11 sen 21:43yigma

Siz hara, AÇ hara?!

Siz hara, AÇ hara?!
Millətlər Liqası
D divizionu, 3-cü qrup
242. Malta - Azərbaycan 1:1 (1:1)

1. Endryu Hoqq
3. Yozef Zerafa
17. Rayan Kamilleri
4. Stiv Borq
5. Andrey Aqius
(16. Ferdinand Apap, 51)
13. Yozef Mbonq
6. Rayan Fenek
(21. Roderik Briffa, 64)
10. Andre Şembri
8. Pol Fenek
9. Maykl Mifsud (k)
14. Jan Pol Farruciya
(19. Alfred Effyonq, 77)
Ehtiyat oyunçular
12. Henri Bonello
23. Stiv Sultana
2. Maykl Conson
7. Stefen Pizani
11. Rouen Muskat
15. Xuan Korbolan
18. Yohan Betsina
20. Endryu Kohen
22. Zak Muskat
Baş məşqçi: Raymond Farruciya

1. Kamran Ağayev (k)
21. Təmkin Xəlilzadə
22. Bədavi Hüseynov
5. Maksim Medvedev
4. Pavel Paşayev
(3. Ürfan Abbasov, 34)
2. Qara Qarayev
20. Riçard Almeyda
13. Dmitri Nazarov
8. Emin Mahmudov
(15. Cavid İmamverdiyev, 56)
7. Mahir Mədətov
10. Rauf Əliyev
(11. Ramil Şeydayev, 68)
Ehtiyat oyunçular
12. Emil Balayev
23. Şahruddin Məhəmmədəliyev
6. Coşqun Diniyev
9. Namiq Ələsgərov
14. Rahid Əmirquliyev
16. Cavid Hüseynov
17. Rəhman Hacıyev
18. Məhəmməd Mirzəbəyov
19. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov
Qollar: A.Aqius, 10-p. (1:0). T.Xəlilzadə, 26 (1:1).
Vərəqələr: Y.Zerafa, 30. Q.Qarayev, 85. E.Hoqq, 90+5. M.Mifsud, 90+6 - sarı.
Hakimlər: NİKOLA DABANOVİÇ, Milovan Cukiç, Yovitsa Tatar, Aleksandr Cikanoviç, Milovan Milaçiç, Miloş Boşkoviç (hamısı Monteneqro).
Hakim-inspektor: Luk Vilmes (Lüksemburq).
UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə).
10 sentyabr. Ta”Qali. Milli stadion. 4500 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
2 (1) qapıya ("çərçivə"yə) zərbə 7 (4)
1 korner 4
9 ofsayd 4
14 qayda pozuntusu 12
3 vərəqə (qırmızı) 1
Yığmanı Malta ilə oyunda yalnız qələbə qane edirdi. Heç-heçə belə Qurban Qurbanovun komandası üçün uğursuz nəticə sayılacaqdı. Tərəflərdən heç biri Millətlər Liqasına qələbə ilə start verə bilməmişdi. Yığma "doğma divarlar" arasında Kosovo ilə qolsuz "sülh"ə razılaşmışdısa, Malta səfərdə Farer adalarına uduzmuşdu (1:3). Odu ki, Ta”Qalidə hər iki komanda qələbə üçün əlindən gələni edəcəkdi. Ancaq milli hər nə olursa-olsun, səfərdən 3 xalla dönməliydi. Əks halda, AÇ ilə bağlı xəyallar elə startdaca suya düşmüş olacaqdı. Deyək ki, Kosovonun heyətində Avropanın hətta tanınmış klublarında top qovan oyunçular yer almışdı. Hərçənd həmin rəqibin də gücü hədsiz şişirdilibmiş. Yığma bir qədər inamlı olsaydı, Kosovonu məğlub edəcəkdi. Maltanın üzvlərinin əksəriyyəti isə elə öz ölkəsinin çempionatında çıxış edir. Odu ki, "cırtdan"ı "div yerinə qoymaq" üçün səbəb də yox idi.
Qurbanov oyunöncəsi mətbuat konfransında heyətdə müəyyən dəyişikliklər edəcəyini demişdi. Kosovo ilə görüşlə müqayisədə üç fərq diqqəti çəkdi. Bakıdakı görüşdə zəif təsir bağışlayan Ramil Şeydayev, Ürfan Abbasov və Ruslan Qurbanov bu dəfə start heyətində yer almamışdı. Sonuncunun adı, ümumiyyətlə, iştirak ərizəsinə salınmamışdı. Onların əvəzində Rauf, Dmitri və Təmkin ilk "11-lik"də idi.
Oyunun ilk dəqiqələri sakit məcrada keçdi. Qurbanovun yetirmələrinin matça aqressiv başlayacağını gözləsək də, bunu görmədik. Əksinə, 9-cu dəqiqədə yığmanın qapısına penalti təyin olundu. Bədavi cərimə meydançasında Mifsuda qarşı kobud oynadı, hakim isə düşünmədən "nöqtə"ni göstərdi. Topa yaxınlaşan Aqius toru silkələməyi bacardı. Baxmayaraq ki, Kamran "mərmi"nin istiqamətini düzgün tapmışdı. Bu, yığmanın Millətlər Liqasında qapısında gördüyü ilk qol oldu.
Buraxılan topdan sonra millinin "ayılacağını" düşündük. Ancaq nədənsə komanda irəli atılmağa həvəsli deyildi. Sanki yığma meydana yorğun çıxmışdı. Bizimkilərdən fərqli rəqibin əks-hücumları daha kəsərli alınırdı. Nəhayət, 22-ci dəqiqədə millinin ifasında "çərçivə"yə ilk zərbənin şahidi olduq. Raufun uzaqdan yerlə vuruşu zamanı Hoqq topu ələ keçirməkdə çətinlik çəkmədi. 25-ci dəqiqədə isə bəxt yığmamızın üzünə gülmədi. Təmkin cərimə meydançasına asma etdi, Nazarov topu başla qapı önünə çevirdi, Mahir isə biraddımlıqdan dirəyi nişan aldı.
Cəmi 1 dəqiqə sonra hesab bərabərləşdi. Riçardın cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı topu qapıçı qaytardı. Ancaq "kürə" Təmkinin önünə gəldi. Xəlilzadə topu ram edib, dəqiq vuruşla baxımlı qola imza atdı. Beləcə Təmkin Millətlər Liqasında ilk qolumuzun müəllifi oldu. Bundan sonra millinin heyətində məcburi əvəzetmə baş verdi. Paşayev zədələndi və yerini Ürfana buraxdı.
Sonrakı dəqiqələrdə yığma heç cür hücumda effektli ola bilmirdi. Əsasən də Mahir, demək olar, bütün topları arxası rəqib qapısına doğru qəbul edir və həmlənin kəsəri azalırdı. Yersiz top itkiləri də kifayət qədər idi. Halbuki bu rəqibə qol vurmaq çətin bir iş deyildi. Necə ki, Farer adaları ilk turda bunu göstərmişdi. Lakin yığma fasiləyə qədər ikinci qolu vura bilmədi.
Fasilədən sonra ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdı. Hissənin əvvəlində Mbonq Hüseynovu rahatlıqla keçib qapı önünə asma etdi, Fenekin başla zərbəsində cüzi dəqiqlik çatmadı. Yığma isə hücumda qeyri-adi heç nə etmirdi. Oyunun axarı Qurbanovu razı salmadığından o daha bir dəyişikliyə əl atdı. Bu oyunda da gözləniləni meydanda sərgiləyə bilməyən Mahmudovu İmamverdiyev əvəzlədi. Lakin bu dəyişikliyin yığmanın oyununda ciddi dəyişiklik yaratdığını demək olmaz. Yenə də komandamızın ifasında arxaya ötürmələr, mənasız paslaşmalar və irəli xətdə effektiz oyunun şahidi olurduq. Raufun hücumda lazımi işi görə bilməbəsi Qurbanovun da diqqətini çəkdi və onu Şeydayevlə əvəzlədi. Ramilin isə meydanda olduğu müddətdə ən çox yadda qalan əzab dolu sifəti idi. Onu yığmamıza cəlb edəndə rus mütəxəssislərin nəyə əsasən heyfsiləndiyini anlamaq çətindi. Hər halda, AÇ-yə yollanmaq fikrinə düşən yığmanln hücumçuları belə olmamalıdı.
Təbii, Malta da öz işindəydi. Meydan sahibləri müdafiədə etibarlı oynayır, tez-tez vaxtı uzadırdılar. Hətta topdaşıyan uşaqlar da bu mənada "cırtdan"ın "çörəyinə yağ sürtürdü". Nəinki qol vura, rəqibin qapısı qarşısında təhlükə də yarada bilmirdik. Yalnız 90-cı dəqiqədə Nazarovun o qədər də effektli olmayan zərbəsini qeyd etməliyik. Maraqlıdı ki, uzatma dəqiqələrində Riçard elə məsuliyyətsiz vuruşla yadda qaldı ki, buna, ümumiyyətlə, söz tapmaq çətindi.
Beləliklə, yığma Maltanı da uda bilmədi və vətənə əli ətəyindən uzun qayıdır. Çətin ki, D liqasından Avropa çempionatına yollanan yığma biz olaq. Çünki bunun üçün komandada xarakter, futbolçularda liderlik keyfiyyətləri, xarizma çatmır. Nə qədər ki futbolçular meydana sanki döyülmüş, əzilmiş şəkildə çıxacaq, qitə birinciliyində bizim milli olmayacaq. Faktiki bu uşaqlardan heç biri meydanda liderliyi boynuna götürmək, komanda yoldaşlarını arxasınca aparmaq istəmir. Allah yığmanın işlərini xeyrə calasın. Buna inanmaq nə qədər çətin olsa da...
FARİZ

Yığma üzvlərinin qiymətləndirilməsi
(10 ballıq şkala ilə)
Kamran Ağayev – 4,5
Demək olmaz ki, hansısa qurtarışla komandaya kömək etdi. Penaltinin istiqamətini düzgün müəyyənləşdirsə də, tez yıxıldığından əlinin üstündən keçən topa müdaxilə edə bilmədi. Bir epizodda adi vəziyyətdə topu Maksim Medvedevə göndərərkən ötürməsi ünvansız alındı və rəqib aut qazandı. Daha bir dəfə isə yaxınlığında olan Bədavi Hüseynova yox, Qara Qarayevə ötürmə etdi ki, bu da riskli addım idi.
Təmkin Xəlilzadə - 5,0
İlk oyundan sonra əksəriyyət Qurban Qurbanovu Təmkini start heyətində meydana buraxmamağa görə qınayırdı. Bu dəfə ilk dəqiqələrdən oynamaq imkanı qazanan Xəlilzadə etimadı doğrultdu. Düzdü, startda oyunu alınmırdı, hətta adi vəziyyətdə topu meydanda saxlaya bilmədi. Ancaq tədricən oyununu tapıb cinah reydləri ilə rəqibi narahat edirdi. Qolu isə baxımlı alındı.
Maksim Medvedev – 4,5
Ciddi səhvlə yadda qalmayan Maksim müdafiənin mərkəzində çıxış etdiyi üçün hücumlara qoşula bilmədi. Yalnız standart vəziyyətlər zamanı bir-iki dəfə onu rəqibin cərimə meydançasında gördük. Bunlardan birində əlinə qol vurmaq üçün fürsət düşsə də, bir metrdən "çərçivə"yə düşə bilmədi.
Bədavi Hüseynov – 4,0
Müdafiə xəttinin üzərinə ilk yarıda yük düşdü ki, etibarlı saydığımız Bədavi komandanı pis vəziyyətə saldı. Məhz onun kobudluğuna görə qapımıza penalti təyin olundu, Malta bu vəziyyətdən yararlanıb vurduğu qolla 1 xal qazandı.
Pavel Paşayev – 4,0
Oyuna heç də pis başlamamışdı, cinahdan hücumlara fəal qoşulurdu. Di gəl, ilk yarıda bəxtsiz şəkildə zədələnib oyunu davam etdirə bilmədi.
Qara Qarayev – 4,5
Faydalı iş əmsalı az olan Qara yenə ləng davranışları və geriyə ötürmələri ilə komandanın hücuma tez çıxmasına əngəl törədirdi. Oyunun sonlarında isə əsəbləri dözmədi və yersiz vərəqə ilə cəzalandı.

Riçard Almeyda – 4,5
Hiss olunurdu ki, Riçardı "bağlayıblar". Top ona düşən kimi iki maltalı dərhal peyda olur, sıx oynamaqla rahat davranmasına imkan vermirdilər. Hər halda, neydanda Kosovo ilə matçdakından daha zəif Almeyda gördük.
Emin Mahmudov – 4,0
Emin Millətlər Liqasındakı hər iki matçı bərbad keçirən iki futbolçudan biridi. Ona bəslənən ümidləri doğrultmayan yarımmüdafiəçi yersiz top itkiləri, səhv ötürmələri ilə yadda qaldı. Nəticədə Qurban Qurbanov Bakıda olduğu kimi, yenə onu əvəzləməli oldu.
Dmitri Nazarov – 4,0
Kosovo ilə matçda meydana sonradan çıxan, bu dəfə ilk "11-lik"də yer alan Nazarov oyunun ən zəiflərindən idi. Cəmi bir dəfə - birinci hissədə diqqət mərkəzinə düşdü ki, onda da topu əlverişli vəziyyətdən göyə vurdu. Halbuki qarşısında cəmi bir müdafiəçi var idi.
Mahir Mədətov – 4,5
Qaçır, hərəkət edir, fəal görünməyə çalışır, amma sanki hücumçu vərdişlərini yadırğayıb. Bütün ötürmələri arxası rəqibə sarı qəbul edən Mahirin bir dəfə də olsun, fərdi bacarığı sayəsində təhlükə yaratmasına şahid olmadıq.
Rauf Əliyev – 4,5
Şeydayevin əvəzinə bu dəfə ilk dəqiqələrdən meydanda olan Rauf artıq tükənib, əvvəlki səviyyədə deyil. Sanki özünəinamı itib. Bir epizodda təkbətək çıxmaq üzrə olduğu an rəqib müdafiəçi cərimə meydançasında ayağını onun sifəti səviyyəsinə qaldırıb təhlükəni önlədi, hətta butsu Raufun üzünə dəydi. Bu epizodda yıxılsaydı, çox güman, hakim penalti təyin edəcəkdi, ona da hiyləgərliyi çatmadı.
Ürfan Abbasov – 4,0
Pavel zədələnməsəydi, çətin ki, Qurban Qurbanov ona güvənəcəkdi. Hər halda, o, 4 gün əvvəlki oyunun zəiflərindən olduğu üçün ehtiyatda qalmışdı. Bu dəfə də cinahda yol verdiyi səhvlərlə yadda qaldı.
Cavid İmamverdiyev - 4,0
"Kosovo ilə matçda Cavidin yeri görünürdü" deyənlər haqlı olduqları ilə öyünə bilməzlər. Formada olmayan yarımmüdafiəçi meydanda olduğu dəqiqələrdə başqalarından fərqlənmədi, ortaya qeyri-adi nəsə qoya bilmədi.
Ramil Şeydayev – 4,0
Meydana sonradan çıxan hücumçu yığmanın oyununu gücləndirə bilmədi. Döyüşkənliyi də köməyə gəlmədi. Hakimlə yerli-yersiz polemikaya girirdi.
MİRAĞA

Yeri gəlmişkən...
Malta ilə oyunun 26-cı dəqiqəsində hesabı bərabərləşdirən Təmkin Xəlilzadə milli formanı 7-ci dəfə geydiyi oyunda qol hesabını açdı. O, yığmamız üçün qol vuran 62-ci və rəsmi oyunlarda qol hesabını açan 32-ci futbolçu oldu.

Reaksiyalar
Qurban Qurbanov: "Qalib gəlmək istəyirdik. Təəssüf ki, bunu bacarmadıq. Bir xal qazandıq. Daha doğrusu, 2 xal itirdik. Bir çox futbolçunun durumundan narahat idim. Gözlədiyim kimi, performanslarından aşağı çıxış etdilər. İşlərimiz çoxdu. Hansısa çatışmazlıqları aradan qaldırmağı öz üzərimə götürərəm. İradlarınızı mənə bildirə bilərsiz. Burda nəticə verməyə çalışırıq. İnamımız itirməməliyik. Problemləri mən bilirəm. Digər komandaların da xal itkiləri olacaq. "Şansımız yoxdu" deyib, sakit durmamalıyıq. Çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. Qalan 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik. Futbolçulara güvənib, bir olmalıyıq. Rəqib futbolçuların vaxtı uzatması? Bunu səbəb kimi göstərməli deyilik. Həm burda, həm də Bakıda belə halları gördük. Bu gün rəqib bir xal götürmək üçün hər şeyə əl atırdı. Bu cür fasilələr tempi salırdı". Ray Farruciya: "Azərbaycan çox yaxşı komandadı. Bərabərliyi bizim üçün uğurlu nəticə sayıram. İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. Qrupumuzda favorit yoxdu. Məsələn, Kosovo yeni komandadı. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdü. Lakin fikrimcə, Kosovo bir qədər üstündü. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosovo daha üst sırada dayanmalıdı".
Maksim Medvedev: “Oyun istədiyimiz kimi alınmadı. Bura 3 xal dalınca gəlmişdik. Evə qələbə ilə dönmək üçün 1 qol çatmadı. İstənilən halda, qarşıda oyunlar və rəqiblərə çatmaq imkanımız var. Maltadan güclü olduğumuza inanıram. Hardasa 60-cı dəqiqədən etibarən rəqibin 5-6 oyunçusu ayağını tutub qazonun üzərində qalmağa başladı. Bununla da vaxtı uzadır və tempi öldürürdülər ki, bu da motivasiyamıza pis təsir göstərirdi”.
Ramil Şeydayev: “Nəticədən narazıyam. Məşqçi məni meydana buraxanda qol vurmağı tapşırdı. Əlbəttə, alınmadığına görə məyusam”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar