21 sen 23:13yigma

U-17 yenə darmadağın oldu

U-17 yenə darmadağın oldu
Ramin Quliyev: "Bizdə uşaq futbolunun vəziyyəti həddən artıq acınacaqlıdı"
U-17 dünən Ukrayna ilə növbəti yoldaşlıq oyununu keçirib. İlk sınaq matçında bu rəqibə 7 cavabsız qolla məğlub olan Ramin Quliyevin yetirmələri yenilginin əvəzini çıxa bilməyib. Bu dəfə yığma 0:3 hesablı məğlubiyyətlə üzləşib. Düzdü, yoldaşlıq oyunlarında nəticə o qədər də önəmli deyil. Ancaq 0:7 artıq acınacaqlı vəziyyətin göstəricisidi. İki oyunda qapısına 10 top görən, qol vura bilməyən millinin qarşıdakı seçmə mərhələdə işi olduqca çətin olacaq.
Darmadağınlarla bağlı Ramin Quliyevin fikirlərini öyrəndik: "İlk oyunda uşaqlar rəqibdən çəkindilər, qorxdular. Sanki "bu komandaya qarşı oynamaq olmaz" düşüncəsi hiss olunurdu. Hər xırda səhv qolla nəticələndi və yekunda böyük hesabla məğlub olduq. İkinci yoldaşlıq oyununda isə fərqli ssenari yaşandı. İlk yarıda qapıçımızın səhvindən qol buraxdıq. Fasiləyə qədər bundan başqa qol vəziyyəti yaratmadılar. Yaxşı müdafiə olunduq. İkinci yarıda rəqib 10 nəfər eyni səviyyəli oyunçu meydana buraxır. Bizdə isə sonradan mübarizəyə qoşulub oyunu gücləndirəcək futbolçuların yoxluğu çətinlik yaradır. Belə deyim, rəqib əvəzetmələrlə oyunu gücləndirir, bizdə sonradan meydana çıxanlar keyfiyyəti aşağı salır. Bu gün Ukrayna futbol məktəbinin səviyyəsi hamıya məlumdu. Rəqib yığmanın heyətindəki oyunçulardan 8-i "Şaxtyor", 9-u Kiyev "Dinamo"sundandı. Səviyyə göz qabağındadı. Seçmə mərhələ ərəfəsində güclü rəqib seçməyimiz boşuna deyildi. Uşaqlar belə komandayla qarşılaşmalıydı ki, səhvləri görək. Başa düşürəm, seçmə mərhələdən öncə ağır məğlubiyyətlər təsir edə bilər. Lakin bundan nəticə çıxarmaq lazımdı. Komandamız bu cür futbola, belə rəqiblərə qarşı oynamağa öyrəşməlidi, hazır olmalıdı. Seçmə mərhələdəki rəqiblərimizdən Çexiya və Norveç də aşağı-yuxarı Ukrayna ilə eyni gücdədi. Odu ki, bu oyunlar bizə boşluqları, səhvlərimizi göstərir. Çalışıb 1 aydan sonra reallaşacaq seçmə mərhələyə hazır olmalıyıq. Bu gün bizim uşaq futbolu o səviyyədə deyil ki, Ukrayna ilə başabaş oynayaq. Yaxud da çox az geri qalaq. Hazırda bu iki ölkənin uşaq futbolunda yerdən göyə qədər fərq var. Bunu hamı bilir. Baş məşqçi kimi məni də qarşıda nələrin gözlədiyini bilirəm. Sadəcə, bu gün bizdə uşaq futbolunun vəziyyəti həddən artıq acınacaqlıdı. Bunu qəbul etməliyik".
Seçmə mərhələyə bir ay qalıbsa, problemləri aradan qaldırmaq çətin olacaq. Quliyevi dinləyək: "Sözsüz, vaxtımız çox azdı. Qarşıda 1 ay var. Keçirdiyimiz yoldaşlıq oyunlarında belə nəticələr qeydə alındı. Yaxşı ki, bunu bir ay əvvəl gördük. Komandadakı çatışmazlıqları gördük. Doğrudu, vaxtın az olması çətinlik yaradacaq. Buna baxmayaraq, əlimizdə olan uşaqlarla maksimum hazırlaşacağıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar