12 okt 21:44yigma

İnamlı və önəmli qələbə

İnamlı və önəmli qələbə
Millətlər Liqası
D liqası, 3-cü qrup
243. Farer adaları - Azərbaycan 0:3 (0:1)

1. Qunnar Nilsen
3. Vilyormur Davidsen
4. Atil Qreqersen (k)
15. Odmar Faero
9. Qilli Sorenson
6. Hallur Hansson
(11. Heini Vatnsdal, 78)
16. Rene Yoensen
7. Kay Bartalsstovu
(19. Roqvi Baldvinsson, 74)
8. Brandur Hendriksson
14. Yoan Edmundsson
10. Finnur Yustinussen
(21. Klemint Olsen, 78)
Ehtiyat oyunçular
12. Teytur Gestsson
23. Kristian Yoensen
2. Maqnus Eqilsson
13. Aleks Mellemqaard
17. Qunnar Vatnhamar
20. Eli Nilsen
22. Pol Yohannus Yustinussen
Baş məşqçi: Lars Olsen
1. Kamran Ağayev (k)
4. Pavel Paşayev
19. Rahil Məmmədov
22. Bədavi Hüseynov
5. Maksim Medvedev
2. Qara Qarayev
20. Riçard Almeyda
(8. Emin Mahmudov, 87)
7. Araz Abdullayev
(10. Ruslan Qurbanov, 83)
13. Dmitri Nazarov
(15. Cavid İmamverdiyev, 88)
17. Mahir Mədətov
16. Rüfət Dadaşov
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
23. Səlahət Ağayev
3. Ürfan Abbasov
6. Bəxtiyar Həsənalızadə
9. Namiq Ələsgərov
11. Ramil Şeydayev
14. Rahid Əmirquliyev
18. Məhəmməd Mirzəbəyov
21. Təmkin Xəlilzadə
Baş məşqçi: Qurban Qurbanov
Qollar: R.Almeyda, 28 (0:1). D.Nazarov, 67 (0:2). R.Almeyda, 86-p. (0:3).
Vərəqələr: H.Hansson, 41. D.Nazarov, 49. R.Almeyda, 57. R.Yoensen, 66. A.Qreqersen, 75. Q.Nilsen, 85. M.Medvedev, 87 - sarı.
Hakimlər: ALEKSEY YESKOV, Dmitri Mosyakin, Anton Averyanov, Valeri Dançenko, Sergey Lapoçkin, Mixail Vilkov (hamısı Rusiya).
Hakim-inspektor: Salustia Çato Kipres (Andorra).
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
11 oktyabr. Torshavn. “Torsvollur” stadionu. 3300 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
20 (3) qapıya ("çərçivə"yə) zərbə 10 (4)
8 korner 3
1 ofsayd 1
12 qayda pozuntusu 12
4 vərəqə (qırmızı) 3
Dünən milli taleyüklü matça çıxdı. Qurban Qurbanovun yetirmələrini yalnız qələbə qane edirdi. Yığma Millətlər Liqasından AÇ-yə yollanmaq hədəfinin xəyal olaraq qalmaması üçün adalılarla dueldə qalib gəlməliydi. Əks halda, Qurbanovun yetirmələrinin taleyi öz əlində olmayacaqdı. Odu ki, qələbədən başqa nəticə haqda düşünmürdük. Nəhayət, Qurbanovlu yığma rəsmi oyunlarda ilk qəlibiyyətinə köklənmişdi. Kosovonu Bakıda (0:0), Maltanı isə səfərdə (1:1) yenə bilməyən milli ilk iki turdakı xal itkilərini Torshavnda “sığortalamalıydı”. Düzdü, heç-heçə də şansları sıfra endirməyəcəkdi. Amma işi daha da çətinə salmamaq, başqalarından asılı vəziyyətə düşməmək üçün qələbə vacib idi. Axı xal itkisi böyük ölçüdə 1-ci yer xəyalının üstündən xətt çəkəcəkdi. Bir sözlə, dünən yığma üçün həqiqət anı idi. İlk iki oyunda azarkeşlərin əsəbi ilə oynayan komanda bu dəfə ölüm-qalım savaşı verməliydi. Futbolçular isə Kosovo və Malta ilə oyunlarda göstərmədiyi istəyi, əzmkarlığı bu dəfə ortaya qoymalı, yenidən ona könül verənləri sevindirməydi.
Start heyəti ilə bağlı ən maraqlı məqam müdafiənin mərkəzində Rahilin yer alması idi. Bu, "Qarabağ"da Qurbanovun rəhbərliyi altında top qovan Məmmədovun yığmada ilk rəsmi oyunu idi. Görünür, müdafiəçi baş məşqçinin güvənini qazana bilib. Belədə Maksim doğma cinahına çəkilmişdisə, Pavel solda qərarlaşmışdı. Digər mövqelərə gəlincə, çalışdırıcı proqnozlaşdırılan seçimlər etmişdi. Yalnız Rüfətin ilk dəqiqələrdən meydanda olması bir qədər gözlənilməz idi. Çünki o, uzun müddət idi yığmadan kənarda qalmışdı. Lakin Qurbanovun sərəncamında olan hücumçular arasında hazırda ən yaxşı formada olan elə məhz Rüfətdi.
Dumanlı hava şəraitində start götürən matçın ilk dəqiqələrində meydan sahibləri daha çox təzyiq edirdi. Hiss olunurdi ki, Olsen yetirmələrinə erkən qol tapşırığı vermişdi. Artıq 4-cü dəqiqədə Sorensonun qüvvətli zərbəsindən sonra top müdafiəçiyə tuş gəlməsəydi, Kamranın təhlükəni sovuşdurması çətin olacaqdı. Adalıların basqısı nəticə vermədi və yavaş-yavaş yığma oyunu bərabərləşdirdi. Ancaq Nilsenin qoruduğu qapı istiqamətində bizimkilərin ilk cəhdi 18-ci dəqiqəyə təsadüf etdi. Rüfətin başla vuruşu o qədər də effektli alınmadı. Arazın uzaqdan təhlükəli olmayan zərbəsi də futbolçunun bəxtini sınamasından başqa bir şey deyildi. 27-ci dəqiqədə isə Sorensonun uzaq məsafədən vuruşu yaddaqalan oldu. Həmin epizodda top az fərqlə qapının üstündən keçdi.
Nəhayət, 28-ci dəqiqədə milli Farer adalarının qapısına yol tapdı. Arazın qapı önünə paralel ötürməsi zamanı Nilsen topu əlindən buraxdı, müdafiəçinin təhlükəni sovuşdurmaq istəməsi isə xeyrimizə oldu. Almeyda önünə düşən "mərmi"ni dəqiq zərbəylə hədəfə sancdı. Buraxılan qoldan sonra adalılar təzyiqi xeyli artırdı. 31-ci dəqiqədə Kamran çıxışda səhvə yol verdi, son anda Qara topu qapı xəttindən uzaqlaşdırdı. Cəmi 4 dəqiqə sonra qapıçı yenə də azərbaycanlı azarkeşləri həyəcanlandırdı. Kamran çıxışda növbəti dəfə yanlış davransa da, xoşbəxtlikdən top sonda onun özünə dəyərək meydanı tərk etdi. Beləcə meydan sahiblərinin fasiləyə qədər "status-kvo"nu bərpa etmək cəhdləri fayda vermədi.
Olsenin komandası ikinci yarıya da fəal başladı. Əvvəlcə onların penalti tələbini rusiyalı hakim qəbul etmədi. 52-ci dəqiqədə isə Bədavi geriyə ötürmə etdi, Kamran topu saxlayıb zərbə endirmək istədi, ancaq ayağı sürüşdü. Rəqibin topu "oğurlayıb" zərbə vurmasının qarşısını almaq üçün topu əllə saxladı ki, hakim rəqibin xeyrinə sərbəst zərbə təyin etdi. Yaxşı ki, Ağayev Edmundssonun vuruşundan sonra topun tora daxil oımasına imkan vermədi və səhvini düzəltdi. Ümumiyyətlə, bu dəqiqələrdə meydan sahibləri təzyiqi xeyli artırmışdı. 58-ci dəqiqədə Renenin vuruşu yetərincə təhlükəli alındı. Az sonra Arazın qapı önünə asması zamanı topa Rüfətdən öncə müdafiəçi toxunmasaydı, bəlkə də ikinci qolu vuracaqdıq. 66-cı dəqiqədə yenidən Abdullayev diqqət mərkəzinə düşdü. O, cərimə meydançasının daxilinə ötürmə etdi, Nilsen çıxışda səhvə yol versə də, Qurbanovun yetirmələri fürsəti dəyərləndirə bilmədi. Ancaq yığma tezliklə növbəti qolu vurdu. Riçard uzun ara ötürməsi etdi, Rüfət cərimə meydançasına daxil oldu, daha əlverişli mövqedə olan Nazarovu gördü. Dadaşovun ötürməsindən sonra Dmitri topu saxlamadan qapıdan keçirdi.
Hesab arasındakı fərq artıqdan sonra yığma daha inamlı oynamağa başladı. 81-ci dəqiqədə ikinci qolun məhsuldar ötürməsini verən Rüfət özü də fərqlənməyə yaxın idi. Çətin vəziyyətdə təhlükəli zərbə endirsə də, Nilsen qola mane oldu. 2 dəqiqə sonra isə rəqib buraxılan qollardan birinin əvəzini çıxmağa yaxın idi. Meydan sahibləri Riçardın top itkisindən sonra əks-hücum qursa da, yaxşı ki Hendriksson dəqiq olmadı. Halbuki daha əlverişli mövqedə iki komanda yoldaşı var idi. 85-ci dəqiqədə isə 2 dəqiqə öncə Arazın yerinə meydana çıxan Ruslan yığmaya penalti qazandırdı. O, müdafiəçinin səhvindən sonra qapıçı ilə üz-üzə qaldı və Nilsen Qurbanovu kobudluqla dayandırdı. Hakim qapıçıya "sarı" və “nöqtə”ni göstərdi. Almeyda dəqiq və qarşısıalınmaz zərbəylə dublunu rəsmiləşdirdi. Bununla belə, qalan dəqiqələrdə Farer adaları iki dəfə hesab arasındakı fərqi azaltmağa yaxın oldu. Öncə Qreqersenin vuruşundan sonra top tirə tuş gəldi. Ardınca Klemint başla "kürə"ni "çərçivə"yə ünvanladı. Ancaq Qarayevin başı ilə Kamranın əli birləşərək, qola mane oldu.
Beləliklə, yığma inamlı qələbə ilə vətənə dönür. Artıq Malta ilə görüşə köklənmək və həmin matçda da eyni nəticəyə imza atmaq lazımdı.
FARİZ

Reaksiya
Elxan Məmmədov: "Bugünkü qələbə komandanı yenidən oyuna, ilk pillə üçün mübarizəyə qaytardı. Bu çox vacib idi. Əsas odu ki, 1:0 öndə olarkən komanda müdafiə olunmaq əvəzinə irəli getdi və 3 qol vurduq. Bu da vacib məqam idi. Ümid edirəm ki, növbət oyunda da millimiz gözəl oyunla qələbə qazanacaq. Hava durumu əlverişli deyildi, start ərəfəsində duman var idi, oyunun təxirə salınması ehtimalı yaranmışdı. Biz də izləyirdik və UEFA nümayəndəsi ilə əlaqə saxlayırdıq. Oyuna 2 saat, 1 saat və 45 dəqiqə qalmış hakimlərlə əlaqə saxladıq, özümüz də stadionda gördük ki, hava açılır və matçın keçirilməsinə qərar verildi. Yığma komandaya Millətlər Liqası üçün mükafat məsələsinə gəlincə, təbii ki, baş məşqçi ilə məsləhətləşirik, onun tövsiyələrini nəzərə alaraq mükafat təyin edirik. Əlbəttə, birinci yer bizim üçün çox vacibdi, məqsədimiz bu yeri əldə etməkdi. Amma baş məşqçi komandanın psixoloji vəziyyətini daha yaxşı bilir və hansı anda nə etmək lazım olduğuna o qərar verir. Komandamız da Millətlər Liqasını fürsət kimi görür və ilk növbədə birinci yeri tutmaq istəyir".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar