06 mar 18:29yigma, manset

Yığmanın heyətində sürpriz adlar

Yığmanın heyətində sürpriz adlar
Prosineçki Almeydanı da Qətərə aparacaq


Martın 9-da səfərdə Qətərlə yoxlama oyunu keçirəcək milliyə dəvət olunan futbolçuların siyahısı açıqlanıb. Baş məşqçi Robert Prosineçki 23 oyunçuya dəvət göndərib ki, onlardan 4-ü ilk dəfə ölkənin əsas komandasının formasını geymək şansı qazanıb. “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda, Şahruddin Məhəmmədəliyev, “İnter”dən Abbas Hüseynov və “Qəbələ”dən Tellur Mütəllimov üçün asiyalılarla görüş karyeralarında yeni səhifə ola bilər.
Qətərə yollanan heyətdə son vaxtlar olduğu kimi, Ağdam təmsilçisinin üzvləri çoxluq təşkil edəcək. Qurban Qurbanovun komandasının 10 oyunçusu Prosineçkinin sərəncamında olacaq. “Qəbələ”nin 6, “İnter”in 4, “Zirə”nin 2, “Neftçi”nin isə 1 futbolçusu yığmanın uğuru üçün tər tökəcək.
Xorvat mütəxəssis əvvəlcədən bildirdiyi kimi, bu qarşılaşma üçün ölkə xaricində top qovan yığma üzvlərinə dəvət göndərməyib. Səbəb isə Qətərlə matçın FİFA “pəncərə”sinə düşməməsidi. Xatırladaq ki, asiyalılarla görüş martın 9-u Bakı vaxtı ilə saat 20.00-da paytaxt Dohadakı 15 min azarkeş tutumuna malik “Şeyx Cassim ibn Hamad” arenasında keçiriləcək. Yığma bu oyunun hazırlıqlarına martın 6-da başlayacaq.
Qapıçılar - Şahruddin Məhəmmədəliyev (Qarabağ), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (İnter); müdafiəçilər - Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”); yarımmüdafiəçilər - Ruslan Abışov (Neftçi), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov (Neftçi), Elvin Məmmədov (Zirə), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”); hücumçular - Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (Qəbələ), Rauf Əliyev (İnter).

Almeyda müəmması
Son vaxtlar ölkə mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də “köhlən atlar”ın yarımmüdafiəçisinin “milliləşdirilməsidi”. Ötən saylarımızda Almeydanın AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdüyünü diqqətinizə çatdırmışdıq. Həmin görüşdən sonra assosiasiya rəhbərliyi “sambaçı”nın “milliləşdirilməsi” üçün müvafiq qurumlara müraciət edib. Hələ ki FİFA-dan bu məsələ ilə bağlı cavab alınmasa da, Prosineçki yarımmüdafiəçinin adını Dohaya yollanacaq heyətə salıb. Ali futbol qurumunun cavabı məlum olmadan braziliyalının yığma ilə birgə səfərə yollanması ortaya müəyyən suallar çıxarıb. Olmaya artıq Riçardın “milliləşdirilməsi” yönündə “yaşıl işıq yandırlıb”, xəbərimiz yoxdu? Ancaq AFFA-dan əldə etdiyimiz bilgiyə görə, Qətərlə qarşılaşma FİFA-nın reyesterinə rəsmi oyun kimi daxil olmadığından braziliyalının meydana çıxmasında heç bir problem yoxdu.

Samir Abasov Vurğuna görə narahatdı
Siyahıdan da göründüyü kimi, xorvat çalışdırıcı sözünün üstündə duraraq, Nizami Hacıyevə dəvət göndərməyib. Diqqəti çəkən başqa məqam yığmanın baş məşqçisinin “Sumqayıt”, “Kəpəz” və AZAL-dan heç kimi bəyənməməsidi. Gəncəlilərin düşərgəsində daha çox legionerlərin “at oynatdığını”, “təyyarəçilər”in isə autsayder olduğunu nəzərə alıb, Prosineçkinin bu addımını hardasa başa düşmək olar. Bəs “Sumqayıt”? Doğrudanmı yerli oyunçulardan qurulan, hazırda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “ağ-göylər”in düşərgəsində ölkənin əsas komandasına fayda verə biləcək səviyyədə futbolçu yoxdu? Məsələ ilə bağlı “kimyaçılar”ın baş məqçisi Samir Abasovun mövqeyini öyrəndik: “Berti Foqtsun dönəmində nəticələr o qədər də ürəkaçan olmasa da, millinin hər toplanışına yeni futbolçular dəvət olunurdu. Hər dəfə istər Bakıda, istərsə də ölkə xaricində keçirilən hazırlıq prosesində bir neçə gənc təcrübəlilərlə birgə məşq edir, millinin ab-havasını duyurdu. Görünür, Prosineçki üçün indi ən vacib olan nəticədi və buna görə də ancaq tanıdıqlarını yığmaya dəvət edir. Məncə, bu gün rəhbərlik etdiyim komandada milliyə dəvət olunmağa layiq futbolçular var. Gənclərə görə narahat deyiləm. Onlar ən azı mayda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmanın heyətində olacaqlar və yaxşı oyunla özlərini əsas komandanın baş məşqçisinə göstərə bilərlər. Ancaq Vurğun Hüseynov bu şansdan məhrumdu. Fikrimcə, Prosineçki Qətərlə oyun üçün Vurğuna dəvət göndərə bilərdi. Son qarşılaşmalarda yığmada mərkəz müdafiəçisi problemi yaşanır. Rəşad Sadıqov olmayanda baş məşqçi cinah müdafiəçilərini məcburiyyətdən mərkəzə çəkir. Hüseynov isə cari mövsümdə bu mövqedə “Sumqayıt”ın heyətində sabit oyun sərgiləyən 2-3 futbolçudan biridi”.

Şahruddinin dəvət alması birmənalı qarşılanmayıb
Xorvatın Şahruddinə dəvət göndərməsi futbol ictimaiyyəti arasında böyük söz-söhbətə səbəb olub. Görəsən, “Qarabağ”ın ehtiyat oyunçular skamyasında gün keçirən “milliləşdirlmiş” qolkiperin Fərhad Vəliyevdən, Aqil Məmmədovdan nəyi üstündü? 2017-ci ildə cəmi 90 dəqiqə iş başında olan qapıçının yaşının az olmasını qabardırlar. Ancaq nədənsə yığmanın məqçiləri dünya təcrübəsinə nəzər salıb “yaşlı qapıçı çox illik şərab kimidi. İllər ötdükcə, təcrübə artdıqca, daha inamlı olur” deyiminə güvənmirlər.
Məhəmmədəliyevin durumu ilə bağlı millidə qapıçılarla işləyən məşqçi Faiq Əzizovu aradıq. Faiq bəy məsələyə belə reaksiya verdi: “Şahruddin U-21-in üzvü olub. O Yaşar Vahabzadənin rəhbərlik etdiyi millidə seçmə mərhələnin bütün oyunlarında qapıda dayanıb. Üstəlik, Şahruddin gəncdi. Bütün bunları nəzərə alıb, ona dəvət göndərmişik ki, durumu ilə tanış olaq. Onun “Qarabağ”da ehtiyatda qaldığını bilirik. Sadəcə, yoxlama görüşü məhz gəncləri sınamaq üçündü. O ki qaldı Aqillə Fərhada, yığmanın qapısı hamının üzünə açıqdı. Bu dəfə Şahruddin dəvət olundu, ola bilər ki, gələn dəfə Aqili çağıraq. Bu gün Aqil çağırılmayıbsa, o demək deyil ki, həvəsdən düşməlidi. Fərhada gəlincə, o bir neçə qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bilibsə, bu o demək deyil ki, onu çağırmalıyıq. Hər qapıçını bir yaxşı oyuna görə dəvət etsək, daha nə oldu? İkincisi, çalışırıq gənc qapıçılara üstünlük verək. Çünki AÇ-2020-ni düşünürük və bu üzdən gənclərlə çalışırıq. İstəyirik ki, onları həvəsləndirək, indidən milliyə uyğunlaşsınlar. Fərhad vaxtilə milliyə dəvət alıb, indi gənclərə yol açmaq lazımdı”.

Debütantlar ümidləri doğruldacaqlarını söylədilər
Yuxarıda qeyd etdiyimiz kimi, Qətərlə oyuna dəvət olunanlardan 4-ü ilk dəfə millinin düşərgəsinə dəvət alıb. Şahruddin Məhəmmədəliyev dəvətə görə xorvat məşqçiyə təşəkkür etdi: “Məni yığmaya layiq gördüyü üçün Robert Prosineçkiyə təşəkkür edirəm. Çalışacam baş məşqçinin ümidlərini doğruldum. Yığmaya dəvət almaq hər bir futbolçu üçün fəxrdi. Bu şansdan maksimum yararlanmağa çalışacam”.
Tellur Mütəllimov isə dəvəti sürpriz kimi dəyərləndirdi: “Açığı, milliyə çağırılmaq mənim üçün sürpriz oldu. Ölkənin əsas komandasına dəvət alacağımı gözləmirdim. Siyahı məlum olanda çox sevindim. Son vaxtlar bütün diqqətimi ancaq “Qəbələ”nin oyunlarına yönəltmişdim. Buna görə də milliyə düşmək barədə fikirləşmirdim. Çox şadam ki, yığmaya çağırılan futbolçuların sırasında mən də varam. Ölkənin əsas komandasında oynamaq hər futbolçu üçün şərəfdi. Bununla kifayətlənmək istəmirəm. Çalışacam yığmada yerimi möhkəmləndirim, növbəti oyunlara da dəvət alım. Robert Prosineçkinin komandasında heyətə düşmək üçün rəqabətə davam gətirmək lazımdı. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Mən də məşqlərdə əlimdən gələni edəcəm. Amma kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Prosineçki Qətərlə matçda mənə şans versə, çox sevinərəm. Meydana çıxmasam belə, üzülməyəcəm. Əsas odu ki, məni milliyə dəvət edib və buna görə ona minnətdaram”.
“İnter”in 22 yaşlı oyunçusu Abbas Hüseynov da yığmanın baş məşqçisinin etimadını qazandığına görə fəxr etdiyini söylədi: “Mənim üçün qürurverici gündü. Sevincimin həddi-hüdudu yoxdu. Hər bir oyunçu üçün milliyə dəvət olunmaq çox xoşdu. Baş məşqçinin diqqətini cəlb etdiyimə görə sevincliyəm. Bilirəm ki, yığmaya ölkənin ən güclü futbolçuları çağırılır. Onların arasında daim olmaq, milliyə müntəzəm çağırılmaq üçün əlimdən gələni edəcəm. Müdafiənin cinahlarında təcrübəli oyunçular olsa da, onlarla rəqabət aparmağa hazıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar