11 okt 18:42yigma

Mövqelərlə bağlı suallara cavab axtararkən…

Mövqelərlə bağlı suallara cavab axtararkən…
Yığmanın hər oyunundan öncə heyətlə bağlı müzakirələrin şahidi oluruq. Mümkün “11-lik”lə bağlı müxtəlif fikirlər səsləndirilir. Kimi futbolçunun hazırkı durumunu, kimi təcrübəni qabardır, bəziləri isə oyunçuların rəqibə uyğun seçilməsini ön plana çəkir. Qurban Qurbanovun zaman-zaman gözlənilməz qərarları da olub, proqnozlaşdırılan heyətə güvəndiyi anlar da. Azərbaycanlı futbolsevərləri ən çox narahat edən məqam isə, heç şübhəsiz, klubunda oynamayanların “11-lik”də yer alması ilə bağlıdı. Ola bilər, futbolçunun yığma təcrübəsi çox olsun, yaxud da baş məşqçinin sisteminə uyğun gəlsin. Ancaq klubunda forma geymirsə, deməli, oyun praktikası ideal ola bilməz. Farer adaları ilə qarşılaşma milli üçün taleyüklü matç hesab edildiyindən, ən xırda detal üzərində də düşünülməlidi. Baş məşqçi start heyətini müəyyənləşdirərkən, yüz ölçüb, bir biçməlidi. Onsuz məhz belə olacağına şübhə yoxdu. Lakin kimlərin oynayıb-oynamayacağı, xüsusən də “11-lik”də hansı futbolçuların yer alacağı sual doğurur. Elə həmin suallara mövqelər üzrə, öz düşüncələrimiz və gəldiyimiz nəticə əsasında cavab tapmağa çalışacağıq.
1-cu sual: Kamran, yoxsa Səlahət?
“Çərçivə”dən danışanda, üç qapıçıdan birinin - Şahruddinin adını çəkmək mənasızdı. O yalnız 3-cü qapıçı kimi dəvət alıb və adalılarla görüşdə meydana çıxmaq ehtimalı, demək olar, yoxdu. Bu baxımdan əsas namizədlər Kamranla Səlahətdi. Əslində “Keşlə”nin qolkiperinin start heyətində yer alacağı da şübhə doğurmur. Baxmayaraq ki, onun klubu hazırda premyer-liqanın sonuncusudu. Sadəcə, yığma təcrübəsi Kamranı bir addım önə çıxarır. Ancaq bir reallığı da vurğulayaq. Klubu premyer-liqanın autsayderi olsa belə, Kamran bu gün yerlilər arasında ən yaxşılardan biridi. Meydandakı xarakteri də öz yerində. Səlahətin şansını azaldan məqamlardan ən önəmlisi məhz yığma təcrübəsinin az olmasıdı. Halbuki onun klubu premyer-liqanın lideridi, bu uğurda qapıçının da əməyi böyükdü, xüsusən son oyunlardakı qurtarışları ilə diqqəti üzərinə çəkə bilib. Bununla belə, Qurbanovun iki Ağayev arasında seçim edərkən, “Neftçi”nin üzvünü meydana buraxmağın risk olacağını düşünəcəyi və Kamranın xeyrinə seçim edəcəyi gözləniləndi.
2-ci sual: müdafiə xəttində kimlər yer almalıdı?
Müdafiə haqda düşüncələrimizi bölüşməzdən öncə bir məqamı qeyd edək. Bizi Torshavnda yalnız qələbə qane etdiyindən, hücumameyilli oynamalıyıq. “İkinci skripka” kimi çıxış etmək hədəfimizlə üst-üstə düşmür. Odu ki, proqnozlarımız hücumameyilli heyətin seçilməsi prizmasından olacaq. İndi isə keçək müdafiə xəttinə. Mərkəzdə Maksim - Bədavi cütlüyünün qərarlaşacağı aydındı. Digər iki stopper - Rahillə Bəxtiyarın “11-lik”də yer almayacağı bəllidi. Yığma təcrübələri buna imkan vermir. Məmmədov yalnız 4 yoxlama matçında oynamaq imkanı qazanıbsa, Həsənalızadə, ümumiyyətlə, millinin formasında meydana çıxmayıb. Cinahlara gəlincə, Qurbanovun sağda Pavelə güvənəcəyi əsas ehtimaldı. Elə əvvəlki oyunlar da bunu deyir. Ölkə xaricində müntəzəm forma geyən Paşayevi, çox güman, ilk “11-lik”də görəcəyik. Solda isə üç namizəd var: Təmkin, Ürfan, Məhəmməd. Bəlkə də son iki turu cəza üzündən buraxmasaydı, Xəlilzadənin adını əminliklə çəkə bilərdik. Ancaq baş məşqçi həmin detalı nəzərə alsa, Təmkinin “kitabı bağlanacaq”. Bununla belə, Malta ilə görüşdə fərqlənən, hücuma daha çox dəstək verən Xəlilzadənin start heyətində yer alacağı daha inandırıcıdı.
3-cü sual: Qara, Riçard, bəs başqaları?
Yarımmüdafiə ilə bağlı Qurbanovun rotasiya imkanı daha genişdi. Ancaq iki futbolçunun ilk dəqiqələrdən meydanda olacağı birmənalıdı. Söhbət Qara ilə Riçarddan gedir. Onların önündə çıxış etməyə isə 4 namizəd var: Emin, Dmitri, Cavid, Rahid. Əslində hər nə qədər yığma təcrübəsi çox olsa da, Əmirquliyevin “11-lik”də olacağı real deyil. Çünki daha çox yaradıcı, hücuma dəstək verən oyunçulara ehtiyac var. Maraqlıdı ki, Qurbanov ilk iki görüşdə Mahmudovun xeyrinə seçim etmişdi. Bu isə “Neftçi”lini bir addım önə çıxarır. Ancaq Emin həmin qarşılaşmalarda o qədər də yaxşı təsir bağışlamamışdı. Baxmayaraq ki, klubunda əsas fiqurlardan biridi. Məhz bu üzdən Nazarovla İmamverdiyevin də şansı var. Cinahlara gəlincə, Mahirlə Arazın uyğun olaraq sağda və solda qərarlaşacağı gözləniləndi. “Qarabağ”da artıq hər oyunda meydana çıxan Abdullayev yığmaya da kömək edə bilər.
4-cü sual: iki hücumçu görəcəyik?
Qurbanovun oyuna bir hücumçu ilə başlayacağını əminliklə söyləmək olar. İlk dəqiqələrdən risk etmək üzücü sonluğa gətirib çıxara bilər. Malta ilə görüşdə adı “23-lüy”ə salınmayan Ruslanın qol ümidi kimi meydanda olacağı real görünmür. Rüfət isə 4 illlik fasilədəın sonra yığmaya qayıdıb və çətin ki, baş məşqçi ilk “11-lik”də ona güvənsin. Hər nə qədər “Krılya Sovetov”da gününü ehtiyatda keçirsə də, Ramilin bu baxımdan şansı daha çoxdu. Matçın axarından asılı olaraq, lazım gələrsə, risk də etmək olar. Yarımmüdafiənin mərkəzində çıxış edən oyunçunu meydandan alıb, “Proyssen”də qolları sıralayan Rüfəti döyüşə atmaq, bununla da iki hücumçu ilə rəqib müdafiəsini yarmağa cəhd etmək uğur gətirə bilər. Yaxud da vingerlərdən birini sırf forvardla dəyişmək, pleymeykeri isə cinah yarımmüdafiəçisi ilə əvəzləmək olar. İkinci hücumçu kimi Ruslana, yaxud da ehtiyatda qalan başqa bir forvarda güvənmək mümkündü. Daha doğrusu, hesab tələb edərsə, baş məşqçi məhz bu riskə əl atmalıdı. Artıq başqa yol yoxdu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar