16 noy 15:26yigma

Farer adaları erkən və itki ilə gəldi

Farer adaları erkən və itki ilə gəldi
Oyunu yunan hakimlər idarə edəcək, 12700 bilet satılıb
Yığma noyabrın 17-də Bakı Olimpiya Stadionunda (BOS) Farer adalarını sınağa çəkəcək. Qarşılaşma saat 21.00-da start götürəcək və “CBC Sport” vasitəsilə canlı yayınlanacaq. Maraqlıdı ki, şimallılar artıq çərşənbə axşamı gecə saatlarında Bakıya çatıblar. Əslində rəqibin belə erkən gəlməsinin səbəbini anlamaq çətin deyil. Adalılar oyuna qədər həm yol yorğunluğunu üzərindən atmaq, həm də yerli mühitə uyğunlaşmaq üçün belə tez səfərə çıxmaq qərarına gəlib.
Əvvəl Olsen, sonra Qurbanov
Oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərin də vaxtı bəllidi. Bütün bunlar matçın keçiriləcəyi BOS-da gerçəkləşəcək. Farer adalarının çalışdırıcısı Lars Olsen saat 16.30-da media nümayəndələrinin önünə çıxacaq. Qonaqların ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə bundan yarım saat sonra start götürəcək. Yığmanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 18.30-da, millinin məşqi 19.00-da başlayacaq.
Nə qədər bilet satılıb?
Yığmanın Farer adaları ilə görüşdə dəstəyə böyük ehtiyacı var. Düzdü, bəziləri düşünə bilər ki, bu cür rəqiblə oyunda milli hətta boş tribunalar önündə qələbə qazanmalıdı. Ancaq bəzi reallıqları unutmayaq. Əvvəla, bu gün yığmamız o qədər güclü deyil ki, Farer adaları ilə görüşdə asan qələbə qazansın. İkincisi, istənilən milli ölkənin güzgüsü sayılır və azarkeşlər bu komandaya dəstək olmağı özünə borc bilməlidi. Noyabrın 17-dəki matçın biletləri xeyli vaxtdı satışdadı. Qiymətlər 2, 3, 5, VİP-ə isə 10 manatdı. Bilet əldə etmək istəyənlər “Gənclik Mall”, “28 Mall”, “Heydər Əliyev Sarayı”, ASAN-lara (1-ci, 2-ci, 3-cü) və Köşklərə (1-ci, 2-ci, 3-cü) baş çəkə bilər. Dünən AFFA-nın bilet satışı üzrə meneceri Kamran Abasovdan nə qədər bilet satıldığını soruşduq. O, oyuna cəmi 12700 bilet satıldığını bildirdi.
Rəqibin heyətində itki
Farer adaları yığmamız və Malta ilə oyunlar ərəfəsində ciddi itki ilə üzləşib. Belə ki, hücumçu Yohan Edmundsson sıradan çıxıb. Ona görə də adı çəkilən oyunçu Bakıya gətirilməyib. Bu haqda Farer adaları Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilir ki, “Arminiya”nın futbolçusu Almaniya 2-ci bundesliqası çərçivəsində “İnqolştadt”la matçda dizindən zədələnib. Lars Olsen 27 yaşlı oyunçunu “B36 Torshavn”da forma geyən 21 yaşlı forvard Maynhard Olsenlə əvəzləyib.
BOS-da yunanlar
Oyunu idarə edəcək hakimlərin adı açıqlanıb. Bu qarşılaşma Dimitris Masiasın başçılıq etdiyi, Cənubi Kiprdən olan hakimlər briqadasına həvalə olunub. Ona həmyerliləri Marios Kalogeru, İoannis Lazaru kömək edəcək, dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Vasilis Dimitriu və Lukas Sotiriudu. Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi çexiyaləYaroslav Dudl olacaq. Qeyd edək ki, 39 yaşlı Masias 2015-ci ildən beynəlxalq oyunlara təyinat alır. O, 3 il əvvəl U-17 yığmamızın Avropa çempionatının elit mərhələsində Xorvatiya (0:4) və Portuqaliya (0:3) ilə matçlarını idarə edib. Ümumilikdə 23 beynəlxalq oyunda əsas söz sahibi olub. Bu qarşılaşmalarda 96 sarı, 9 qırmızı vərəqə göstərib, 7 dəfə penalti təyin edib.
Kosovolular arxayındı
Yeri gəlmişkən, noyabrın 17-də Malta, 20-də isə yığmamızla qarşılaşacaq Kosovo ciddi itki ilə üzləşib. Komandanın aparıcı futbolçularından Bersant Çelina zədələnib. Bu haqdaa kosovoluların baş məşqçisi Bernar Şalland məlumat verib. Kosovo Futbol Federasiyasının rəsmi saytı da “Suonsi”də forma geyən 22 yaşlı yarımmüdafiəçinin qarşıdakı hər iki matçı buraxacağını qeyd edib. Bu arada Kosovonun üzvlərinin növbəti iki qarşılaşma ilə bağlı fikirlərini də diqqətinizə çatdırırıq.
Vedat Muriqi: “Seçmə mərhələnin son oyunlarına yaxşı hazırlaşmışıq. Komandada müsbət əhval-ruhiyyə hökm sürür. Qarşıdakı günlərdə hazırlığı başa vuracağıq və Malta ilə vacib görüşə çıxacağıq. Həmin oyunda qrupdan çıxmaq məqsədimizə nail olacağımıza, Azərbaycanla matçı isə istirahət üçün oynayacağımıza inanıram. Hücumçu olaraq əsas vəzifəmin qol vurmaq olduğunun fərqindəyəm. Amma bəzən buna nail oluram, bəzən də yox. Əsas məsələ komandanın qələbə qazanmasıdısa, kimin qol vurması o qədər də önəmli deyil”.
Valon Berişa: "Yığmamızda çox yaxşı futbolçular var. Bizdə hər şey qaydasındadı. Ancaq əlbəttə, qarşıda iki çətin matçımız var. Xüsusilə də Maltayla. Bu iki qarşılaşmada çox şey bizim mentallıqdan asılı olacaq. Həm komanda, həm də ayrılıqda futbolçular kimi çox yaxşı səviyyəmiz var. Kosovonun məqsədinə çatması üçün bir-birimizə dəstək olaraq 100 faiz gücümüzü qoyacağıq".
Şkelkim Demhasay: “Srağagün məni federasiyadan çağırdılar. Milliyə gəlməyə hazır olduğumu onlara dərhal bildirdim. Burda çox gözəl qarşılandım. Kosovo millisinin heyətində yer aldığım üçün çox xoşbəxtəm. İndi üzərimizə düşən qarşıdakı oyunlara yaxşı hazırlaşmaqdı. Kimin oynayıb-oynamayacağı önəmli deyil. Məqsədimiz 6 xal qazanmaqdı. Mənə şans verilsə, maksimum gücümü ortaya qoyacam. Kosovonun bütün matçlarını izləmişəm. Futbolçular çox yaxşı oynayırlar".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar