyət əldə etmişik və onlardan yararlanmışıq. Nə hazırlamışdıqsa, onlardan istifadə etdik.
- Bu gün meydana çıxan futbolçulardan dördü - Almeyda, Nazarov, Qarayev və Medvedev vərəqə limitində idi. Bu oyunda adını qeyd etdiklərimizdən hər hansı biri cəzalansaydı, Kosovo ilə matçı buraxacaqdı. Ancaq siz risk edərək sona qədər onları meydanda saxladız. Bu məcburiyyətdən irəli gəlirdi, yoxsa futbolçularınızın ehtiyatlı oynayacağına əmin idiz?
- Futboldu, çəkinməli bir şey yoxdu. Dəyişikliklər ola bilərdi. Amma Kamranla Pavelin zədələnməsi dəyişikliklərlə bağlı planlarımıza təsir etdi.
- Demək olar ki, millinin optimal heyəti formalaşıb. Amma Kosovo ilə oyuna da bu futbolçuların gücü çatacaq?
- Rəqibin oyununu bilirik. Amma sabah son matçlarını bir daha təhlil edəcəyik. Hansı heyət daha uyğun olsa, həmin futbolçuları meydana buraxacağıq. Kamranla Pavelin oynayıb-oynamayacağı bilinmir. Mikrozədəsi olan futbolçular var. Statistikaya baxacağıq ki, hansı futbolçu daha çox yüklənib. Ola bilər ki, bir-iki dəyişiklik edək.
- Qrupdan çıxmaq əsas məqsəddi, yoxsa minimum?
- Açığı, həmişə çalışmışam ki, hər turnirdə maksimum nəticə qazanaq. Nə dərəcədə alındığını deyə bilmərik. 4 oyun öncə şansımız var idi və indi də var. Bundan maksimum istifadə etməyə çalışacağıq. Kosovoya qələbə üçün gedəcəyik. Alınmamaq ehtimalı barədə düşünmürəm. Oyunçularla söhbətimdə dedim ki, bu oyun arxada qaldı və növbəti matçda xarakter göstərib qələbə üçün hər şeyi etməliyik.
- Dediz ki, hər bir detala diqqət edəcəyik. Oyun günü Kosovoda temperatur 0 dərəcə olacaq. Bakıda +12-15 dərəcədən sonra soyuq havada meydana çıxmaq oyunçulara problem yaratmayacaq?
- Görürəm, əməlli-başlı statistika hazırlamısız. Oyuna belə maraq göstərdiyiniz üçün sizə bravo düşür. Farer adalarında da hava şəraiti bizim üçün xoş deyildi. Amma hamımızın bir düşüncəsi var ki, təbiətdə pis hava yoxdu. Bəzən belə temperaturlarda ona uyğun oyun qurmağa çalışırsan və futbolçuların konsentrasiyası daha yüksək olur.
- Sanki bu gün Qurban Qurbanov həmişəkindən daha nikbin və iddialıdı...
- Mən həmişə iddialı olmuşam. Bəzi oyunlar var ki, buna daha çox ehtiyac olur. Mən səfərə qələbə hissləri ilə getmək istəyirəm. Futbolçular lazım olsa, döyüşməyi hiss etməlidilər. Təbii ki, futbol elementlərini unutmayaraq. Bizə ancaq qələbə lazımdı. İnamlı olmalıyıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar