11 okt 18:52yigma

Torshavnda ölüm-qalım döyüşü

Torshavnda ölüm-qalım döyüşü
Millətlər Liqası
D liqası, 3-cü qrup
243. Farer adaları - Azərbaycan

Hakimlər: ALEKSEY YESKOV, Dmitri Mosyakin, Anton Averyanov, Valeri Dançenko, Sergey Lapoçkin, Mixail Vilkov (hamısı Rusiya).
Hakim-inspektor: Salustia Çato Kipres (Andorra).
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
11 oktyabr. Torshavn. “Torsvollur” stadionu. Saat 22.45
Bu gün Qurban Qurbanovun yetirmələri Millətlər Liqasında 3-cü oyununa çıxacaq. D liqasında yer alan milli səfərdə Farer adaları ilə üz-üzə gələcək. Hazırda adalıların 3, bizim isə 2 xalmız var. Mümkün qələbə yığmanı hətta qrup lideri edə bilər. Təbii, bunun üçün Kosovo – Malta görüşündə meydan sahibləri uğursuzluğa düçar olmalıdı. Ancaq ilk növbədə milli öz oyunu haqda düşünməli və səfərdən 3 xalla dönməlidi. Rusiyalı hakimlər briqadasının idarə edəcəyi oyunu “CBC Sport” canlı yayınlayacaq.
Həqiqət anı
Yığma Millətlər Liqasından AÇ-yə yollanmaq istəyirsə, bu oyunda yalnız qalib gəlməlidi. Əks halda, Qurbanovun yetirmələrinin taleyi öz əlində olmayacaq. Odu ki, qələbədən başqa nəticə haqda düşünməməliyik. Yoxsa turnirdəki hədəfdən uzaq düşmüş olacağıq. Azarkeşlər, nəhayət, Qurbanovlu yığmanın rəsmi oyunlarda ilk qəlibiyyətini görmək istəyir. Kosovonu Bakıda (0:0), Maltanı isə səfərdə (1:1) yenə bilmədikdən sonra millinin 1-ci yer perspektivi azalıb və ilk iki turdakı xal itkiləri Torshavndı “sığortalanmalıdı”. Düzdü, heç-heçə də şansları sıfra endirməyəcək. Çünki yığmanın ikinci dövrədə ikisi evdə olmaqla 3 oyunu var. Amma işi daha da çətinə salmamaq, başqalarından asılı vəziyyətə düşməmək üçün qələbə vacibdi. Adalılar ilk oyunda evdə Maltanı məğlub etdisə (3:1), ikinci görüşdə Kosovoya səfərdə uduzdu (0:3). Farer adalarının “doğma divarlar” arasında növbəti qələbəsini bayram etməsinə imkan verməməliyik. Məğlubiyyət böyük ölçüdə 1-ci yer xəyalının üstündən xətt çəkəcək. Qurbanovun komandası səfərdən xalsız dönərsə, son üç görüşdə mütləq qalib gəlməli, həmçinin rəqiblərin duellərində münasib nəticələrə ümid etməlidi. Bu isə nəzəri şanslar anlamına gəlir. Ona görə də milli Farer adaları ilə oyunda heç-heçə və ya yenilgini ağlından keçirməməlidi. Başqa sözlə, bu gün yığma üçün həqiqət anıdı. İlk iki oyunda azarkeşlərin əsəbi ilə oynayan komanda artıq ölüm-qalım savaşı verməlidi. Futbolçular Kosovo və Malta ilə oyunlarda göstərmədiyi istəyi, əzmkarlığı bu dəfə ortaya qoymalıdı. Nə yol yorğunluğu, nə də başqa amil səbəb ola bilməz. Ümumiyyətlə, Farer adaları məğlub edilməsə, heç bir bəhanə keçərli sayılmayacaq.
Adalılarla duellər
Farer adaları ilə 2-ci dəfə üz-üz gələcəyik. Rəqiblər ilk dəfə 22 il öncə, 1996-cı il fevralın 27-də Cənubi Kiprin Larnaka şəhərində qarşılaşıb. Orda təlim-məşq toplanışında olan millilər yoxlama oyununda qüvvəsini sınayıb. Həmin matç ölkə futbolu tarixinə düşüb. Belə ki, milli tarixinin ilk böyükhesablı qələbəsini qazanıb. Kazbek Tuayevin baş məşqçisi olduğu komanda rəqibini 3 cavabsız qolla üstələyib. Yığmanın heyətində indiki baş məşqçi Qurban Qurbanov da yer alıb. Komandamız matçın taleyini ilk yarım saatda həll edib. Qurbanov isə 30-cu dəqiqədə 3-cü qolu vuraraq darmadağını rəsmiləşdirib. Bunadək 10-cü dəqiqədə Vyaçeslav Lıçkin, 23-cü dəqiqədə Yunis Hüseynov fərqlənib. Meydana kapitan sarğısı ilə çıxan Hüseynov penalti zərbəsini dəqiq yerinə yetirib. İki ölkənin əsas milliləri bu gün ilk dəfə rəsmi sınağa çıxacaq. Amma indiyədək digər yığmalar arasında görüşlər baş tutub. U-21 4 dəfə AÇ-nin seçmə oyununda farerlilələrlə qarşılaşıb. AÇ-2009-da adaya ilk səfər edən azərbaycanlı futbolçular 0:1 hesabı ilə uduzub. Bakıda isə Ruslan Abışovla Vüqar Nadirovun qollarına sevinən milli 1 xalla kifayətlənib (2:2). AÇ-2017-də U-21-lərin yolları yenidən kəsişib. 8 il əvvəlki kimi yenə də adada 1 qol vurulub, Bakıda heç-heçə qeydə alınıb. Millimiz səfərdə Azər Salahlının qolu ilə 3 xal qazanıb. Bakıda isə yenə bərabərlik yaşanıb – 1:1. Təmsilçimizin yeganə qoluna hazırda “Qarabağ”da çıxış edən Mahir Mədətov imza atıb. Avrokuboklarda isə təmsilçilərimiz yalnız bir duelə çıxıb. 2011/12 mövsümündə “Qarabağ” AL-in 2-ci təsnifat mərhələsində “Streymur”la qarşılaşıb. İlk görüş millimizin də meydana çıxacağı Torshavn şəhərində baş tutub. Qurban Qurbanovun yetirmələri Farer adalarına ilk səfərində heç-heçə edib – 1:1. Təmsilçimizin qolunu Rauf Əliyev vurub. Bakıdakı görüşdə qol qeydə alınmayıb. Səfər qolu komandamızın mərhələ adlamasını şərtləndirib.
Əvvəl uğursuz, son iki matçda uğurlu
Yığma indiyədək 9 dəfə oktyabrın 11-də oynayıb. Bu görüşlərin hamısı rəsmi xarakter daşıyıb. Milli 5 dəfə dünya, 4 dəfə Avropa çempionatının seçmə matçında qüvvəsini bu gündə sınayıb. Uzun illər oktyabrın 11-i bizim üçün uğursuz tarix sayılıb. Ardıcıl 7 dəfə uduzduğumuz gündə qola da həsrət qalmışıq. Hətta 3 dəfə böyükhesablı məğlubiyyət qeydə alınıb. Milli İsveçrədə 5, İtaliyada 4, Belçikada 3 cavabsız qolla uduzub. Bu məğlubiyyətlərdən 5-i səfərə, yalnız ikisi evə təsadüf edib. 2013-cü ildə sindrom qırıldı. Yığma Şimali İrlandiyanı Bakıda 2 cavabsız qolla məğlubiyyətə uğratdı. İki il öncə isə milli Çexiya səfərindən qolsuz “sülh”lə dönüb. Son iki görüşdə qol buraxmayan yığma bu seriyanın davam etdirməyə çalışacaq.

1 2 3 4 5 6
Farer adaları
Qunnar Nilsen q 07.10.1986 Hafnarfyordur, İslandiya 46 -
Teytur Gestsson q 19.08.1992 Torshavn 3 -
Kristian Yönsen q 22.12.1992 Klaksvik - -
Atli Qreqersen m 15.06.1982 Vikinqur 45 1
Odmar Feryo m 01.11.1989 B-36 Torshavn 20 -
Aleks Mellemqor m 27.11.1991 B-36 Torshavn 1 -
Vilyormur Davidsen m 19.07.1991 Veyle, Danimarka 21 -
Yoqvan Roy Davidsen m 09.10.1991 Torshavn - -
Sonni Raqnar Nattestad m 05.08.1994 Horsens, Danimarka 22 2
Hayni Vatnsdal m 18.10.1991 Fremad Amager, Danimarka 7 -
Qunnar Vatnhamar m 29.03.1995 Vikinqur 4 -
Maqnus Eqilsson m 19.03.1994 Torshavn - -
Kay Leo Bartalsstovu y 23.06.1991 Vestmannaeyar, İslandiya 19 1
Gilli Rolantsson Sörensen y 11.08.1992 Brann, Norveç 25 1
Rene Şaki Yensen y 08.02.1993 Qrindavik, İslandiya 19 1
Pol Yohannus Yustinussen y 13.01.1989 NSİ Runavik 24 -
Hallur Hansson y 08.07.1992 Horsens, Danimarka 35 5
Brandur Hendriksson Olsen y 19.12.1995 Hafnarfyordur, İslandiya 18 3
Roqvi Baldvinsson y 06.12.1989 Brüne, Norveç 32 3
Eli Falkvard Nilsen y B36 Torshavn - -
Finnir Yustinussen h 30.03.1989 Nestved, Danimarka 5 -
Yohan Suymun Edmundsson h 26.07.1991 Arminiya, Almaniya 50 7
Klemint Andrasson Olsen h 17.07.1990 NSİ Runavik 15 -

Azərbaycan
Kamran Ağayev q 09.02.1986 Keşlə 76 –
Səlahət Ağayev q 04.01.1991 Neftçi 12 -
Şahruddin Məhəmmədəliyev q 22.06.1994 Qarabağ - -
Maksim Medvedev m 29.09.1989 Qarabağ 50 3
Bədavi Hüseynov m 11.07.1991 Qarabağ 37 -
Məhəmməd Mirzəbəyov m 16.11.1990 Neftçi 18 -
Pavel Paşayev m 04.01.1988 Aleksandriya, Ukrayna 13 -
Ürfan Abbasov m 14.10.1992 Qəbələ 9 1
Təmkin Xəlilzadə m 06.08.1993 Qəbələ 7 1
Rahil Məmmədov m 24.11.1995 Qarabağ 4 -
Bəxtiyar Həsənalızadə m 29.12.1992 Sumqayıt - -
Rahid Əmirquliyev y 01.09.1989 Səbail 60 3
Qara Qarayev y 12.10.1992 Qarabağ 44 -
Dmitri Nazarov y 04.04.1990 Ertsgebirge, Almaniya 33 6
Araz Abdullayev y 18.04.1992 Qarabağ 27 2
Riçard Almeyda y 20.03.1989 Astana, Qzaxıstan 10 1
Cavid İmamverdiyev y 01.08.1990 Sabah 9 1
Emin Mahmudov y 27.04.1992 Neftçi 8 1
Ruslan Qurbanov h 12.09.1991 Səbail 24 1
Ramil Şeydayev h 15.03.1996 Krılya Sovetov, Rusiya 16 1
Rüfət Dadaşov h 29.09.1991 Proyssen, Almaniya 16 4
Namiq Ələsgərov h 03.02.1995 Neftçi 15 -
Mahir Mədətov h 01.07.1997 Qarabağ 9 1
1 – futbolçu, 2 – amplua, 3 – doğum tarixi, 4 – çıxış etdiyi klub, 5 – yığmada keçirdiyi oyun sayı, 6 – yığmada vurduğu qol sayı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar