19 okt 14:24yigma

Qurban Qurbanova yönələn iradlar haqlıdımı?

Qurban Qurbanova yönələn iradlar haqlıdımı?
İstənilən komanda uğursuz nəticəyə imza atırsa, məsuliyyət baş məşqçinindi. Bu baxımdan yığmaya görə Qurban Qurbanovun işinin müzakirə edilməsi təbiidi. O başqa məsələ ki, azərbaycanlı futbolçuların potensialına hamımız bələdik. Hər kəs razılaşar ki, legionerlərsiz bizim AL-in və ya ÇL-in qrupunu görməyimiz, sadəcə, möcüzə olardı. “Bizim futbolçular niyə zəifdi” sualına isə kifayət qədər cavab tapmaq olar. Xaricdə legioner həyatı yaşaya bilməmələrindən başlayıb siyahını uzada bilərik. Ancaq Qurbanov yığmanın “sükanı arxasına” keçərkən, millinin potensialını bilirdi. Deməli, indiki halda tənqdilər də normaldı. Hə, dəfələrlə biz də yığmanın Qurban bəyə tapşırılmasının vaxtının çatdığını demişdik. Təcrübəli mütəxəssis “Qarabağ”da gördüyü işlə bunu haqq edirdi. Lakin məsələnin başqa tərəfi də var. AFFA-nın Qurbanovla 6 illik müqavilə bağlaması gələcəyə hesablanan addım idi. Amma bir halda ki, qarşımıza Millətlər Liqası kimi fürsət çıxıb, deməli, ondan yararlanmalıyıq. Doğrudu, əsas komanda hazırda qrup lideri olmaq şansını saxlayır. Bununla belə, Farer adalarını məğlub edib, qalan 3 görüşdə qalib gəlməmək uğursuzluqdu. Bu baxımdan səslənən tənqidlər anlaşılandı. Bəs görəsən, Qurbanova yönələn iradların hamısı haqlıdı? Hansı məqamlarla bağlı təcrübəli mütəxəssisin qərarı narazılıq doğurur? Gəlin, onları gözdən keçirək.
“Neftçi”nin futbolçularına münasibət
Əslində bu məsələylə bağlı Malta ilə oyundan sonra Qurbanova sual ünvanlanmışdı. “Neftçi”nin futbolçularının millidə şans qazanmaması birmənalı qarşılanmır” sualına yığmanın baş məşqçisi belə cavab vermişdi: “Neftçi”yə həmişə simpatiyam olub və olacaq. Lakin bu komandanın futbolçuları premyer-liqada az şans qazanırlar. Heç vaxt ola bilməz ki, mən hansısa klubun futbolçusunu kənara atım. Hər bir futbolçuya layiq olduğu qədər şans tanıyıram”.
İndi isə məsələyə başqa prizmadan baxaq. Hazırda premyer-liqanın lderi olan komanadadan heç kim Malta ilə görüşdə meydana çıxmadı. Farer adaları ilə oyunda isə təkcə Emin Mahmudov sonradan şans qazandı. Bu gün hücum xəttindəki problemlərdən danışırıq, lakin Mirabdulla Abbasov dəvət almır. Səlahət Ağayev Kamran Ağayevin yığma təcrübəsinin kölgəsində qalır. Halbuki hər iki matçda Kamranın hansı performans sərgilədiyini gördük. “Keşlə”nin qolkiperi heç də təcrübəli “çərçivə qoruyucusu” kimi davranmadı. Belə bir durumda klubunun uğurunda əsas pay sahiblərindən olan Səlahətə güvənilməməsi normal qarşılana bilməz. Xüsusən Qurbanov həm də “Qarabağ”ı çalışdırırsa, “Neftçi” azarkeşlərində qıcığın səbəbini anlamaq üçün qeyri-adi istedada malik olmaq lazım deyil. Əlbəttə, Qurbanovun “Neftçi”nin futbolçularına isti münasibət göstərmədiyini demək doğru olmaz. Elə çalışdırıcı özü də bunu qeyd edib. Ancaq qeyd etdiyimiz kimi, Qurbanov həm də “Qarabağ”ın məşqçisidisə və “Neftçi”nin hansısa oyunçusu heyətdə olmağı haqq etdiyi halda kənarda qalırsa, söz-söhbət istər-istəməz olacaq. Bu isə baş məşqçidən ikiqat diqqət tələb edir.
Klubunda şans qazanmayanların çağırılması
Həm Berti Foqtsun, həm də Robert Prosineçkinin dönəmində klubunda oynamayanları yığmada görməyə adət etmişdik. Əslində alman mütəxəssis əvvəl-axır bu mənada fikrini dəyişmədi. Prosineçki isə ilk vaxtlarda azərbaycanlı jurnalistlərə verdiyi açıqlamalarda “klubunda şans qazanmayanı millidə görməyəcəksiz” sözünü verirdi. Lakin zaman keçdikcə xorvatın həm mətbuata münasibəti dəyişdi, həm də verdiyi sözü unutdu. “Baş məşqçi mənəm, qərarları da mən verirəm” açıqlaması ilə əvvəlki vəd heç uyğun gəlmirdi. Qurbanov milliyə gələndən sonra bu problemin də həll olunacağını gözləyirdik. Əslində təcrübəli mütəxəssis təxminən 8 ay sürən sınaq müddətində klubunda yaxşı formada olan hər kəsə şans tanıdı. Yəni “filan futbolçuya niyə dəvət göndərmədiz” sualına yer qoymadı. Ancaq Foqtsun və Prosineçkinin dönəmi ilə müqayisədə çox az da olsa, belə futbolçular var. Tutaq ki, Ramil Şeydayevin klubunda “yatdığı” bəllidi. Lakin Qurbanov hər iki toplanışda hücumçuya dəvət göndərdi. Ötən toplanışda dəvət alanlar arasında premyer-liqanın ilk 3 turunu buraxan Cavid Hüseynov da var idi. Düzdü, Cavid ilk iki turda, Şeydayev isə son iki matçda oynamadı. Amma klubunda oynamırsa, onu dəvət etməyin mənası nədi? Yaxud da yığmada şans qazanmayacaqsa, onu dəvət edib, klubunun hazırlığından ayrı salmaq nə dərəcədə düzgündü? Halbuki onların əvəzinə daha çox haqq edəni, daha yaxşı formada olanı çağırmaq olardı.
Son söz əvəzi
Göründüyü kimi, bəzi məqamlarla bağlı müzakirələrə haqq qazandırmaq olar. Hələ Qurbanov yığmaya gələndə iki yerdə işləməyin problemlərini qeyd etmişdik. Söhbət təkcə fiziki və ya zehni baxımdan çətinlikdən getmir. Qurbanov nə qədər ki, “Qarabağ”ın baş məşqçisidi, digər klubların oyunçuları üçün verdiyi istənilən qərar söz-söhbətə yol açacaq. İki komandanı çalışdırmağın məhz bu cür yönləri də var. İnanaq ki, Qurban bəy bu iradları yığmanın qazandığı nəticələrlə heçə endirəcək. Əks halda, tənqidlər daha çox olacaq, hər xırda detal belə müzakirə ediləcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar