12 sen 23:31yigma

Əzmkarlıq bəs etmədi...

Əzmkarlıq bəs etmədi...
Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Azərbaycan – Norveç 1:3 (0:0)

12. Kamran İbrahimov
20. Yusif Nəbiyev
4. Eltun Turabov
3. Anton Krivotsyuk
2. Sərtan Taşkın (k)
8. Budaq Nəsirov
(16. İsmayıl İbrahimli, 72)
6. Hacıağa Hacılı
10. Qismət Əliyev
(13. Ziya Əzizov, 79)
11. Barış Əkinciər
9. Fəhmin Muradbəyli
7. Fərid Nəbiyev
(17. Ozancan Kökcü, 55)
Ehtiyat oyunçular
22. Aydın Bayramov
5. Elvin Sərkərov
14. Ülvi İsgəndərov
18. Amin Seydiyev
Baş məşqçi: Rəşad Sadıqov

1. Sondre Rossbax
9. Birk Risa
5. Ulrik Yenssen
3. Andreas Hanke-Olsen
2. Yulian Ryerson
6. Vebjam Hoff
(19. Vayebah Sakor, 87)
16. Tobias Börkeyet
8. Morten Torsbi (k)
10. Henrik Byördal
(11. Tobias Heintz, 82)
20. Erlinq Braut Haland
17. Dennis Yonsen
(7. Huqo Vetlesen, 66)
Ehtiyat oyunçular
12. Vilyar Mihra
4. Fredrik Pallesen Knudsen
14. Byörn Utvik
18. Martin Samuelsen
Baş məşqçi: Leyf Qunnar Smerud
Qollar: B.Risa, 48 (0:1). M.Torsbi, 50 (0:2). B.Əkinciər, 56 (1:2). M.Torsbi, 76 (1:3).
Vərəqə: T.Börkeyet, 69 – sarı.
Hakimlər: BARBENO LUKA, Françesko Lunardon, Salvatore Tuttifrutti, Miçel Skarpino (hamısı San Marino).
Hakim-inspektor: Marsel Vanelşoxt (Belçika).
UEFA nümayəndəsi: Burim Seydini (Makedoniya).
11 sentyabr. Mərdəkan. Dalğa Arena. 200 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Qrupda sonuncu pilləni tərk etməyəcəyi böyük ölçüdə müəyyənləşən yığmanı uğura səsləyən əsas səbəb heç olmasa, sonuncu ev oyununda qələbə qazanmaq idisə, bir başqa məqam “böyük qardaşlar”ın Kosovo və Malta ilə heç-heçələrinə üzülən azarkeşləri sevindirmək idi. İsraillə görüşdə məğlub olmayan Rəşad Sadıqovun yetirmələri məhz həmin heç-heçədən sonra psixoloji üstünlük qazanmışdı. Qalırdı meydanda sona qədər mübarizə aparıb, güclü hücum xəttinə malik olan rəqibdən qol buraxmamaq.
Rəşad Sadıqov beş gün əvvəlki oyunla müqayisədə müəyyən dəyişikliklərə əl atmışdı. Zədəli Renat Dadaşovun meydana çıxmayacağı bir neçə gün əvvəldən bəlli idisə, Ozancan Kökcü ilə İsmayıl İbrahimlinin ehtiyatda qalması baş məşqçinin taktiki planıydı.
Rəqibin Skandinaviya təmsilçisi olduğunu nəzərə alsaq, əsasən uzun ötürmələr və hava topları hesabına fərqlənmək istəklərini başa düşmək olardı. Meydan sahibləri norveçlilərin boy üstünlüyündən istifadə edə bilməməsi üçün topu özündə saxlayır, pressinq hesabına rəqib futbolçuların cərimə meydançasına asma etməsinin qarşısını alırdı. Aradakı ustalıq və səviyyə fərqi bizimkiləri əks-hücum taktikasına güvənməyə məcbur edirdi. Qonaqların o qədər də təhlükəli olmayan həmlələrindən fərqli, Sadıqovun yetirmələri ilk hissədə iki dəfə qola yaxın oldu. 25-ci dəqiqədə Yusif Qismətin asmasına istədiyi kimi baş qoya bilmədisə, 12 dəqiqə sonra Rossbax Budağın təxminən 20 metrdən qüvvətli zərbəsinin qarşısını topu küncə çıxarmaqla aldı.
İlk hissədə qapısında qol görməyən millidən ikinci yarıda daha artığı gözlənilirdi. Lakin fasilədən sonra meydana daha istəkli çıxan qonaqlar vurduqları ardıcıl iki qolla hesabda önə çıxdılar. Və hər iki qolda Kamran İbrahimovun səhvləri rol oynadı. Hər iki vəziyyətdə uzaqdan vurulan topları rəqibin üstünə qaytaran qapıçı komandasının ardıcıl iki qol buraxmasına səbəbkar oldu. Buraxılar qollar U-21-i “sındırmadı”, əksinə “yuxudan ayıltdı”. 51-ci dəqiqədə Qismətin baxımlı zərbəsi qapının yanından keçdisə, 3 dəqiqə sonra Fəridin başla vuruşu hədəfə düşmədi. Və gözlənilən qol gəldi. Hakim künc zərbəsindən sonra topun rəqibin əlinə dəyməsini penalti kimi qiymətləndirməsə də, Barış qarışıqlıqdan istifadə edib rəqib qapısının torunu silkələdi. İrəliləyən dəqiqələrdə təşəbbüsü rəqibə verən yığma üzvləri 73-cü dəqiqədə az qala 3-cü qolu buraxacaqdı. Yaxşı ki, Kamran Byördalın zərbəsinə vaxtında reaksiya göstərə bildi. Buna baxmayaraq, rəqib istəyinə çatdı. Həm də üstün keyfiyyəti ilə. 76-cı dəqiqədə cərimə zərbəsindən havalandırılan topu Torsbi Kamranın çıxışdakı səhvinin köməyi ilə başla qapıdan keçirib dublunu rəsmiləşdirdi. Oyunun sonlarında təsəlli qolu vurmaq üçün irəli atılan yığma üzvləri istəyinə çata bilməyincə, bir şeyə əmin olduq. Əzmkarlıq heç də hər zaman ustalığa qalib gələ bilmir...
Dünən baş tutan digər oyunda Almaniya səfərdə İrlandiyanı darmadağın edib – 6:0.
HƏBİB
1. Almaniya 8 6 11 29-6 19
2. Norveç 8 4 2 2 13-10 14
3. İrlandiya 8 4 2 2 11-10 14
4. Kosovo 9 3 3 3 9-9 12
5. İsrail 8 2 2 4 11-17 8
6. AZƏRBAYCAN 9 0 2 7 5-26 2

Gözdən qaçmadı
* Ölkənin yığmasına bu cür biganəliyin səbəbini anlamaq çətindi. Şəhərin mərkəzində yaşayanların yol uzaqlığını başa düşdük. Amma Mərdəkanda, Şüvəlanda, Şağanda və Buzovnadakı futbolsevərlərin canına əziyyət verib “Dalğa Arena”ya gəlməməsi ürəkağrıdan mənzərəydi.
* Rəşad Sadıqov oyunboyu bir neçə dəfə geriyə ötürmə verən futbolçularına irad bildirdi. Hətta Hacıağanı yanına çağırıb, çıxılmaz vəziyyətdə nə etməli olduğunu söylədi.
* Görüşü izləyənlər arasında dünən Maltadan qayıdan əsas yığmanın baş məşqçisi Qurban Qurbanov, köməkçiləri Elçin Rəhmanovla Dmitri Kramarenko, AFFA-da təlimatçı kimi çalışan Aslan Kərimov, qurumun baş katibi Elxan Məmmədov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev, köməkçisi Fərhad Vəliyev, “Zirə”nin sabiq çalışdırıcısı Ayxan Abbasovu görmək olardı.
* 52-ci dəqiqədə hakim ikili mübarizəyə “davam” deyəndən sonra norveçlilərin təpkisi ilə üzləşdi ki, dərhal onların xeyrinə cərimə zərbəsi təyin etdi. Lukanın qərarı Rəşad Sadıqovu özündən çıxardı. Üzünü dördüncü hakimə tutan baş məşqçi ingilis dilində “hakim kimdi, norveçlilər” sualını versə də, qarşı tərəfdən cavab gəlmədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar