14 okt 15:51yigma

Mütəxəssislər oyunu yox, nəticəni qabartdı

Mütəxəssislər oyunu yox, nəticəni qabartdı
Mircavadov: “Bu qələbə psixoloji baxımdan böyük önəm daşıyır”
Rzayev: “Səfərdə qazanılan 3 xala dönüş nöqtəsi kimi baxmaq olar”

Səfərdə Farer adaları üzərində qazanılan qələbədən sonra hamı Malta ilə görüşdə də yığmadan eyni nəticəni gözləyir. Bazar günü Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada Qurban Qurbanovun rəhbərlik etdiyi milli “büdrəsə”, demək olar ki, qrup birincisi olmaq şansını əldən verəcək. Düzdü, Farer adaları ilə qarşılaşmadan sonra ölkənin əsas komandasında ab-hava yüksəkdi, futbolçularda özünəinam yaranıb. Ancaq Torshavndakı matç bir daha göstərdi ki, Qurbanovun komandasında çatışmazlıqlar var və ani dəqqətsizlik milliyə baha başa gələ bilər.
Srağagün keçirilən Farer adaları və sabah baş tutacaq Malta ilə oyunla bağlı mütəxəssilərin rəyini öyrənməyi lazım bildik. Öncə Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu aradıq: “Farer adaları ilə qarşılaşmada bizə baxımlı oyun yox, sərfəli nəticə vacib idi. Çünki 2 heç-heçədən sonra növbəti xal itkisi bizə baha başa gələ bilərdi. Yəni istənilən hesablı qələbə lazım idi. Oyunu zəif keçirə bilərlər, ancaq komandanın özünə gəlməsi üçün hansısa qələbə vacibdi. Yığmamız səfərdə böyük hesabla qalib gəldi ki, bu da kollektivə müsbət yöndə təsir göstərəcək. Mənfi və müsbət məqamlar haqda Malta ilə oyundan sonra daha ətraflı danışmaq olar. Çünki bu qələbə psixoloji baxımdan böyük önəm daşıyır. Bundan sonra Malta ilə qarşılaşmaya sakit hazırlaşmaq olar. Müdafiədə yol verilən səhvlərə gəlincə,yaddan çıxarmayaq ki, Rahil Məmmədovla Bədavi Hüseynov ilk dəfə millidə tandem təşkil etdilər. Qurban Qurbanov gənc futbolçuya şans verdi ki, bu da yaxşı amildi. Bunu alqışlayıram. Təbii ki, onların mövqe səhvləri oldu. Məhz belə səhvlərdən sonra rəqib fərqlənməyə çox yaxın oldu. Qara Qarayev 2 topu qapı xəttindən çıxardı. Yəqin ki, baş məşqçi müdafiəçilərin səhvini bir daha təhlil edib, nəticə çıxaracaq. Ümumiyyətlə, görüləsi iş çoxdu. Bir-bir saysaq, vaxt aparar. Fikrimcə, əsas müsbət cəhət odu ki, uşaqlar qələbəni çox istəyirdilər və qarşıya qoyulan məqsədə də çatdılar. Rüfət Dadaşovun uzun fasilədən sonra yığmaya dönüşünü də xüsusi vurğulamaq lazımdı. Rəqibin müdafiəçilərini təzyiq altında saxlamaq üçün Rüfət kimi mərkəz hücumçusuna ehtiyac var idi. Ötürmələr zamanı topu qəbul edib, cinahlardakı boşluqları yaxşı görürdü. Həmin mövqedə oynayan futbolçular da boş sahəyə yaxşı açılırdılar. Yenə deyirəm, iş çoxdu. Farer adaları ilə oyunda müdafiədə etdiyimiz səhvlər Malta ilə görüşdə olmamalıdı. Heç nə birdən-birə həll olunmur. Zamana ehtiyac var. Əsas qələbə idi, buna görə komandanı təbrik edirəm”.
Veteran futbolçu Vidadi Rzayev də, demək olar ki, eyni fikirləri səsləndirdi: “Bu gün nədənsə bir çoxları qələbəni unudub, yığmanın oyunundakı səhvləri qabardır. Bəli, Farer adaları ilə qarşılaşma baxımlı oyunların siyahısında deyil. Futbol tariximizdə millinin daha parlaq qələbələri olub. Ancaq nəticə baxımından hər şey istədiyimiz kimi alındı. Səfərdə qazanılan 3 xala dönüş nöqtəsi kimi baxmaq olar. Malta ilə oyundan öncə belə qələbə bizə mütləq lazım idi. Fikrimcə, indi futboçular bu oyunu unudub, Malta ilə matça köklənməlidi. Həmin görüşdə yol verilən səhvlərə görə də oyunçuları təzyiq altında saxlamaq düzgün deyil. Onları tənqid etmək üçün qarşıda hələ çox vaxtımız olacaq. Hazırkı məqamda ən yaxşısı milliyə dəstək olmaq, Malta ilə görüşdə tribunaları doldurmaq lazımdı ki, yığma üzvlərinə əlavə motivasiya mənbəyi olsun”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar