25 okt 18:49yigma

U-17-dən bərbad start

U-17-dən bərbad start
Yığma 3 dəqiqəyə 3 qol buraxdı
Çərşənbə axşamı U-17 Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verdi. Qeyd edək ki, yığmanın yer aldığı 8-ci qrupun oyunları Albaniyada keçirilir. Ramin Quliyevin komandası ilk turda Norveçlə üz-üzə gəldi.
Azərbaycan – Norveç 1:4 (0:3)
Azərbaycan: 22. Rüstəm Samiqullin, 4. Rüfət Əhmədov, 20. Ruslan Qabayev (6. Nemət Musayev, 81), 14. Nemət Şıxəmirov, 2. Nika Baçalaşvili (17. Şirin Şirinov, 46), 19. Samir Abdullayev, 5. Nazim Həsənzadə, 10. Veysəl Rzayev (k), 11. Cavidan Abbaszadə, 18. Camal Cəfərov (7. Rauf Məhərrəmov, 68), 9. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 12. Eldar Tağızadə, 3. Emil Bayramov, 8. Fərid Yusifli, 13. İbrahim Novruzov, 15. Fərid Muxtarov.
Baş məşqçi: Ramin Quliyev.
Norveç: 12. Sander Tanqvik, 2. Mikkel Tveyten, 4. Nikolas Yenssen (k) (3. Lennart Andal, 63), 5. Nils Vallotto, 6. Sebastyan Henriksen (15. Noah Hermansen, 46), 7. Triqve Orstad, 8. Fredrik Oppeqor, 9. Apipon Tonqnoy (20. Lars Moldestad, 54), 10. Herman Qelmuyden, 16. Robin Skroqstad (14. Mixail Maden, 63), 19. Filip Ekeberq (11. Niklas Heuqlan, 77).
Ehtiyat oyunçular: 1. Frank Stople, 13. David Sissoko, 17. Martin Andersen, 18. İben Bergenhaym.
Baş məşqçi: Erland Yonsen.
Qollar: H.Qelmeyden, 18-p. (0:1). R.Skroqstad, 19 (0:2). F.Oppeqor, 20 (0:3). N.Vallotto, 71 (0:4). M.Qurbanlı, 89 (1:4).
Vərəqələr:V.Rzayev, 44. M.Qurbanlı, 45. T.Arstad, 76 - sarı.
Hakimlər: ADMİR ŞEHOVİÇ, Sreten Udoviçiç (hər ikisi Bosniya və Hersoqovina), Elis Pulaj, Florian Lata (hər ikisi Albaniya).
23 oktyabr. Luşnya. “Roza Haciu” stadionu.
Milli seçmə mərhələyə uğursuz başladı. Belə ki, Quliyevin komandası Norveç önündə darmadağın oldu. Maraqlıdı ki, rəqib 3 qolu 3 dəqiqəyə vurub. 18-ci dəqiqədə Qelmeyden hesabı açıbsa, bir dəqiqə sonra Skroqstad, 20-ci dəqiqədə isə Oppeqor yığmanı məyus edib. Təbii, bu məqam komandamızın psixoloji cəhətdən hazır olmadığını göstərir. Demək olar, yığma ardıcıl olaraq mərkəzdən oyunu başlayıb, şimallılar topu ələ keçirib, qol vurublar. Quliyevin yetirmələri heç cür buraxılan topların şokundan ayıla bilməyib və bu da belə qənaətə gəlməyə əsas verir ki, baş məşqçi komandasını lazımi səviyyədə oyuna hazırlaya bilməyib. İkinci yarıda U-17 növbəti dəfə mərkəzə dəvət olunub. Nəhayət, 89-cu dəqiqədə Musa Qurbanlı millinin təsəlli qoluna imza atıb. Qrupun digər oyununda isə meydan sahibi Albaniya ilə Çexiya üz-üzə gəlib. Çexlər 6 cavabsız qolla rəqibini darmadağın edib. Növbəti turun oyunları sabah keçiriləcək. Yığma Çexiya, albanlar isə Norveç ilə qarşılaşacaq.
Hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini bölüşüb.
Ramin Quliyev: “Oyuna pis başlamadıq. Bizi nə gözlədiyini əvvəldən bilirdik. Elə ilk dəqiqələrdən hər şey gözlədiyimiz kimi oldu. Rəqib əsasən uzun ötürmələrdən yararlanır, cinahlardan hücum təşkil edirdi. Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi oyunda dönüş nöqtəsi oldu. Qol buraxdıqdan sonra rəqib ardıcıl 2 qol vəziyyəti yaratdı və onlardan istifadə etdi. Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır. Demək olar, oyunu 5 dəqiqə ərzində uduzduq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.
Erland Yonsen: "Sanballı qələbə alındı. Çox şadam ki, görüşün taleyini tez həll etdik. Məni məhsuldarlıq sevindirir. Hərçənd matçın sonunda hücumlarımızı azatldıq. Rəqib son dəqiqələrdə az qol imkanı yaratmadı. Fasiləyə hesada 3:0 irəlidə yollananda artıq nəticəyə oynayırdıq. İkinci hissədə əla qol vura bildik və topa daha çox nəzarət etməyə başladıq. Futbolçular əla nəticə qazandılar. Ən əsası seçmə mərhələyə qələbə ilə başlamaq idi".
Yeri gəlmişkən, bu, 17 yaşlılarımızın AÇ-dəki 83-cü rəsmi matçı idi. Norveçə məğlubiyyət isə 49-cu yenilgi kimi futbol tariximizə düşdü. Başqa sözlə, yığma uğursuz yubileyə doğru daha da yaxınlaşdı. Maraqlıdı ki, komanda üzləşdiyi 49 məğlubiyyətdən 22-də darmadağın olub.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar