19 okt 13:53yigma

U-21 tsikli səfər xalı ilə bitirdi

U-21 tsikli səfər xalı ilə bitirdi
U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Norveç - Azərbaycan 1:1 (0:1)

1. Sondre Rossbax
9. Birk Risa
5. Ulrix Yenssen
19. Leo Estiqor
15. Nikolas Mikkelson
(13. Martin Samuelsen, 72)
2. Yulian Ryerson
11. Tobias Haynts
8. Morten Torsbi (k)
6. Vebyorn Hoff
16. Tobias Borkeyet
17. Dennis Yonsen
(18. Erlinq Haland, 55)
Ehtiyat oyunçular
12. Vilyar Mihra
3. Andreas Olsen
4. Ulrix Fredriksen
7. Morten Konradsen
Baş məşqçi: Leyf-Qunnar Smerud

12. Kaman İbrahimov
20. Yusif Nəbiyev
(10. Qismət Alıyev, 46)
19. Eltun Turabov
3. Anton Krivotsyuk
4. Bəhlul Mustafazadə (k)
2. Sərtan Taşkın
6. Hacıağa Hacıyev
9. Fəhmin Muradbəyli
8. Budaq Nəsirov
15. Ömər Buludov
(5. Elvin Sərkərov, 85)
11. Barış Əkinçiər
(17. Ozancan Kökçü, 60)
Ehtiyat oyunçular
22. Aydın Bayramov
7. Fərid Nəbiyev
16. İsmayıl İbrahimli
18. Amin Seydiyev
Baş məşqçi: Rəşad Sadıqov
Qollar: F.Muradbəyli, 9-p. (0:1)). L.Estiqor, 76 (1:1).
Vərəqələr: S.Rossbax, 9. L.Estiqor, 81. Ö.Buludov, 85 – sarı.
Hakimlər: VOLEN ÇİNKOV, Denis Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (Bolqarıstan).
16 oktyabr. Drammen. “Maryenlist” stadionu.
Çərşənbə axşamı 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən Avropa çempionatında seçmə mərhələyə yekun vuruldu. Rəşad Sadıqovun rəhbərlik etdiyi millimizin tsikldəki son oyunu Norveçdə baş tutdu. Ötən ay Bakıdan üç xalla dönən skandinaviyalılar Almaniyaya məğlubiyyətdən sonra həm qrup liderliyi, həm də pley-off şansını itirmişdi. Bununla belə, rəqib doğma azarkeşləri önündə qələbə qazanmaq istəyirdi. Bizimkilər isə “qapını bərk çırpmaq” əzmində idi. Belə sonluq inandırıcı görünməsə də, U-21 bunu bacardı. Hətta qələbə qazanmaq, seçmə mərhələdə ilk dəfə bu sevinci yaşamaq da olardı. Sadıqovun yetirmələri daha 14 dəqiqə dözə bilsəydi…
U-21-n güclü rəqib qarşısında müdafiəyə daha çox diqqət ayırmaqdan başqa çarəsi yox idi. Sadıqov “5-li müdafiə”yə üstünlük vermiş, mərkəzdə ucaboy Bəhlul Mustafazadə, Eltun Turabov və Anton Krivotsyuka, cinahlarda isə Yusiflə Sərtana yer vermişdi. U-21 artıq 9-cu dəqiqədə hesabda önə keçməyi bacardı və meydan sahiblərinə şok yaşatdı. Müdafiəçinin qapıçı Sondre Rossbaxa ötürmə etmək istədiyini görən Fəhmin Muradbəyli rəqib qolkiperi qabaqladı. Yekunda Rossbax onu keçən Muradbəylini yerə sərdi və penaltidən yararlanan zərərçəkən özü hesabı açdı. Qoldan sonra fəallığı daha da artıran skandinaviyalıların cəhdlərinə baxmayaraq, fasiləyə qədər hesab dəyişmədi.
İkinci yarıda da oyunun axarı dəyişmədi. Qapısına sıxılan millimiz 76-cı dəqiqəyədək tab gətirdi. Final fitinə 14 dəqiqə qalmış növbəti hava ötürməsindən sonra Kamran İbrahimov son üç görüşdə qolla nəticələnən 4-cü səhvlə yadda qaldı. Üç müdafiəçinin əhatəsində olan Leo Estiqor topu arxası qapıya başla yüngülcə atdı. Lakin qolkiperin “çərçivə”ni tərk etməsi üzündən top boş qapıya yuvarlandı. Son dəqiqələrdə Elvin Sərkərovu da meydana buraxmaqla müdafiəçilərin sayını artıran Rəşad Sadıqov 1:1 hesabını qorumağı bacardı. Beləliklə, gənc mütəxəssis seçmə mərhələni 2, yığma isə 3 xalla başa vurdu. Bu həm də U-21-in iki illik fasilədən - 739 gündən sonra rəsmi oyunda rəqib meydanında əldə etdiyi ilk qənimət idi. Maraqlıdı ki, 2016-cı il oktyabrın 7-də də Skandinaviyada - Finlandiyayla görüşdə sevinmişdik.
Beləliklə, qrup qalibləri Belçika, Danimarka, Xorvatiya, İngiltərə, Fransa, Serbiya, Rumıniya, İspaniya, İtaliya və Almaniya final mərhələsinə birbaşa vəsiqə qazandı. Avstriya, Yunanıstan, Polşa və Portuqaliya isə gələn ay pley-offda üz-üzə gələcək ki, ən güclü iki kollektiv finalçılara qoşulacaq. Pley-off mərhələsinin püşkü cümə günü, final mərhələsinin püşkü isə noyabrın 23-də atılacaq.
MİRAĞA

Reaksiyalar
Rəşad Sadıqov: “Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibin gücü, səviyyəsi bəllidi. Oyunun çox hissəsinə meydan sahibi nəzarət edirdi. Biz də komanda şəklində yaxşı müdafiə olunub rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Futbolçularımı inandıqları və sonadək mübarizə apardıqları üçün təbrik edirəm. Oyun çətin keçsə də, təslim olmurdular. Bu, onların gələcəyi üçün çox önəmlidi. Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi. Son oyunlarda risk edərək 5-6 gənc oyunçunu meydana buraxdıq. Nəticəyə fikir vermədən daim onlara şans verdik. Bu qarşılaşmada da 5 gənc futbolçu oynamaq şansı qazandı. Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq. Bununla paralel çalışırdıq ki, milliyə namizəd olan oyunçuları əsas heyətdə oynadaq. Bu haqda daim millinin baş məşqçisi Qurban Qurbanovla müzakirə aparırıq. Son 5 matçda bir çox oyunçu debüt imkanı qazandı. Əlimizdən gələni edəcəyik ki, növbəti seçmə mərhələyə komandanı daha yaxşı hazırlayaq”.
Leyf-Qunnar Smerud: "Təəssüf ki, daha bir qol vura bilmədik. Bu, futbolçuların zəhməti idi və onu haqq edirdilər. Ancaq axmaq qol buraxdıq. Bundan sonra hesabı bərabərləşdirmək üçün gücümüz daxilində hər şeyi etdik. Bir neçə dəfə qol vura bilərdik. Ancaq yalnız bir dəfə fərqlənərək bərabərliyə imza atdıq. Qolumuzun müəllifi Leo Ostiqar böyük gücə malikdi. Bilirik ki, meydanda dayanmadan işləyəcək. Yaxşı şansları oldu, qol vurdu və bu, planımıza daxil idi. Fiziki gücümüzdən istifadə etməyi qərara aldıq. Məqsədimiz vardı ki, daha bir qol vuraq. Ancaq qələbə topu gəlmədi. Top, sadəcə, qapıya daxil olmurdu. Bu döyüşdə çoxlu uğursuz zərbələrimiz oldu. Ancaq futbolçuları çəkdikləri zəhmətə görə tərifləmək lazımdı. Təəssüf ki, yalnız dəfə fərqlənə bildilər. Uşaqlar buna layiq idi. Sonluq bir az üzücü oldu, ancaq elə düşünə bilərik ki, seçmə mərhələnin öhdəsindən yaxşı gəldik. Bu müddətdə seçim etdiyimiz futbolçulardan istifadə etdiyimizə görə şadam. Onlar yeni komanda yaratdılar. Bu, əla kollektiv idi. Qapıçımız Sondre Rossbax bu yığmada 4-5 il çıxış etdi və inanılmaz yaxşı iş gördü. Onun hesabında 28 qarşılaşma oldu. Leo isə debütünü qolla qeyd etdi. Əla nəsil idi. Buna görə çox üzücüdü ki, onlar seçmə mərhələni Drammanda qələbəylə başa vurmadılar".
Fəhmin Muradbəyli: “Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”.
Qismət Alıyev: “Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu matça tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Görüşün sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdı”.
1. Almaniya 10 8 1 1 33-7 25
2. Norveç 10 4 3 3 15-13 15
3. İrlandiya 10 4 2 4 12-15 14
4. Kosovo 10 4 2 4 17-18 14
5. İsrail 10 3 3 4 9-12 12
6. AZƏRBAYCAN 10 0 3 7 6-27 3
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar