14 okt 16:26yigma

Yenilmək növbəsi Maltanındı!

Yenilmək növbəsi Maltanındı!
Millətlər Liqası
D liqası, 3-cü qrup
244. Azərbaycan - Malta
Hakimlər: İVAN BEBEK, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki, Mario Zebek, Qoran Qabrilo (hamısı Xorvatiya).
Hakim-inspektor: İoannis Tsaçilidis (Yunanıstan).
UEFA nümayəndəsi: Vladimir Heninson (Ukrayna).
14 oktyabr. Bakı. Olimpiya stadionu. Saat 20.00
Yığma sabah növbəti oyununa çıxacaq. Qurban Qurbanovun yetirmələri “doğma divarlar” arasında Maltanı sınağa çəkəcək. Tərəflər 2-ci turda Ta’Qalidə qarşılaşımış və qalib müəyyənləşməmişdi. Bu dəfə isə milli rəqibini Bakıdan əliboş yola salmaq əzmindədi. Hazırda “cırtdan” 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıbsa, milli 5 xalla qrup ikincisidi. Olimpiya stadionunda keçiriləcək qarşılaşmanı “CBC Sport” telekanalının canlı yayınlayacağını da bildirək.

Hədəf dəyişməyib
Farer adları ilə oyundan öncə bizi yalnız qələbənin qane etdiyini vurğulamışdıq. Elə Malta ilə qarşılaşmada da hədəf dəyişməyib. Torshavndan 3 xalla dönən yığma bu qarşılaşmada büdrəsə, cümə axşamı qazanılan qələbənin də əhəmiyyəti qalmayacaq. Əslində hələ Malta ilə sentyabrda reallaşan dueldən öncə Qurbanov mətbuat konfransında uğura gedən yol haqda danışarkən, “qalan 4 görüşün hamısında qələbə qazanmalıyıq” ifadəsini işlətmişdi. Təbii, Kosovonun hazırda 7 xalla qrup lideri olması yığmanın başqa nəticə haqda düşünməsinə yer qoymur. Bu komanda Bakıda əldə etdiyi heç-heçədən sonra itkisiz irəliləyir. Çox güman, əsas rəqiblə sonuncu turda səfərdə baş tutacaq duel həlledici olacaq. Ancaq kosovoluların qarşıdakı iki turda büdrəmək ehtimalı da var. Çünki hər iki oyunları səfərdədi. Hər halda, Kosovonun son tura qədər mümkün xal tikisi ilə üzləşməsi işimizə yarayar. Bununla belə, hazırda yığma öz oyunu haqda düşünməlidi. Daha doğrusu, son tura qədər maksimum nəticə ilə irəliləməlidi. Bir sözlə, Malta ilə sabah gerçəkləşəcək dueldə də millidən yalnız qələbə gözləyirik.

İlk oyundan sonra nə dəyişib?
Yuxarıda qeyd etdiyimiz kimi, sentyabrda baş tutan qarşılaşmada qollu heç-heçə qeydə alınmışdı. Xatırladaq ki, həmin matçın artıq 10-cu dəqiqəsində qapımızda qol görmüşdük. Bədavi Hüseynov cərimə meydançasında Maykl Mifsuda qarşı kobud oynamış, matçın monteneqrolu baş hakimi Nikola Dabanoviç düşünmədən "nöqtə"ni göstərmişdi. Topa yaxınlaşan Andrey Aqius isə fürsəti qaçırmamışdı. 26-cı dəqiqədə Təmkin Xəlilzadənin baxımlı qolu ilə hesabı bərabərləşdirsək də, bundan artığına gücümüz çatmamışdı. Ancaq ilk duellə müqayisədə vəziyyət xeyli dəyişib. Əvvəla, bu dəfə “doğma divarlar” arasında oynayırıq. Farer adaları üzərində qazanılan qələbə azarkeşlərin milliyə inamını artırıb. İkincisi, yığmada hazırda əhval-ruhiyyə yüksək səviyyədədi. Komanda Malta ilə görüşə böyükhesablı qələbənin yaratdığı motivasiya ilə hazırlaşır. “Cırtdan” isə səfərdə Kosovoya uduzub və düşərgədə bu üzdən elə də yaxşı ab-havanın hökm sürmədiyi şübhə doğurmur. Bundan başqa, Malta BOS-da meydana ciddi itki ilə çıxacaq. Yığmanın Millətlər Liqasında qapısında gördüyü ilk qolun müəllifi olan Mifsud bu dəfə forma geyə bilməyəcək. O, Kosovo ilə görüşdə qırmızı vərəqə ilə cəzalandığına görə qarşılaşmanı buraxır. Heyətdən söz düşmüşkən, Maltada əvvəlki toplanışla müqayisədə iki yeni isim var. Bunlar “Birkirkara”dan Keyn Attard və “Hibernians”ın üzvü Byorn Kristensendi. Qurbanovun hazırda sərəncamında olan futbolçulardan isə yalnız Rüfət Dadaşov ötən toplanışda yox idi. Bir sözlə, ilk duellə müqayisədə bəzi dəyişikliklər var ki, onların hamısı bizim xeyrimizədi.

1 2 3 4 5 6
Azərbaycan
Kamran Ağayev q 09.02.1986 Keşlə 77 –
Səlahət Ağayev q 04.01.1991 Neftçi 12 -
Şahrudin Məhəmmədliyev q 22.06.1994 Qarabağ - -
Maksim Medvedev m 29.09.1989 Qarabağ 51 3
Bədavi Hüseynov m 11.07.1991 Qarabağ 38 -
Məhəmməd Mirzəbəyov m 16.11.1990 Neftçi 18 -
Pavel Paşayev m 04.01.1988 Aleksandriya, Ukrayna 14 -
Ürfan Abbasov m 14.10.1992 Qəbələ 9 1
Təmkin Xəlilzadə m 06.08.1993 Qəbələ 7 1
Rahil Məmmədov m 24.11.1995 Qarabağ 5 -
Bəxtiyar Həsənalızadə m 29.12.1992 Sumqayıt - -
Rahid Əmirquliyev y 01.09.1989 Səbail 60 3
Qara Qarayev y 12.10.1992 Qarabağ 45 -
Dmitri Nazarov y 04.04.1990 Ertsgebirge, Almaniya 34 7
Araz Abdullayev y 18.04.1992 Qarabağ 28 2
Riçard Almeyda y 20.03.1989 Astana, Qzaxıstan 11 3
Cavid İmamverdiyev y 01.08.1990 Sabah 10 1
Emin Mahmudov y 27.04.1992 Neftçi 9 1
Ruslan Qurbanov h 12.09.1991 Səbail 25 1
Ramil Şeydayev h 15.03.1996 Krılya Sovetov, Rusiya 16 1
Rüfət Dadaşov h 29.09.1991 Proyssen, Almaniya 17 4
Namiq Ələsgərov h 03.02.1995 Neftçi 15 -
Mahir Mədətov h 01.07.1997 Qarabağ 10 1

Malta
Anri Bonelyo q 13.10.1988 Valletta 7 -
Endryu Hoqq q 02.03.1985 Hibernians 63 -
Stiv Sultana q 07.09.1990 Baltsan - -
Andrey Aqius m 12.08.1986 Hibernians 78 3
Jozef Mbonq m 15.07.1997 Hibernians 4 -
Ferdinando Apap m 29.08.1992 Viktoriya Hotspurs 2 -
Keyn Attard m 10.09.1994 Birkirkara 5 -
Stiv Borq m 15.05.1988 Valletta 38 -
Rayan Kamilyeri m 22.05.1988 Valletta 40 -
Jozef Zerafa m 31.05.1988 Valletta 26 -
Kleyton Faylla m 08.01.1986 Floriana 56 2
Maykl Conson m 11.05.1994 Baltsan 1 -
Roderik Briffa y 24.08.1981 Qzira Yunayted 97 1
Xuan Korbalan y 03.03.1997 Qzira Yunayted - -
Pol Fenek y 20.12.1986 Birkirkara 49 1
Ceyk Qrek y 18.11.1997 Birkirkara 2 -
Byorn Kristensen y 05.04.1993 Hibernians 23 -
Rouen Muskat y 05.06.1991 Valletta 33 -
Stefan Pisani y 07.08.1992 Floriana 17 -
Endryu Kohen h 13.05.1981 Qzira Yunayted 68 1
Alfred Effyonq h 29.11.1984 Baltsan 27 4
Yan-Pol Farruciya h 21.03.1992 Slima Uonderers 13 1
Andre Şembri h 27.05.1986 “Apollon”, Cənubi Kipr 90 3
1 – futbolçu, 2 – amplua, 3 – doğum tarixi, 4 – çıxış etdiyi klub, 5 – yığmada keçirdiyi oyun sayı, 6 – yığmada vurduğu qol sayı.

Rəqəmlər, faktlar
* Yığma tarixində 3-cü dəfə rəsmi xarakter daşıyan səfər matçında qələbə qazanıb. Farer adalarına 3:0 hesabı ilə qalib gələn milli indiyədək rəqib meydanında keçirdiyi 60 qarşılaşmadan yalnız iki dəfə vətənə 3 xalla dönmüşdü. AÇ-nin seçmə mərhələlərində səfərdə qələbənin nə olduğunu bilməyən komandamız hər iki uğurunu DÇ-yə aparan yolda bayram edib. 2009-cu il oktyabrın 9-da Berti Foqtsun rəhbərlik etdiyi milli Lixtenşteyndə tarix yazıb. Rəsmi matçlardakı ilk səfər qələbəmizin qeydə alındığı həmin qarşılaşmada yığma 2 cavabsız qolla gəlib. 2016-cı il sentyabrın 4-də isə Robert Prosineçkinin rəhbərliyi altında yığma San Marinodan 3 xalla dönüb. “Cırtdanlar”la görüşün nəticəsini 1 qol müəyyənləşdirmişdi. Düz 767-ci gündən sonra növbəti səfər qələbəsinə sevindik.
* Riçard Almeyda yığmanın heyətində ilk dubluna imza atdı. Yarımmüdafiəçi Millətlər Liqasının Farer adaları ilə səfər matçında biri penaltidən olmaqla, iki dəfə rəqib qapısına yol tapdı. Buna qədər futbolçularımız 10 dəfə belə uğura sevinmişdi. Lakin onlardan çoxu yoxlama xarakterli görüşlərə təsadüf etmişdi. Riçard rəsmi oyunlarda dubl edən 4-cü milli üzvüdü. Bunu bacaran ilk futbolçu isə yığmanın hazırkı baş məşqçisi Qurban Qurbanov olub. O, 2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində Serbiya və Monteneqro ilə səfər matçında (2:2) 2 qol vurmuşdu. 12 il sonra yığmanın AÇ-2016-nın seçmə mərhələsində Maltadakı görüşdə (2:2) isə Rahid Əmirquliyev rəqibi iki dəfə məyus etməyi bacarmışdı. İlk iki dubl Almeydanın qolları kimi səfərdə gerçəkləşibsə, 3-cü Bakıda qeydə alınıb. Evdəki yeganə dubl ötən il San Marino üzərində 5:1 hesablı qələbə zamanı Əfran İsmayılovun hesabına yazılıb.
* Millətlər Liqasının 3-cü turunun ilk oyun günündən sonra statistik göstəricilər açıqlanıb. Riçard Almeyda turnirdə ən çox ötürmə verən futbolçu adına yiyələnib. “Milliləşdirilən” braziliyalı 215 ötürmə verib. Onun ən yaxın izləyicisi Serxio Ramos isə 204 dəfə bunu bacarıb. “200”səddini keçən 3-cü futbolçu da yığmamızın üzvüdü. Qara Qarayevin hesabında 201 ötürmə var.
* Farer adaları ilə qarşılaşmada yığma qapısını toxunulmaz saxlamaqla turnirdə 2-ci “quru” oyununu keçirib. Kosovo ilə ev matçında da qol buraxmayan yığma üç qarşılaşmadan yalnız birində rəqibin sevinməsinə mane ola bilməyib. Farer adaları ilə görüş meydana kapitan kimi çıxan Kamran Ağayevin yığmada 21-ci “quru” oyunu olub. O, adadakı görüşə qədər 20 matçda qol buraxmamışdı. Ağayev bu göstəricidə yığmanın mütləq rekordçusudu. Qeyd edək ki, qapıçı millidə 77-ci matçını keçirdi. Bu göstəricidə Mahir Şükürovu keçən Ağayev milli tarixinin üçüncüsü olub.
* İndiyədək rəsmi qarşılaşmalarda iki futbolçu – yığmanın hazırkı baş məşqçisi Qurban Qurbanov və Vaqif Cavadov hamıdan çox – 5 dəfə fərqlənmişdi. Qurbanova 2-ci şərik olan Nazarov cəmi 3 gündən sonra mütləq rekordçu da ola bilər. Bunun üçün yarımmüdafiəçi Maltaya qol vurmalıdı. Azərbaycan millisinin bombardirləri sırasında da dəyişiklik olub. Farer adaları ilə səfər görüşündə fərqlənən Dmitri Nazarov yığmada qol sayını 7-yə çatdırıb. Bununla yarımmüdafiəçi millinin 26 illik tarixinin bombardirləri siyahısında “altılığ”a düşüb. Rauf Əliyev, Elvin Məmmədov və Branimir Subaşiçə çatan Dmitri 3-6-cı yerləri bölüşür. Onlar ancaq Qurban Qurbanov (14) və Vaqif Cavadovdan (9) geri qalır. Ümumi siyahıda 3-cü yerə şərik çıxan Nazarov həm də rekordu təkrarlayıb. O, rəsmi turnirlər – dünya və qitə çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında ən çox qol vuran futbolçu ünvanına şəriklərə qoşulub. Belə ki, Dmitri 5-ci belə qolunu vurub.
* Milli tarixində 9-cu böyükhesablı qələbəni qazanıb. Komandamız bunadək 26 illik tarixində 8 dəfə üç və ya daha çox top fərqiylə qələbə qazanmışdı. Lakin budəfəki qələbə ilklə əlamətdardı. Yığma tarixində ilk dəfə səfərdə böyükhesablı qələbə əldə edib. Bunadək olan 8 qələbədən 6-sı evdə, 2-si neytral meydanda qazanılıb. Maraqlıdı ki, tarixdə ilk darmadağın da bu rəqiblə matça təsadüf edib. Millimiz 22 il öncə neytral meydanda ada təmsilçisinə 3 cavabsız qol vurmuşdu. Farer adaları yığmamızın tarixinə düşüb. Bu komanda yeganə rəqibdi ki, komandamız ona 2 dəfə darmadağın yaşadıb. Qalan 7 yığma isə bir dəfə millimizdən acınacaqlı yenilgi alıb.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar