13 sen 02:38yigma

Qurban Qurbanov hər şeyə sıfırdan başlanmalı olduğunu deyir

Qurban Qurbanov hər şeyə sıfırdan başlanmalı olduğunu deyir
“Bir-iki il ərzində ciddi mənada nəsə edə biləcəyimizi demək olmaz”
Azərbaycan və Norveç U-21-lərinin oyununu canlı izləyənlər arasında əsas yığmanın baş məşqçisi də vardı. Dünən Maltadan yorğun qayıtmasına baxmayaraq, Qurban Qurbanov məlum görüşü izləməyi lazım bilmişdi. Xeyli qayğılı görünən təcrübəli mütəxəssis oyun başa çatandan sonra jurnalistlərin əhatəsinə düşdü. Məqsəd son iki oyunla bağlı danışmaq olsa da, söhbətin axarı əsasən ölkə futbolundakı problemlərdən danışmağımızı şərtləndirdi.
- U-21-in İsrail və Norveç ilə keçirdiyi matçları izlədiz. Gənclərdə perspektiv görürsünüz?
- Perspektivin olduğunu düşünə bilərik. Amma bu başqalarında daha çoxdu. Elə Norveçlə İsraili misal göstərə bilərəm. Onların komanda və oyunçu potensialı bizdən qat-qat yuxarıdı. Hər birinin oynadığı komandalar baxsaq, inkişafa doğru getdiklərini görərik. Bizdə isə təlim-məşq toplanışında bir neçə oyun oynayıb, düzəlirlər və burdan gedəndən sonra bir ay ərzində baxsaq, 3-4 nəfə çempionatda oynayırlar, ya yox. Qalanları da birincidivizionda çıxış edir. Hətta orda da ehtiyatda qalanlar var.
- Bu gün gördüyünüz uşaqlara baxanda ümidlənirsiz, yoxsa bədbinlik var? Düşünmürsüz ki, bir neçə ildən sonra mən bu uşaqlarla nə edəcəm?
- “Hazırda ümidverici nə görünür” sualına cavab axtarsaq, bir-iki il ərzində ciddi mənada nəsə edə biləcəyimizi demək olmaz. Çünki rəqiblərimiz bizdən qat-qat sürətli inkişaf edirlər. Ona görə də bizdən bu gün üçün daha üstündülər. Bəli, ola bilər ki, bu futbolçular bir ildən sonra daha yaxşı oynasınlar. Səviyyə baxımından bu gün görünən odu ki, bizdən yuxarıda olacaqlar.
- Həm U-21-in, həm də əsas millinin üzvləri klublarında daha çox ehtiyatda qalırlar. Bununla mübarizə aparmağın yolu nədi? Nə edə bilərik, nə edə bilərsiz, nə etməliyik?
- Görünən odu ki, bu, 3-5 günün işi deyil. Bu oyunlardan sonra daha çox rəqiblərin çempionatları ilə yaxından maraqlanmağa başlamışıq. Bu gün həddən artıq çox iş görülməlidi. Çox şeyə sıfırdan başlamaq lazımdı. Yeni proqram götürüb, onun üzərində işləməli və çalışmalıyıq. İşbirliyi həddən çox olmalıdı.
- Belə başa düşdüm ki, ciddi islahatların nəticəsini görmək üçün azı 5 il vaxt lazımdı…
- Xatırlayırsızsa, bu ölkələrdə 5 il əvvəl çempionat elə də üst səviyyədə deyildi. Hətta bəzi çempionatlar aşağı səviyyəyə düşmüşdü. Ancaq onlar çox sürətlə irəli getdilər və çempionatlarının səviyyəsini yuxarı qaldırdılar, oyunçularını Avropa bazarına çıxara bildilər. Oyunçulara ayrı-ayrı nəzər salsaq, Avropada müxtəlif yaxşı klublarda çıxış edirlər. Amma bizdə əksinə oldu. Çox yaxşı çempionatımız var idi. İldən-ilə zəifləməyə doğru getdi. Biz bunu dəfələrlə qeyd etmişik. 5-7 il əvvəlki klubları, rəhbərlikləri, baş məşqçiləri və bura gələn legionerləri götürsək, tam fərqli çempionat izləyirdik. Heç də başqalarından geri deyildik. Əfsuslar olsun ki, ildən-ilə zəiflədik. Yaxşı legionerlərin sayı getdikcə azaldı, klubların bir çoxunu artıq AFFA maliyyələşdirir. Problemlər var.
- Kosovo və Malta ilə oyunlarda iki fərqli hissə izlədik. Yığmamız hər iki matçın ilk 45 dəqiqəsində zəif, ikinci hissəsində yaxşı oynadı. Bu nə ilə bağlıdı? Psixoloji axsama demək olar və ya həyəcan?
- Bu gün bunları sizə desəm, şablon fikirlər olacaq. Futbolda belə epizodlar olur, belə hallara rast gəlinir. Həyəcanla bağlı olduğuna inanmıram.Hətta hansısa həyəcan, ya da səhv olursa da, bu məsuliyyətdən irəli gəlir. Turnirə start verməmiş futbolçularda qrupu birinci pillədə başa vurmaq istəyi var idi. Bu indi də var. Təbii ki, bunlar təlb olunanda həyəcan olur. Normal bir şeydi. Futbolun özəlliklərindən biridi.
- Ruslan Qurbanov Kosovaya qarşı “11-lik”də yer alsa da, Malta ilə oyunda adı “23-lüy”ə salınmadı. Ruslanın ipə-sapa yatmayan futbolçu olduğunu nəzərə alsaq, qərarınızı hansısa intizam pozuntusuna cavab kimi qələmə vermək olar? Qısası, Ruslanı heyətə salmamağınızın səbəbini açıqlaya bilərsiz?
- Açıqlama verməyə ehtiyac yoxdu. Öz qərarım idi.
- “Qarabağ”ın Avroliqa oyunlarını BOS-da keçirməsinə razı olmadığınız haqda xəbərlər dolaşır…
- Razı deyiləm desək, düzgün çıxmaz. Hər halda, verilən bütün qərarlar məsləhətlə olur. Ötən il Çempionlar Liqasının matçlarını da BOS-da keçirmişdik. Xatırlayıram, hətta həmin oyunların Olimpiya stadionunda baş tutması üçün mətbuat nümayəndələri azarkeşlər arasında sorğu aparmışdı. Açığı, biz “Arsenal”la oyunu BOS-da, digər iki matçı Respublika stadionunda keçirmək istədik. Amma UEFA-nın reqlamenti var. Bir oyunu burda, digərini başqa yerdə keçirmək mümkün deyil. “Arsenal”la “Sportinq” Çempionlar Liqası səviyyəli komandalardı. Bu qərarda hamının razılığı olub. Ötən il ölkə başçısı tərəfindən BOS-un azarkeşlərlə dolması yüksək qiymətləndirilmişdi.
- Barış Əkinciəri özünüz üçün qeyd etdiz?
- Nəzərimdə olanlar var. Amma ad çəkməyim düzgün olmaz. Hamının üstün və zəif cəhətləri qeyd edilib. Bir neçə oyunçu diqqətimizdədi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar