19 okt 14:12yigma

Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır

Forvard himnimizi öyrənir
Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır
Yığmanın Farer adaları (3:0) və Malta (1:1) ilə oyunlarında Rüfət Dadaşov da iştirak etdi. "Proyssen"in hücumçusu uzun müddət idi milliyə çağırılmırdı. İlk dəfə Berti Foqstun dönəmində əsas komandadan dəvət alan Dadaşov təxminən 4 il yığmadan uzaq düşdü. Nəhayət, Almaniyada qolları sıralaması və millinin hücum xəttindəki “dişsizlik” Dadaşovun yenidən komandaya yolunu açdı. Baş məşqçi Qurban Qurbanov ona dəvət göndərdi, həm Farer, həm də Malta ilə görüşlərdə şans verdi. Özü də hər iki görüşdə start heyətində meydana çıxan forvard əvvəldən axıra qədər mübarizə apardı. Adalılarla matçda məhsuldar ötürmə ilə yadda qalan Dadaşov BOS-dakı qarşılaşmada rəqib qapısına yol tapdı. Hərçənd yanlış ofsayd qərarı Rüfətin sevinməsinə imkan vermədi. Bəzi epizodlarda bəxtsizlik, bəzi anlarda isə qeyri-dəqiqlik Dadaşovun yığmaya dönüşünü qolla qeyd etməsinə mane oldu. Hər halda, onun gəlişindən sonra millinin hücum xətti daha effektli təsir bağışlayır. Hücumçu yığmadan döndükdən sonra Almaniya mətbuatına müsahibə verib.
- Hələ də yorğunsan?
- Bəli, bir az.
- Dünən Bakıdan qayıtmısan?
- Düzdü. Əvvəlcə Frankfurta uçdum, sonra Münsterə. 14.30-da qayıtdım və dərhal diş həkiminə getdim.
- Və sonra məşqlərə. Daha bir gün istirahət edə bilməzdin?
- Xeyr. Mən səbirsizliklə klubda məşqləri gözləyirdim.
- Azərbaycan millisinə qayıdışına necə reaksiya verdilər?
- İndiyə kimi məşqçilərdən və oyunçulardan müsbət rəylər alıram. Mən də razıyam. Əlbəttə, Malta ilə 1:1 hesablı bərabərliyə təəssüfləndim. Şanslardan istifadə etsəydik...
- Kimlər?
- Elə şəxsən mən də. Epizodların birində top iki metrdən qapıdan aralı keçdi. Topun qapıya girməməsi məni narahat edir. Biz birinci yer uğrunda mübarizəni davam etdiririk.
- Geri dönmək necə duyğudu? Komanda ilə hansı dildə danışırdın?
- Əsasən rucsa. Komandada, demək olar, bütün futbolçular bu dildə bilir. Hətta məşqçi də çox vaxt rus dilində danışır. Amma Dmitri Nazarova görə alman dilinə tərcüməçi də var.
- Nazarov 2013-cü ildə "Proyssen"də oynayıb. Onunla bu klub haqda danışdın?
- Bəli, çox az. O dedi ki, bu klubda çox şey dəyişib.
- Hər iki matçda 90 dəqiqə oynadın. Bu əvvəlcədən razılaşdırılmışdı?
- Xeyr. Mən ümid edirdim ki, nə vaxtsa oynayacam. Fikrimcə, pis çıxış etmədim. İnanıram ki, yenidən milliyə çağırılacam.
- Növbəti oyunlar üçün dəvət nə vaxt gəlir?
- Oyunlardan iki həftə əvvəl olacağını düşünürəm.
- Himni oxudun?
- Xeyr. Amma bunun üzərində işləyirəm.
- Farer adaları ilə oyununa baxanda heyrətlənməmək mümkünsüz idi...
- Bu həqiqətən də ağılsızlıq idi. Biz süni örtükdə oynayırdıq. Hava isə şaxtalı və yağışlı idi.
- Bakıda havanın isti olması doğrudu?
- Bəli.
- Oyunlardan öncə Azərbaycanda jurnalistlər səninlə danışmaq istədi. Amma bunu rədd etdin. Niyə?
- Matçdan əvvəl çox danışmaq istəmədim. Oyuna köklənmək istədim. Dəvətdən şad oldum.
- Azərbaycan üçün qol vurmadın. Amma klubda keçirdiyin matçlarda fərqlənməlisən. Bu, sənin üçün təzyiq deyil?
- Düzdü. Amma qol vuracağımı düşünürəm.
- Bəs qol vurmasan?
- Qələbə qazansaq, hər şey yolunda olacaq.
- Robert Prosineçki regional liqada çıxış etdiyin üçün səni yığmaya çağırmırdı...
- Əslində bu axmaqlıqdı. Ancaq indi yenidən özümə güvənirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar