16 noy 15:34yigma

Adalılarla görüşdə xeyrimizə olan məqamlar

Adalılarla görüşdə xeyrimizə olan məqamlar
Qələbə qazanmaq üçün nə qədər desən, əsas var
Yığmanı qarşıda taleykülü iki oyun gözləyir. Belə ki, Qurban Qurbanovun yetirmələri Millətlər Liqasının son iki turu çərçivəsində əvvəlcə evdə Farer adalarını, ardınca səfərdə Kosovonu məğlub etmək üçün döyüşəcək. Komanda var gücünü ortaya qoyub AÇ-yə yollanmaq üçün ən münasib yolu lazımınca dəyərləndirməlidi. Odu ki, noyabrın 17-si və 20-də bütün azərbaycanlı futbolsevərlərin ürəyinin milli ilə döyünəcəyini əminliklə söyləmək olar. Artıq bütün diqqətlər ölkənin əsas komandasına yönəlib. Ən xırda məqam da yığma üçün həlledici ola bilər. Bu üzdən qarşıdakı matçlara maksimum hazırlıq tələb olunur. Təbii, Qurbanovun da üzərinə böyük yük düşür. Söhbət təkcə yığmanı psixoloji cəhətdən qarşılaşmalara kökləməkdən getmir. Komandanın gücü də elə bölüşdürülməlidi ki, hər iki matçda qələbə bizim olsun. Bir oyundakı mümkün uğursuzluq digər qarşılaşmanın nəticəsinin əhəmiyyətini itirə bilər. Bütün bunları nəzərə alsaq, yığmanın ilk hədəfi Fareri məğlub etmək olmalıdı. Yalnız bundan sonra Kosovo haqda düşünmək olar. Bəs görəsən, adalılarla qarşılaşma ərəfəsində xeyrimizə olan məqamlar varmı?
Məkan
“Nə kimi üstünlüyümüz var” sualına veriləcək ilk cavab, heç şübhəsiz, “doğma divarlar”dı. Bakı Olimpiya Stadionunda (BOS) bu amil hər nə qədər effektini itirsə də, milli evdə daha rahat, daha inamlı oynayacaq. Ümid edək ki, azarkeşlər də yığmanın doğma meydan amilindən lazımınca yararlanmasında önəmli rol oynayacaq. Doğrudu, Farer adaları ilə görüşdə tribunaların dolacağını gözləmək mənasızdı. Bizdə rəqibin adının nə qədər önəm daşıdığını hər kəs bilir. Bir müddət öncə məhz BOS-da keçirilən “Qarabağ” – “Arsenal” və “Qarabağ” – “Vorskla” görüşlərini yada salmaq kifayətdi. Yəni reallıq hissini itirib “tribunalar dolacaq” proqnozunu vermək gülməli olar. Lakin ən azı futbolçuların azarkeş dəstəyini hiss edəcəyi qədər futbolsevərin BOS-da olması kifayətdi. Bu isə qeyri-adi bir şey deyil. Bu gün yığmanın AÇ şansı varsa, niyə də stadion boş qalmalıdı?! Bizdən fərqli, Farer adaları uzun və yorucu səfərdən sonra meydana çıxacaq. Düzdü, şimallılar oyundan 4 gün öncə Bakıya təşrif buyurub. Bununla belə, səfər səfərdi. İstər-istəməz yorğunluq, uyğunlaşma kimi məqamlar adalıların əleyhinə işləyəcək.
Heyət
Razılaşaq ki, Qurban bəy Millətlər Liqasının son iki turu üçün ideal heyət seçimi edib. Yığma təcrübəsi olanların, klubunda daim şans qazananların dəvət alması öz yerində. Bu gün millinin formasını geyməyi haqq edənlərin hamısı düşərgədədi. Düzdü, debütantların – Mirabdulla Abbasovla Şəhriyar Əliyevin birdən-birə yığmanı gücləndirəcəyini demirik. Sadəcə, bu məqam millidəki rəqabəti artıracaq, hər kəs yerini itirməmək üçün əlindən gələni edəcək, nəticədə qazanan komandamız olacaq. Bundan başqa, heyətdə ciddi itki yoxdu. Yəni Qurbanov Farer adalarına qarşı optimal “11-liy”i seçmək imkanına malikdi.
Hədəf
4 turdan sonra milli Kosovodan 2 xal geri qalır. Hədəf bəllidi: Qurbanovun komandası öncə Farer adalarını evdə məğlub etməli, bununla da əsas rəqiblə aradakı məsafəni ən azı qorumalı, daha sonra son oyuna – həlledici qarşılaşmaya hazırlaşmalıdı. Əslində farerlilər də şansını saxlayır. Ancaq sonuncudan əvvəlki turda Kosovo Maltanı məğlub etsə, şimallıların şansı itir. Maltanın isə 1-ci yeri tutmayacağı artıq rəsmiləşib. Deməli, Farerin şansı yalnız riyazi hesablamalarla mümkündü. Bu isə onların Bakıya elə də yüksək motivasiya ilə gəlmədiyini düşünməyə əsas verir. Bizim turnirdəki hədəfimiz daha real olduğundan futbolçuların qələbə əzmini ortaya qoyacağını düşünmək mümkündü. O başqa məsələ ki, yalnız 3 xal haqda düşünmələri futbolçuların bacardıqlarını yaşıl meydanda reallaşdırmalarına mane ola bilər. Bundan başqa, böyük hədəfləri olmayan farerlilər daha rahat oynayacaq. Çünki onlar üçün itiriləsi heç nə yoxdu.
“Qarabağ”ın yüksəlişi
Oktyabr “Qarabağ” üçün uğursuz alındı. Həm Avroliqadakı, həm də çempionatdakı nəticələr yaxşı deyildi. Lakin komanda artıq özünə gəlib. “Sumqayıt”la oyunda qazanılan qələbənin ardından ağdamlılar iki önəmli qalibiyyət əldə etdilər. “Vorskla”nı səfərdə üstələyən Qurbanovun komandası “Qəbələ”ni də rəqib meydanında məğlub etdi. Təbii, “Qarabağ”ın yüksəlişinin yığmaya da təsiri birmənalıdı. Ən azı hər iki komandanın eyni məşqçinin rəhbərliyi altında olduğunu unutmayaq. İkincisi, millinin əsasını “Qarabağ”lıların təşkil etdiyi də faktdı. Bu isə qeyd etdiyimiz amilin millinin də oyununa təsir edəcəyinə işarədi.
İlk oyun
Farer adaları ilə 3-cü tur çərçivəsində qarşılaşmışdıq. Riçard Almeydanın dublu və Dmitri Nazarovun qolu ilə bu rəqibi darmadağın (3:0) etmişdik. Lakin yadınızdadısa, adalılar ilk görüşdə millidən heç də zəif təsir bağışlamamışdı. Lars Olsenin yetirmələri sərgilədikləri oyunla 1 xala layiq olduqlarını göstərmişdilər. Ancaq bu o demək deyil ki, BOS-da gerçəkləşəcək görüşdə adalılar bizdən üstün oynayacaq. Hər halda, Qurbanovun komandası Farer adalarını məğlub etməyin yolunu bilir. Üstəlik, ilk oyundan son həm komanda, həm də Qurban bəy rəqibi daha yaxşı tanıyır. Bu isə BOS-dakı matçda da qələbəyə ümid etməyimiz üçün ciddi əsasdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar