16 okt 18:19yigma

Ramil Şeydayev topdaşıyan rolunda

Ramil Şeydayev topdaşıyan rolunda
Oyunun başlamasına 2 saat qalmış "Koroğlu" metrosunun ətrafında hərəkətlilik hiss olunurdu. Amma "Qarabağ"ın "Arsenal"la oyunu ilə müqayisə etsək, BOS-a tərəf azarkeş axını müqayisəyəgəlməz dərəcədə az idi. Deyəsən, bəzi azarkeşlər tez gəldiklərini düşünüb stadiondan metro istiqamətinə qayıdırdı.
Körpünün altında isə könüllülər insanları arenaya yönəldirdi. İki könüllünün əlinə şəhadət bayrağı ilə istiqamət göstərən maket-əlcək geyməsi də diqqətdən yayınmadı.
***
AFFA Malta ilə oyun üçün proqram hazırlamışdı. 40 səhifəlik buraxılışın içinə yığma üzvü Təmkin Xəlilzadənin imzalı və şəkilli posteri də qoyulmuşdu. Maraqlıdı ki, oyun üçün çap olunan proqramın üzərində qiyməti (2 manat) də göstərilmişdi.
***
Oktyabrın 1-də elə Bakı Olimpiya Stadionunda "Procter and Gamble" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayan AFFA müqavilə şərtlərinə əsasən ehtiyat oyunçular skamyalarından birinin üzərinə "Gilette"nin, digərinə "Head&shoulders"in reklamı əks olunan örtük yerləşdirmişdi. Bundan başqa, daha bir yeni reklam tərəfdaşı "D'S damat"ın adı da elektron lövhədə təqdim olunurdu.
***
İsinmə hərəkətləri zamanı meydana düzülən məşq ləvazimatlarını yığışdırmaq unudulmuşdu. Yalnız komandalar meydana çıxandan və himnlər səslənəndən sonra duyuq düşüb onları yığışdırdılar.
***
Yığmanın üç gün əvvəl Farer adaları səfərindən inamlı qələbə ilə dönməsinə baxmayaraq, azarkeşlərin biganə münasibətini anlamaq mümkün deyildi. Hər halda, protokolda 16200 tamaşaçının qeyd olunması biabırçı mənzərədən xəbər verir. Arenada iki klubun fanklubu gözə dəydi. "Qarabağ"ın "Ordu"su qapı arxasından, "Səbail"in "Dənizçilər"i isə mərkəzi tribunaların birindən millini dəstəkləyirdi.
***
Malta da dəstəksiz deyildi. 15-16 qonaq tərəfdar bəzi məqamlarda bizimkilərdən fəal gözə dəyirdi. Şeypur və barabanla, eləcə də üç irihəcmli bayraqla "silahlanan" maltalılar daha çox təşkilatlanmışdı.
***
Farer adaları ilə oyunda Mahir Mədətov qaşından zədə almışdısa, bu dəfə Pavel Paşayevin başı partladı. 34-cü dəqiqədə Effyonqla hava mübarizəsində xəsarət alan müdafiəçinin başına sarğı qoyuldu.
***
Matçın sonlarına yaxın Rüfət Dadaşov qolundakı RESPECT yapışdırıcısının bir tərəfinin qopduğunu, sallandığını görüb onu dartıb sökdü və tulladı.
***
Matça əlavə olunmuş dəqiqələrdə Ramil Şeydayev də artıq topdaşıyan funksiyasını yerinə yetirirdi. Belə ki, topun yan xətdən çıxdığını və uşağın yubandığını görüb komanda yoldaşını "silah"la təmin etdi.
***
Maltadan Bakıya 4-5 jurnalist də gəlib. Maraqlıdı ki, rəqib baş məşqçi konfrans salonuna təşrif buyuran kimi ilk növbədə öz media nümayəndələrinə yaxınlaşıb bir-bir görüşdü və daha sonra əyləşib sualları cavablamağa başladı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar