Vüqar Məmməd: “Bolqarıstandan heç bir komponentdə geri qalmadıq”
U-19-un Bolqarıstanda təlim-məşq toplanışında olduğunu bilirsiz. Vüqar Məmmədin yetirmələri yerli komanda ilə növbəti yoxlama oyununda münasibətləri aydınlaşdırıb. İlk oyunda hesab açılmamışdısa, bu dəfə yığma 1:2 hesabı ilə məğlub olub. U-19-un heyətində Kamran Quliyev fərqlənib.
Vüqar Məmməd matçla bağlı AFFA-nın saytına fikirlərini bölüşüb: “Oyun çox ağır keçdi. Rəqibdən üstün oynamağımıza baxmayaraq, iki sadə standart vəziyyətdən qollar buraxdıq. Məğlubiyyətə layiq deyildik. Komanda 10 oyun idi uduzmurdu. Bəlkə də hesabın belə olması xeyrimizədi. Məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qaldım. Onların hər birinə güvənirəm. Əsas odu ki, komandamız güclü Bolqarıstandan heç bir komponentdə geri qalmadı. Futbolçularımızın Avropa səviyyəsinə çatmasını istəyiriksə, Bolqarıstan kimi güclü rəqiblərə qarşı çox oyun keçirməliyik. Bundan sonra fikrimizi seçmə mərhələ matçlarına yönəldəcəyik. Həmin vaxt “Qəbələ” ilə Çempionlar Liqasında çıxış edən və xaricdə oynayan bəzi oyunçularımız da bizə qoşulacaq”.