11 sen 21:46yigma

Maltada ürək açmayan idarəçilik

Maltada ürək açmayan idarəçilik
“Hakimlik çox aşağı səviyyədə idi”
Monteneqrodan olan hakimlərin işini birmənalı qiymətləndirmək çətindi. Əslində demək olmaz ki, hansısa tərəfə simpatiya vardı. İnsafən, hakim bacardığı qədər obyektiv olmağa çalışırdı. Ancaq Nikola Dabanoviçin qərəzli olmasa da, səhv qərarları az deyildi. Hə, penaltiyə görə kimsənin ağız büzməyə haqqı yoxdu. Bədavi Hüseynov açıq-aşkar rəqibə badalaq vurdu və referi tam haqlı olaraq “nöqtə”ni göstərdi. 16-cı dəqiqədə sürətli əks-hücum zamanı Dmitri Nazarova qarşı kobudluğun olub-olmadığını müzakirəyə çıxarmaq olar. Əksər həmlələri ofsaydla kəsilən meydan sahiblərinin 38-ci dəqiqədəki hücumu zamanı isə oyundankənar vəziyyətin olması şübhəlidi. Cəmi 2 dəqiqə sonra hakim hava mübarizəsi zamanı rəqibə yüngül təmas edən Maksim Medvedevin qaydanı pozduğunu bildirdi. Bu epizodda oyunu davam etdirmək olardı. Dabanoviçin son dəqiqələrdəki səhvləri daha yaddaqalan oldu. Ramil Şeydayevin ötürməsinin qarşısını rəqib futbolçu alsa da, fit sahibi əlini korner bayrağına tuşlamadı. Digər epizodda isə Mahir Mədətovun cərimə meydançası yaxınlığındakı kobudluğu zamanı mübarizəni davam etdirdi.
Hər halda, ekspertlər detalları daha dəqiq bilər. Əvvəlcə Ceyhun Haşımovu dinləyək: “Penaltiyə şübhə ola bilməz. Yüz faiz doğru qərar idi. Nazarovun yerdə qaldığı epizodda hakim doğru qərar verdi. Rəqib topa oynamışdı. Mən hakim olsaydım, Maksimin epizoduna görə cərimə zərbəsi təyin etməzdim. Verilən sarı vərəqələr doğru idi. Şeydayevin epizodunda künc zərbəsi təyin edilməliydi. Fikrimcə, Təmkinə qarşı qayda pozuntusu zamanı rəqibə “sarı” verilməsi doğru qərar idi. Kobudluq olsa da, aqressivlik yox idi. Ümumilikdə idarəçiliyi 8,3-8,4 balla qiymətləndirirəm”.
Anar Salmanov isə idarəçilikdən razı qalmayıb: “47-ci dəqiqədə Stiv Borqa sarı vərəqə verilməliydi. Topa çatmadığından “sürüşmə” fəndi qayda pozuntusu idi. 52-ci dəqiqədə Ürfana qarşı qayda pozuntusu qeydə alınmadı. Yan xətt hakiminin yanında onu itələdilər, amma bayraq qalxmadı. Laysman müdaxilə etməliydi, etmədi. 80-ci dəqiqədə Mədətova “sarı” verilməliydi. Perspektivli hücumun qarşısını kəsmişdi. Ümumilikdə idarəçiliyi bəyənmədim. Çünki meydanda vaxtın gecikdirilməsinə qarşı mübarizə aparmadı. Oyuna əlavə olunmuş 4-cü dəqiqədə rəqib qapıçıya “sarı” verir. Kimə lazımdı o? Bundan sonra o vərəqə heç kimə lazım deyil. Halbuki o bu addımı 60-70-ci dəqiqələrdə atmalıydı. Qaydaların yozumu və tətbiqində problemlər var idi. Təmkinə qarşı kobudluğa görə qırmızı vərəqə verilməliydi. Qorunmayan hissəyə arxadan zərbəydi. Hesab edirəm ki, hakimlik çox aşağı səviyyədə idi. Maltanın futbolçuları oyun ərzində yerdə qalırdılar, vaxtı uzadırdılar. Hakim buna qarşı mübarizə aparmırdı. İdarəçiliyi 8,2 balla qiymətləndirirəm. Briqadaya gəlincə, komanda şəklində xoşuma gəlmədilər. Ancaq hakimin fiziki hazırlığı qaydasında idi. Bu oyunu hakim yola verdi, idarə etmədi. Əslində 7,9 bal 8,2-dən daha yaxşıdı. Çünki 7,9 bal alan hakim 90 dəqiqə ərzində bir kobud səhv etmiş olur. Ancaq 8,1-8,2 bal alan isə oyunboyu çoxsaylı nəticəyə təsir etməyən səhvlərə yol vermiş sayılır ki, bu da ümumən daha pisdi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar