12 okt 21:48yigma

“Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim”

“Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim”
Qurban Qurbanov onun daha yaxşı oynamalı olduğunu düşünür
Oyunsonrası mətbuat konfransına əvvəlcə yığmamızın çalışdırıcısı Qurban Qurbanov təşrif buyurdu. Təcrübəli mütəxəssisin bir gün əvvəlki gərginliyindən əsər-əlamət yox idi. O, əvvəlcə ümumi fikirlərini çatdırdı.
- Futbolçularımı təbrik edirəm. Bu, bizim üçün çox vacib qələbə idi. Dünən mətbuat konfransında "heç bir çətinlik haqda düşünməməliyik" demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Meydanı və düşdüyümüz şəraiti deyərdim. Buna baxmayaraq, lazımi xarakteri geri qaytardıq. 3 gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq.
- Bugünkü nəticələrdən sonra hər şeyə Kosovo ilə səfər oyununda aydınlıq gələcəyini demək olar?
- Qətiyyən deməzdim. Ümumiyyətlə, bu gün asan komandanın olmadığını bir daha gördük. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Farer adaları yığması meydanda nə etdiyini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbə qazanmağa qadirdi.
- Rahil Məmmədovun start heyətində yer alması gözlənilməz oldu. Bu risk nəyə hesablanmışdı?
- Səbəblər çox idi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddən artıq təhlükəli idi. Digər tərəfdən, Rahili qazanmaq istəyirik. Onun potensialı böyükdü. Bu gün oynamağa layiq idi. Bəlkə riskli addım idi, amma ona güvənərək meydana buraxdım. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə də belə addımlar atmalı, yeri gəldikcə yeni oyunçulara şans verməliyik.
- İlk 15-20 dəqiqə ağır keçdi. Bu, rəqibin erkən qol istəyi idi, yoxsa düşünülmüş plan?
- Biz də oyuna fəal başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar. Bizdə isə texniki səhvlər çox oldu. Rəqib özü də ilk dəqiqələrdən qol vurmaq istədiyini bildirmişdi. Biz isə tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq.
- Rüfət Dadaşov rəhbərliyiniz altında ilk matçına çıxdı. Oyunundan nə dərəcədə razı qaldız?
- Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim. Çünki son çempionat oyunundan bir həftə əvvəl naxoşlamış və matça yaxşı hazırlaşa bilməmişdi. Bununla belə, baş məşqçisi meydanda 90 dəqiqə saxlamışdı. Lakin məşqlərdə özünü pis hiss etmədiyini və oyunçularla anlaşmasının yaxşı olduğunu gördüm. Bugünkü çıxışından da razı qaldım. Lakin bu, onun hələ optimal forması deyil. Düşünürəm ki, gələcəkdə özü də işini sevə-sevə yerinə yetirəcək.
Rəqibin baş məşqçisi Lars Olsen isə mətbuat konfransına gəlmədi...
MİRAĞA, Torshavn
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar