12 okt 21:51yigma

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Kamran Ağayev – 4,5
Premyer-liqada qapısından ən çox top buraxan futbolçulardan olan Kamranın start heyətində yer alması onsuz da birmənalı qarşılanmamışdı. 90 dəqiqə təcrübəli qolkiperin hansı durumda olduğunu bir daha göstərdi. 31-ci dəqiqədə çıxışdakı kobud səhvini topu qapı xəttindən çıxaran Qara “sığortaladısa”, 4 dəqiqə sonra rəqib futbolçunun tələskənliyi xeyrinə işlədi. 51-ci dəqiqədə Yustinussenə qarşı sərt oyununu hakim penalti kimi dəyərləndirsəydi, heç kim heç nə deməyəcəkdi. 52-ci dəqəqədə etdiyi isə biabırçılıqdan o tərəfəydi. Gərəksiz vəziyyətdə özünü rəqibə topa zərbə vurumuş kimi göstərib yerdə qalması, bununla da meydan sahiblərinə yaxın məsafədən cərimə zərbəsi yerinə yetirmək imkanı yaratması az qala qapımıza qolla nəticələnəcəkdi. Bir sözlə, səhvlərdən başqa heç nə ilə yadda qalmadı.
Pavel Paşayev – 5,0
Oyuna yaxşı başlayıb ilk yarını kobud səhvsiz keçirən Ukraynada legioner həyatı yaşayan “4 nömrə” zaman-zaman hücumlara dəstək verməklə yadda qalırdı. Əzmkarlığı və fiziki hazırlığı qeyd olunmalıdı. Lakin eyni tempi sona qədər qoruya bilmədi. Hər halda, rəqib futbolçular ikinci yarıda məhz Paşayevin yer aldığı cinahdan asmalar etməyi bacarırdılar.
Bədavi Hüseynov – 5,0
Rəşad Sadıqovla yanaşı oynamadığı oyunlarda inamlı təsir bağışlamayan ucaboy müdafiəçi bu dəfə də təhlükəli sima idi. “Bomba” təsiri bağışlayıb, hər an “partlayacağından” qorxduğumuz Hüseynovun topla rəftarı və bəzi epizodlarda verdiyi riskli ötürmələr adamın ürəyini ağzına gətirirdi. Mövqe səhvləri də öz yerində. Buna baxmayaraq, boy üstünlüyü hesabına hava toplarına üstünlük verən rəqibin hücumlarını zərərsizləşdirməyi bacarırdı.
Rahil Məmmədov – 5,5
Karyerası ərzində ən taleyüklü oyuna çıxan Rahil Məmmədovun həyəcanı qətiyyən hiss olunmadı. Bacardıqca topla rəftardan uzaq durmağa çalışır, “mərmi”ni özündən uzaqlaşdırmaqla diqqət çəkirdi. Bir neçə dəfə rəqibin hava ötürmələrinin qarşısını kəsdi. Bir sözlə, üzərinə düşən işin öhdəsindən gəldi. Hər halda, oyunboyu hansısa kobud səhvi diqqəti çəkmədi.
Maksim Medvedev – 4,5
Bacarığına, təcrübəsinə güvəndiyimiz Maksim də Kamran kimi ən zəiflərdən idi. Rəqib futbolçular hücumları məhz onun qoruduğu cinahlardan qururdu ki, bu da Medvedevin “çatdırmamasına” görəydi. 30-ci dəqiqədə rəqibə etdiyi “hədiyyə” zamanı nə etmək istədiyini özündən yaxşı bilən olmazdı. 73-cü dəqiqədə rəqib futbolçunun topu Medvedevin ayaqları arasından keçirib qaçması isə faciədən başqa bir şey deyildi. Maskimin fiziki cəhətdən “axsamasını” oyunun sonlarında aldığı sarı vərəqə göstərdi.
Qara Qarayev – 5,5
Oyunu sabit keçirən oyunçulardan biri idi. Cılız olmasına baxmayaraq, rəqibləri ilə mübarizələrdən çəkinməyən “2 nömrə” üzərinə düşən işin öhdəsindən artıqlamasıyla gəldi. Topla rəftarı hesabına rəqib həmkarlarını qaydanı pozmağa məcbur edirdi. 31-ci dəqiqədə topu boş qapıdan çıxarmasını isə matçın dönüş anı adlandıra bilərik.
Riçard Almeyda – 6,0
Heç şübhəsiz, oyunun ən yaxşısı. Qazaxıstanda legioner həyatı yaşayan yarımmüdafiəçinin təcrübəsi matça damğa vurdu. Orta sahədə dirijor rolunu oynayan Almeyda rəqibin oyun intizamını pozur, futbolçuları mövqelərini tərk etməyə məcbur edirdi. Yığmanı ümidləndirən ilk qol zamanı Nazarovla divar paslaşması yerinə düşdü. Hücumun sonunu isə özü dəqiq zərbəylə qola çevirdi. Penalti zərbəsindən fərqləndiyini də unutmayaq. Riçardın yarımmüdafiədə inamlı oyunu komanda yoldaşlarını da ümidləndirirdi.
Dmitri Nazarov – 5,5
Heyətdəki legionerlərdən biri olan Nazarov da səviyyəsini ortaya qoymağı bacardı. İlk qolda müəyyən mənada rolu olan “13 nömrə”nin vurduğu qol olduqca baxımlı alındı. Hər halda, həmin qolu rəqib üçün qırılma anı saya bilərik. Yaradıcılıq baxımından çətinlik çəkməsə də, dağıdıcılığı ürəkaçan deyildi. Rəqibdən top almaq əvəzinə hakimdən vərəqə alması bunun sübutudu.
Araz Abdullayev – 5,0
Oyuna yaxşı başlayan, ilk 25-30 dəqiqədə hücumlara dəstək verən Abdullayevin birinci qolun vurulmasında əməyi mütləq qeyd olunmalıdı. Cinahdan qapı qarşısına yaxşı ötürmə etmişdi deyə, Riçard fərqlənə bildi. Amma ümumilikdə ümidləri doğrultmadı. Hər nə qədər çox qaçsa, çalışsa da, əsl Arazın nəyə qadir olduğunu yaxşı bilirik. Oyun təcrübəsinin azlığından əziyyət çəkdiyi aşkar görünürdü. Adam topu hiss etməkdə çətinlik çəkir, həlledici anda qərar qəbul edə bilmir.
Mahir Mədətov – 4,5
Son vaxtlar təzyiqlərdən qurtula bilməyən “Qarabağ”lı bu dəfə də başqalarının kölgəsində qaldı. Düzdü, ilk qolda müəyyən mənada rolu oldu. Hər halda, rəqibin topu istədiyi kimi uzaqlaşdıra bilməməsinin, yekunda Riçarda ötürməsinin səbəbkarı Mahir idi. Komanda yoldaşlarına kömək etmək üçün irəli-geri qaçmasını da vurğulaya bilərik. Amma cinah oyunçusu, hücumların qurulmasında iştirak etməli olan biri kimi heç nə ilə yadda qalmadı. Nə etmək istədiyini bilmir, əksər hallarda meydan sahiblərinin hücumları ilə nəticələnən top itkilərinə yol verirdi.
Rüfət Dadaşov – 5,5
Aylardı dediyimizi özümüz eşidirdik. Qurban Qurbanov, nəhayət, daşı ətəyindən atıb hücumçunu yığmaya dəvət etdi və risk edib əsas heyətdə meydana buraxdım. Deyərdik ki, Dadaşov ümidləri artıqlamasıyla doğrultdu. İşgüzarlığı, pressinq etməsi, komanda yoldaşlarına boş mövqelər “açması” diqqətdən yayınmadı. İkinci qol zamanı özü zərbə vurmayıb, Dmitrinin fərqlənməsinə imkan yaratması da göz oxşadı. Hər halda, Rüfətin kölgəsi Ramil Şeydayevin varlığından daha faydalı göründü. Adını tabloya yazdıra bilsəydi, əla olardı.
Ruslan Qurbanov – 5,0
Son 10 dəqiqədə meydanda olan Qurbanov qələbəyə müəyyən töhfə verə bildi. Topu rəqibdən oğurlayıb qaçdı, ardınca qapıçını özünə qarşı kobud oynamağa məcbur edib, milliyə penalti qazandırdı.
Emin Mahmudov – qiymətsiz
Cavid İmamverdiyev – qiymətsiz
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar