12 sen 23:48yigma

Reaksiyalar

Reaksiyalar
Kamran Ağayev: "Bu oyundan qələbə gözləyirdik. Əlimizdən gələni etdik, lakin qalib gələ bilmədik. Hələlik matçın təhlili olmayıb. Oyuna baxılacaq, baş məşqçi fikir və iradlarını bildirəcək. Hələ heç nə itirilməyib. Çox işləyib, növbəti görüşlərdə qələbə qazanacağımıza ümid edirəm. Şansımızın bitdiyini deməzdim. Sadəcə, daha xal itirmək olmaz. Nəsə əldə etmək istəyiriksə, qalib gəlməliyik. Maltalı futbolçuların vaxt uzatmasına gəlincə, bütün idman növlərində belədi. Zəif komanda belə edir. Problem özümüzdə oldu. Yəqin ki, göstərişləri lazımi şəkildə yerinə yetirmədik deyə, nəticə belə alındı”.
Təmkin Xəlilzadə: “Oyuna çox ciddi hazırlaşmışdıq. Evdəki ilk görüşdə xal itkisi ilə üzləşdikdən sonra burdan qələbəylə ayrılmaq istəyirdik. Ancaq istədiyimiz nəticəni əldə edə bilmədik. Topa nəzarət edirdik və hücumlar qurmağa çalışırdıq. Rəqib geri çəkilib müdafiə olunurdu. Malta 5 müdafiəçi ilə meydanda mübarizə aparırdı deyə, onların arxa xəttini yarmaqda çətinlik çəkdik. Düşünürəm ki, bizə tələskənlik də mane oldu. Yenə də şansımız var və növbəti oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq. Belə nəticə ilə üzləşəcəyimizi düşünmürdük. Ən azı ilk iki oyuna 4 xal toplayacağımıza ümid edirdik. Hələ qarşıda 4 oyunumuz var, rəqiblərimiz də bir-biri ilə oynayacaq. Fikrimcə, şansımız var və bundan maksimum istifadə edib, xalqımızı sevindirməyə çalışacağıq. Bir az səbirli olmaq lazımdı. Öz oyun üslubumuzu tam göstərmək üçün bizə vaxt lazımdı. Düşünürəm ki, milli komanda yüksək səviyyəyə qalxacaq və yaxşı nəticələr əldə edəcək”.
Bədavi Hüseynov: “Təəssüf ki, heç-heçə oynadıq. Hərçənd qələbəyə köklənmişdik. Bizə bu qarşılaşmada qələbə çox lazım idi. Çox danışmaq olar ki, nə alındı, nə yox… Bunu qəbul etmək, normal qarşılamaq və növbəti matçlara hazırlaşmaq lazımdı. Çünki şansımız itməyib, hələ qarşıda 4 matçımız var. Bunların hər birində qələbə qazanmaq vacib olacaq. Qrupdan çıxmaq istəyiriksə, bunu reallaşdırmalıyıq. Ağır görünməyimizi onunla bağlamaq istəmirəm ki, 3 gündən bir oynayırdıq. Bu fakt da rol oynayır, qısa müddətdə 2 matç keçirmək çətindi. Buraxdığımız qoldan sonra, belə baxanda, toparlandıq, başa düşürdük ki, hesabı bərabərləşdirməliyik. Ancaq ola bilər ki, gücümüz çatmadı. Dəqiq səbəbi deyə bilmərəm. Belə götürəndə, oyunumuz alınırdı, ancaq sonluğu qoymaq çatmırdı. Bunun üzərində işləyəcəyik. İstək var idi, döyüşürdük. Ancaq hardasa hesab oyuna görə oldu. Çünki topa nəzarət bizdə olsa da, hücumlarımızın kəsəri elə də çox deyildi. Müdafiədə daha yaxşı oynaya bilərdik. Məncə, qapımıza təyin edilən penalti mübahisəli idi. Bizim qapıda faktiki başqa təhlükəli vəziyyət olmadı. Hücuma çıxırdılar, ancaq bunun qarşısını ala bilirdik. Ümumilikdə daha yaxşı oynaya bilərdik. Qrupdan çıxmağımız realdı. Niyə də yox?! Hər komanda büdrəyə bilər. Qrupumuzda bütün komandalar təxminən eyni səviyyədədi. Hamı oynayır, mübarizə aparır. Farer adaları Maltanı məğlub etdi. Buna görə düşünürəm ki, hər şey mümkündü. Sadəcə, bu mərhələdə duruş gətirərək bütün uğursuzluqları unutmaq, növbəti matçlara daha inamlı çıxmaq lazımdı. Artıq itirəcəyimiz heç nə qalmayıb və oynayıb bizə lazım olan xalları qazanmaq lazımdı”.
Luçano Busuttil (Malta İdman Şurasının sədri): “Farer adalarına 1:3 hesablı məğlubiyyətdəki reaksiyalar nə tez unuduldu? Zarafat edirik? Milli komandamıza görə tək xoşbəxt olmayan adam mənəm? Azərbaycan kimi rəqiblə müdafiədə oturaraq 1 xal qazanmaq futbol deyil. 0:6 hesabıyla uduzmağa üstünlük verərdim, nəinki 1:1 hesabıyla oynayaraq müdafiə olunmaqda davam edək. Çox mənasızdı. Ən pis odu ki, müsbət şərhlər səslənir. Biz nə zaman futbol oynayacağıq? Bu ölkədə futboldan zözq almaqda davam etmək istəyirsizsə, uşaqların necə oynamasına baxmaqda davam edin".
Bernar Şalland (Kosovo yığmasının baş məşqçisi): “Farer adaları ilə matç bizim üçün asan keçmədi. İlk oyunda qalib gəlmişdilər və yenə 3 xal qazanmaq niyyətində idilər. Malta - Azərbaycan oyununun nəticəsi sevindiricidi. Qarşıdakı oyunumuz Malta ilə olacaq. Onlar Farer adalarına uduzsalar da, yaxşı oynadılar. Azərbaycanla heç-heçəni yaxşı nəticə adlandırmaq olar. Bizim üçün hər şey ürəkaçandı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar