18 noy 12:38yigma

Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar”

Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar”
Yığmanı Farer adaları ilə görüşdə yalnız qələbə qane edir. Qurban Qurbanovun yetirmələri bu rəqib üzərində səfərdə qazandığı nəticəni evdə də təkrarlamalıdı. Söhbət 3:0 hesablı darmadağından getmir. Hazırda elə bir andı ki, böyükhesablı qələbə haqda düşünməyin yeri yoxdu. Əsas məsələ yığmanın 3 xalı hesabına yazdırmasıdı. Düzdü, rəqib “cırtdan” statusu daşıyır və Farerlə indiyəqədərki hər iki dueldə eyni hesabla qalib gəlmişik. Ancaq şimallılara Millətlər Liqasının 3-cü turu çərçivəsində səfərdə keçirdiyimiz matçı yada salaq. Adalılar heç də bizdən geri qalmamışdı və ən azı 1 xala layiq idi. Deməli, bugünkü oyunda da arxayınlaşmaqdan söhbət gedə bilməz. Əslində futbol tariximizdə “cırtdan”larla görüşlərdəki uğursuzluqlar az olmayıb. Gəlin, evdə keçirdiyimiz və rəsmi xarakter daşıyan həmin qarşılaşmaları yada salaq və bu gün eyni səhvlərə, arxayınlığa yol verməyək.

Malta
Uzağa getməyək, elə Millətlər Liqasının ötən turunu xatırlayaq. Yığma Farer adalarından böyükhesablı qələbə ilə dönmüşdü və həmin əhval-ruhiyyə ilə Maltanı da darmadağın edəcəyini gözləyirdik. Ancaq oktyabrın 14-də baş tutan qarşılaşmada milli nəinki böyük hesabla qalib gəldi, əksinə, “cırtdan”ı məğlub edə bilmədi. Düzdü, Qurban Qurbanovun komandası aşkar üstün idi, lakin bu nəticədə əksini tapmırsa, üstünlük bir işə yaramır. Əsasən Kamran Ağayevin, eləcə də müdafiəçilərin buraxdığı səhv millinin iki xal itirməsi ilə nəticələndi. Bəlkə də Araz Abdullayev fərqlənməsəydi, yaxud da Kosovo həmin turda qələbə qazansaydı, hazırda taleyimiz öz əlimizdə deyildi.

Lüksemburq
DÇ-2014-ün seçmə mərhələsində yığmanın rəqiblərindən biri Lüksemburq idi. Tsikl başlamamış mümkün xal ehtiyatı ilə bağlı proqnozlar verəndə, “cırtdan”a “asan yem” gözü ilə baxırdıq. Ancaq nəticə gözlədiyimiz kimi olmadı. Səfərdəki 0:0 hesabının şokunu təzə-təzə unudurduq ki, yığma evdə də bu rəqibə qalib gələ bilmədi. 2013-cü il iyunun 7-də “Bakcell Arena”da baş tutan qarşılaşmanın 71-ci dəqiqəsində Ruslan Abışov rəqib qapısına yol tapdı. Bundan sonra Berti Foqstun çalışdırdığı komanda daha bir qol vurub rahat nəfəs almaq əvəzinə arxayınlaşdı. Nəticədə rəqibin heyətində Stefano Bensi 80-ci dəqiqədə yığmanı məyus etdi. Beləcə azarkeşləri yığmadan uzaq salan nəticələrdən biri qeydə alındı.

Lixtenşteyn
DÇ-2010-un seçmə mərhgələsində milli Lixtenşteynlə eyni qrupda yer almışdı. Bu rəqiblə ilk duel 2008-ci il oktyabrın 9-da Bakıda baş tutdu. Həmin vaxt yığmanı Berti Foqts çalışdırırdı. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşü 25 min tamaşaçı tribunadan izləyirdi. Televiziya qarşısında olanları da nəzərə alsaq, yığma minlərlə azarkeşi məyus etdi. Komandamız 90 dəqiqə ərzində “cırtdan”ın qapısına yol tapa bilmədi. Bu oyun da yığma tarixinə qara ləkələrdən biri kimi düşdü.

Nəticə
Göründüyü kimi, əvvəlki seçmə mərhələlərdə uğursuzluqlar olub. Unutmayaq ki, biz təkcə evdə keçirdiyimiz qarşılaşmaları yada saldıq. Özü də yalnız “cırtdanlar”la görüşləri xatırlatdıq. Halbuki favorit göstərildiyimiz, ancaq qalib gələ bilmədiyimiz rəqiblər də var. Məsələn, DÇ-2002-nin seçmə mərhələsində evdə Moldovanı məğlub edə bilməmişdik. Deməli, maksimum diqqətli olmalıyıq, arxayınlaşmaq milliyə baha başa gələ bilər. Favorit olmağımızın əleyhimizə işləməsinə imkan verməməliyik. Əks halda, futbol tariximizə daha bir uğursuz səhifə əlavə olunacaq. Bir məqamı da unutmayaq. Belə ki, yuxarıda sadaladığımız uğursuzluqlar o qədər də böyük hədəflərimiz olmayan seçmə mərhələlərdə qeydə alınıb. Ancaq bu dəfə real şans yaranıb. Həmin imkanı “cırtdan”la görüşdə əldən vermək isə faciənin iki qatı olacaq. Yuxarıda da vurğuladığımız kimi, bu cür rəqiblərə yenilgilər azarkeşləri yığmadan uzaq salır. Elə həmin illərdə toplanan soyuqluq bu gün tribunaların boş qalmasına gətirib çıxarıb. İndi də “niyə azarkeş gəlmir” sualı ətrafında baş sındırır, çıxış yolları axtarırıq. Növbəti belə nəticə isə daha ağır durumun yaranmasına səbəb ola bilər. Məhz buna imkan vermək olmaz.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar