10 sen 13:45yigma

Yığma inamsız oyunla iki xalı əldən verdi

Yığma inamsız oyunla iki xalı əldən verdi
Millətlər Liqası
D Liqası, 3-cü qrup
241. Azərbaycan - Kosovo 0:0

1. Kamran Ağayev (k)
3. Ürfan Abbasov
22. Bədavi Hüseynov
5. Maksim Medvedev
4. Pavel Paşayev
2. Qara Qarayev
20. Riçard Almeyda
10. Ruslan Qurbanov
(21. Təmkin Xəlilzadə, 61)
8. Emin Mahmudov
(13. Dmitri Nazarov, 66)
7. Mahir Mədətov
11. Ramil Şeydayev
(9. Rauf Əliyev, 74)
Ehtiyat oyunçular
12. Emil Balayev
23. Şahruddin Məhəmmədəliyev
6. Coşqun Diniyev
14. Rahid Əmirquliyev
16. Cavid Hüseynov
17. Rəhman Hacıyev
18. Məhəmməd Mirzəbəyov
19. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov

1. Samir Uykani (k)
19. Leart Pakyarada
3. Fidan Aliti
13. Amir Rrahmani
15. Merqim Voyvoda
5. Herolind Şala
6. Hekuran Kryeziu
10. Arber Zeneli
(14. İdris Voka, 84)
9. Bersant Kelina
(8. Donis Avdiyay, 69)
22. Edon Jeqrova
(7. Milot Raşitsa, 63)
18. Vedat Muriqi
Ehtiyat oyunçular
12. Faton Maloku
16. Visar Bekay
2. Jetmir Krasniqi
4. Arbenit Cemaili
11. Elbasan Raşani
17. Benjamin Kololli
20. Kastriot Dermaku
21. Atde Nuhiu
23. Bernar Berişa
Baş məşqçi: Bernar Şalland
Vərəqə: H.Kryeziu, 81 - sarı.
Hakimlər: OLA HOBBER NİLSEN, Tom Harald Qronevik, Qeyr Oskar İsaksen, Oysteyn Simon Yatterland, Espen Andreas Eskas, Tom Harald Hagen (hamısı Norveç).
Hakim-inspektor: Lusilio Kardoso Kortes Batista (Portuqaliya).
UEFA nümayəndəsi: Martin Sturkenbom (Hollandiya)
7 sentyabr. Bakı. Olimpiya stadionu. 19500 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
9 (2) qapıya ("çərçivə"yə) zərbə 3 (0)
6 korner 6
4 ofsayd 5
12 qayda pozuntusu 17
0 vərəqə (qırmızı) 1
Dünən hər kəsin diqqəti BOS-a dikilmişdi. İstər tribunalarda olanlar, istərsə də ekran qarşısına keçənlər yığmadan qələbə gözləyirdi. Millətlər Liqasına uğurlu start AÇ-nin final yolunda ilk, özü də önəmli addım olacaqdı. Kosovo ilə görüşü 3-cü qrupda əsas iddialıların dueli kimi dəyərləndirə bilərik. Bütün detalları nəzərə alsaq, bu qarşılaşma yığma üçün həyati əhəmiyyət daşıyırdı.
Doğrudu, rəqibin heyətində top qovan futbolçuların Avropanın təkcə sıradan yox, tanınmış klublarına məxsus olduqları məlum idi. Lakin futbolda komanda oyununun həlledici olduğunu hər kəs yaxşı anlayır. Bu üzdən doğma meydanda oynayan milli qələbə qazanmaq əzmində idi. Yığma Millətlər Liqasının tarixi fürsət, Kosovo ilə matçın isə “açar oyun” olduğunu dərk edirdi. Bu qarşılaşma millinin 2018-ci ildə, eyni zamanda Qurbanovun baş məşqçi postunda ilk rəsmi matçı idi. Ona görə də nəticə böyük maraq doğururdu.
Qurbanov hələ bir gün öncə heyətdə rotasiyaların olacağını söyləmişdi. Əsasən də arxa xətdəki düzülüşün necə olacağı müzakirə olunurdu. Müdafiənin mərkəzində Maksimlə Bədavi qərarlşamışdısa, Ürfan solda, Pavel sağda yer almışdı. Qalan mövqelərdə isə qeyri-adi dəyişiklik yox idi. Yalnız son zamanlar performansı o qədər də yaxşı olmayan Ruslanın start heyətində yer alacağını proqnozlaşdıranlar elə də çox deyildi.
Hər iki komanda ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirdi. Düzdü, müəyyən dəqiqələrdə tərəflərdən biri bir qədər təzyiqi artırırdl. Lakin həmin basqı yaddaqalan zərbə və ya diqqəti çəkən hücumla yekunlaşmırdı. Temp o qədər də yüksək deyildi. Qurbanovun yetirmələri topa daha çox nəzarət edir, rəqib isə müdafiədə boşluq vermirdi. Nəhayət, 21-ci dəqiqədə qapı istiqamətində ilk zərbənin şahidi olduq. Mahirin vuruşu o qədər də effektli olmadı, ancaq bu, ilk belə cəhdimiz idi. Az sonra Maksim də uzaqdan bəxtini sınamaq qərarına gəldi. Lakin onun da zərbəsi zamanı top qapıdan xeyli aralı keçdi. Yarım saatın tamamında isə Bədavinin həlledici müdaxiləsi qapımız qarşısında təhlükənin böyüməsinin qarşısını aldı. Qurbanovun yetirmələri dərhal əks-hücum təşkil etsə də, Şeydayev həmləni lazımınca inkişaf etdirə bilmədi. 42-ci dəqiqədə isə meydan sahiblərinin qapısı qarşısında təhlükə yarandı. Kelinanın uzaqdan vuruşu zamanı top tirin üstündən keçdi. Az sonra Muriqinin başla zərbəsi də yaddaqalan, lakin qeyri-dəqiq alındı. Son dəqiqələrdə Kosovo təzyiqi artırsa da, fasiləyədək hesab açılmadı.
Qurbanovun yetirmələri İkinci hissəyə fəal başladı. Yığma ardıcıl həmlələr və künc zərbələri fonunda Kosovonu qapısına sıxışdırmışdı. Lakin hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmurdu. Hadisələrin axarı Qurbanovu razı salmadığı üçün bir saatın tamamında komandanın ən zəiflərindən olan Ruslanı Təmkinlə əvəzlədi. Çox keçmədən Eminin yerinə Dmitri meydana çıxdı. Yeri gəlmişkən, bu dəqiqələrdə milli iki dəfə əllə oyuna görə penalti tələb etsə də, hakim davam işarəsi verdi. 73-cü dəqiqədə isə Qurbanov sonuncu əvəzetməni də həyata keçirdi. Ramil yerini Raufa verdi. Ancaq Əliyev meydana çıxandan sonra az qala qapımızda qol görəcəkdik. Muriqi çətin vəziyyətdə olmasına baxmayaraq, başla topu qapıya yönəltdi, yaxşı ki, zərbəsi dəqiq olmadı. Vaxt azaldıqca yığma üzvlərində tələskənlik hiss olunurdu. Ardıcıl iki epizodda əvvəlcə Rauf, daha sonra Bədavi başla topu "çərçivə"yə yönəltdi, ancaq rəqib qapıçı üçün həmlələri zərərsizləşdirmək çətin olmadı. 86-cı dəqiqədə Uykaninin qapısı önündə ən yaddaqalan epizodun şahidi olduq. Pavel havada olan topa qüvvətli zərbə endirsə də, "mərmi" hədəfdən yan keçdi. Az sonra Dmitri yaxın məsafədən fərqlənməyə yaxın idi. Ancaq təhlükəli və qüvvətli zərbəsi zamanı top toru yandan silkələdi. Millinin son dəqiqələrdəki fəallığı fayda vermədi və Millətlər Liqasına "sülh"lə başladıq.
Ən əsas problem yığmanın hücumda "dişsiz" olması idi. Bununla belə, Kosovo da qeyri-adi heç nə ilə yadda qalmadı. Növbəti qarşılaşmalarda yaradıcı oyun ortaya qoysaq, bu qrupu lider kimi bitirə bilərik. Hə, bir də daha inamlı və aqressiv oynamaq vacibdi. Geriyə mənasız ötürmələrin sayını azaltmaq, düşünülmüş hücumlar qurmaq lazımdı. Hər halda, gəlin ümid edək ki, dünən itirilən 2 xal sonda bizi qrup liderliyindən etməyəcək.
FARİZ

Yığma üzvlərinin qiymətləndirməsi
(10 ballıq şkala ilə)
Kamran Ağayev – 5,0
Kamran hansısa real təhlükəni önləmədi, hansısa qurtarışla yadda qalmadı. Ancaq işi heç də az olmadı. Rəqibin pressinqi zamanı müdafiəçilər tez-tez topu ona ötürür, təcrübəli qapıçı isə uzun ötürmə ilə onu irəli göndərirdi. Bir-iki epizodda topu yumruq zərbələri ilə uzaqlaşdırmağa üstünlük verdi. Nədənsə topu əllə tutmaqdan ehtiyatlanırdı.
Ürfan Abbasov – 5,0
Hücumlara tez-tez qoşulurdu, eyni zamanda müdafiədə də etibarlı idi. Di gəl ki, effektli asmalarına şahid olmadıq.
Maksim Medvedev – 5,0
Müdafiənin mərkəzində yer alan Maksim işinin öhdəsindən gəldi. Topu irəli, adətən, o daşıyırdı. Ancaq bu dəfə tapşırıq fərqli idi: standart vəziyyətlər zamanı çox vaxt Bədavi irəli gedir, o, arxada qalırdı.
Bədavi Hüseynov – 5,5
Həmişəki kimi həyəcanlı görünsə də, səhvsiz oynadı. O, Maksimdən daha fəal idi. Üstəlik, künc zərbələri zamanı da rəqibin cərimə meydançasına yollanırdı. Hətta iki epizodda hava mübarizəsinə də qoşuldu, ancaq effektli zərbə endirmək mümkün olmadı.
Pavel Paşayev – 5,0
Paşayevin cinahı ilk yarıda daha passiv idi, rəqib də bunu hiss edib hücumlarını sağdan təşkil etməyə çalışırdı. Müdafiəçi bir epizodda diqqət mərkəzinə düşdü. Kosovo müdafiəçilərinin uzaqlaşdıra bilmədiyi topa saxlamadan zərbə endirən Pavelin vuruşu cüzi fərqlə qapıdan aralı keçdi.
Qara Qarayev – 5,5
Qara ən yaxşı oyunlarından birini keçirdi. Xüsusilə müdafiə planında komandaya daha çox faydalı oldu. Bir neçə dəfə effektli müdaxiləsi ilə rəqib hücumunun böyüməsinə əngəl oldu.
Riçard Almeyda – 6,0
“Astana”da işləri tam yolunda getməsə də, avrokuboklardan fərqli yerli çempionatda mütəmadi çıxış etməsi Almeydanın işinə yarayıb. Sanki braziliyalıya yeni güc gəlib. Həm hücumların təşkilində, həm də komandanın topa sahib olmasında əvəzsiz rol oynayan Riçard komandanın ən yaxşısı idi.
Ruslan Qurbanov – 4,5
Əslində Ruslanın start heyətində yer alması belə gözlənilməz oldu. İlk yarıda nisbətən sürəti hesabına nəsə etməyə çalışırdı. İkinci yarıda isə ümumiyyətlə, varlığı ilə yoxluğu hiss olunmadı. Belədə Qurban Qurbanov onu oyundan çıxardı.
Emin Mahmudov – 4,5
Mahmudov zəif oyunlarından birini keçirdi. Həddən çox top itkilərinə yol verən yarımmüdafiəçi haqlı olaraq əvəzləndi.
Mahir Mədətov – 5,0
Düzdü, fəal görünürdü, ara-sıra nəsə etməyə çalışırdı. Ancaq qapıya cəmi bir zərbəsi oldu ki, onda da top “çərçivə”yə düşmədi.
Ramil Şeydayev – 4,5
Hücum xətti “dişsiz” idi və bu mənada əsas məsuliyyət Şeydayevin üzərindədi. Düzdü, bəzən geriyə çəkilib topu özü irəli daşımağa çalışırdı. Amma “çərçivə”yə bir zərbə belə vura bilməməsi istənilən hücumçu üçün “minus”du.
Təmkin Xəlilzadə - 4,5
Təmkin oyuna pis qoşulmadı. Cinahda fəallıq göstərən yarımmüdafiəçi tez-tez kosovoluların cərimə meydançasına daxil olur, rəqibi həyəcanlandırırdı.
Dmitri Nazarov – 4,5
Oyuna pis qoşulmadı, ümumi ansambla tez uyğunlaşdı. Son dəqiqələrdə əlinə düşən imkanı qola çevirə bilsəydi, “matçın adamı” ola bilərdi.
Rauf Əliyev – 4,0
Oyuna daxil olan kimi başla zərbə ilə yadda qalsa da, əvvəlki Raufu görmədik. Bəlkə də oyuna sonradan qoşulduğu üçün istənilən kimi effektli ola bilmədi.

Reaksiyalar
Elxan Məmmədov: “Yığma Millətlər Liqasında hər oyuna qələbə üçün çıxır və çıxacaq. Lakin bu oyunun əvvəlindən görünürdü ki, rəqib Bakıya 1 yox, 3 xal dalınca gəlib. Qalib gəlmək istəyirdilər. Ona görə də oyun çətin keçdi. Qrupdakı rəqibləri müqayisə etsək, Kosovonu sürpriz komanda adlandırmaq olar. Federasiyaları FİFA və UEFA-ya cəmi iki ildi üzv seçilməsinə baxmayaraq, futbolçuları Avropanın tanınmış çempionatlarında, həm də əsas heyətdə oynayırlar. Açığı, belə bir komandanın Bakıya 3 xal dalınca gələcəyini gözləmirdim. Rəqib futbolçu Samir Uykaninin qazonla bağlı niyə elə açıqlama verdiyini bilmirəm. Dünən UEFA nümayəndəsi də stadiona və meydana baxış keçirdi. Və heç bir mənfi rəy səsləndirmədi. Hansısa ciddi problem olsaydı, bildirərdilər. Bəli, əvvəlki aylarda örtükdə müəyyən nöqsanlar var idi. Lakin sonradan aradan qaldırıldı. Ota özüm də yaxından baxmışam. Qazonun durumuna “5” verməzdim. Razıyam, daha yaxşı vəziyyətdə olmalıdı. Əsas odu, yay mövsümünü geridə qoymuşuq. Ota nəzarət edən şəxslər məsuliyyət daşıyır. Ona görə də diqqətli olmalıdılar. Rövnəq Abdullayev stadiondaydı, oyuna baxırdı. Sadəcə, qonaqları var deyə, paltardəyişmə otağına gəlmədi. Yeri gəlmişkən, stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, bizim üçün vacib olan rəqib komandalar deyil, öz yığmamızdı. Bu gün millinin dəstəyə ehtiyacı var. Millətlər Liqasında UEFA rəhbərliyi üstünlüyü bir stadiona verir. Ona görə də yalnız Olimpiya stadionunu sifariş etdik. Stadionu dəyişə də bilərdik. Amma qarşıda bizi mötəbər yarışlar gözləyir. 2019-cu il Avroliqanın finalı və AÇ-2020-nin qarşılaşmaları (hərçənd AFFA-nın baş katibi 2020 əvəzinə “iyirmi iyirmi” deməklə özünü bir neçə il əvvəl eyni ifadəni işlətməklə gülüş obyektinə çevrilmiş Rövnəq Abdullayevin gününə saldı – H.) gözləyir.
Mahir Mədətov: “Start heyətində kimin oynamasına dair qərarı baş məşqçi verir, bizim işimiz deyil. Bizim öhdəmizə düşən iş məşq etmək, meydanda mübarizə aparmaqdı. Ona görə də “11-lik”də yer alıb-almayacağımı düşünmürdüm. Gördüyünüz kimi, çətin oyun oldu. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verməklə müdafiədə səhvə yol verməməyə çalışırdı. Rəqib daha çox əks-hücumlarda fərqlənmək istəyirdi. İlk oyun olduğunu nəzərə alsaq, məncə, pis olmadı. Düz qeyd edirsiz, fasilədən sonra daha aqressiv, daha istəkli oynamağa başladıq. Bunun konkret nə ilə bağlı olduğunu deyə bilmərəm. Taktiki dəyişiklik olmamışdı. Sadəcə, ilk hissədə həyəcan var idi, yoxsa başqa nəyəsə görə risk edə bilmirdik. Ona görə də istədiyimizi edə bilmirdik. İlk oyundu deyə, uyğunlaşma dövrü də adlandırmaq olar. Fikrimcə, Malta ilə görüşdə daha yaxşı olacaq. Kosovo güclü rəqibdi, amma biz də zəif deyilik. Açığı, Maltanın oyununu təhlil etməmişik. Ona görə də nəsə deyə bilmərəm. Bir şey dəqiqdi ki, səfərə 3 xal dalınca yollanırıq... Tribunada azarkeşlərin sayını görəndə təəccübləndim. Daha çox tərəfdar gözləyirdim. Hamımız ölkəmizin adı üçün oynayırıq. Azərbaycan yığması üçün vacib turnirdi və bu oyun da çox vacib idi. Azarkeşlərdən dəstək görməyəndə adam üzülür. Bəzən onlar bizə “niyə oynamırsız” sualını verirlər. Bəs, özləri niyə oyuna gəlmirlər”?
Maksim Medvedev: “Uzun müddətdi bu oyunu gözləyirdik. Rəqibi xeyli təhlil etmişdik. Bilirdik ki, komanda daha çox gənclərdən ibarətdi. Amma heyətlərində yüksək səviyyəli futbolçular var. Avropanın bir çox yaxşı klubunda çıxış edirlər. İnanıram ki, Kosovo 2-3 ildən sonra bizimlə yox, daha güclü reytinqli ölkələrlə bir qrupda oynayacaq. Bu gün onlarla vuruşduq, başabaş futbol oynadıq. Məncə, oyunumuz pis alınmadı. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı təsir bağışlayaq. Amma heç-heçə də pis nəticə deyil. Çünki çoxları qrupda birinci yeri Kosovonun tutacağını düşünür. Əsas odu, növbəti matçlarda xal itirməyək. İlk oyun olduğu üçün rəqiblə bir-birimizdən çəkinirdik. Səhv etmək istəmirdik. Onlar hər zaman rəqibin səhvindən yararlanaraq qollar vururlar. Kosovo üçün heç-heçə yaxşı nəticədi. Üç gündən sonra bizi Malta ilə çətin səfər oyunu gözləyir. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Səfərdə bizi çox ağır oyun gözləyir".
Vedat Muriqi: “Asan oyun olmadı. Azərbaycanın bu görüşün favoriti olduğunu nəzərə alsaq, yekun nəticə pis deyil. Qazandığımız 1 xal bizim üçün çox dəyərlidi. Bu 1 xalın dəyərini artırmaq üçün Farer adalarını udmalıyıq. Oyunun gedişində 1 xala qane olduğumuzu deməzdim. Təbii, əsas hədəf qalib gəlmək idi. Sadəcə, istədiyimiz oyunu sərgiləyə bilmədik. Belə deyim, planlaşdırdığımız hücumlar alınmadı. İlk oyun olduğu üçün risk etmək istəmirdik. Açığı, Azərbaycan yığmasının bu cür olacağını gözləyirdik. Fikir vermisizsə, heç kim rəqibin ünvanını aşağılayıcı açıqlama verməmişdi. Bu gün onlar favorit olduqlarını bir daha göstərdilər. Azərbaycanla cavab görüşünə qədər yaxşı çalışsaq, Kosovoda qələbə qazana bilərik. Yeni stadionda ciddi azarkeş dəstəyimiz olacaq. Məncə, orda daha fərqli olacaq. Turnir cədvəli baxımından səfərdəki 1 xal xeyrimizədi. Amma bununla arxayınlaşmaq olmaz. Çünki qrupdakı rəqiblərin hər biri təhlükəlidi. Qapıçınızla Türkiyədə rəqib olmuşuq. Mən “Girəsunspor”da, o isə “Karşıyaka”da oynayırdı. Ordan xatırlayıram”.
Samir Uykani: “Səfərdəki heç-heçə bizim üçün pis nəticə deyil. Oyundan əvvəl də demişdim ki, Azərbaycan yığması qrupun favoritidi. Burda bizim üçün çətin olacağını bilirdik. Oyunda bir daha bunun şahidi olduq. Ona görə də 1 xalı qənaətbəxş saymaq olar. Düzdü, rəqibin təhlükəli epizodları oldu. Mənə elə gəlir ki, bizdəki vəziyyətlər daha real idi. Onlar sona yaxın fəallaşdılar. Gənc komandamız var, səbirli olmalıyıq. Azərbaycana niyə favorit deyirik? Bəli, xarici klublarda oynayan futbolçularımız var. Amma onların beynəlxalq oyun sayı heç də çox deyil. Hesablasan, karyeraları ərzində bəlkə də 50-60 oyun keçirməyiblər. Təbii ki, hamıya aid deyi. Sizin futbolçularınız isə illərdi bir yerdə oynayırlar, avrokubokların qrup mərhələlərində çıxış ediblər. Bu baxımdan sizinkilər bizimkiləri üstələyir. FİFA-nın reytinq cədvəlindəki göstərici də hər şeyi deyir. Amma bu, rəqibdən çəkinməyimiz anlamına gəlmir. Sadəcə, reallığı demək istəyirəm. Oyun bol qol epizodları ilə yadda qalmasa da, meydanda gərgin mübarizə var idi. Taktika savaşı olan oyunlar o qədər də maraqlı alınmır. Çünki hər iki tərəf ehtiyatlanır. Səfərdəki bizi 1 xal da qane edirdi deyə, böyük qüvvə ilə irəli atılmırdıq. Öz aramızdı, qazonun vəziyyəti də yaxşı deyildi. Üstünü rəngləsələr də, örtüyün bəzi yerlərindən qum çıxırdı. Belədə ötürmələrlə rahat oynamaq olmur. Oyuna niyə bu qədər az azarkeşin gəldiyini deyə bilmərəm. Onu deyim ki, yaxşı ab-hava yaratmışdılar. Oyundan sonra rəqib qapıçı mənə yaxınlaşıb vaxtilə Türkiyədə oynadığını dedi. Klubdakı vəziyyətimlə maraqlandı. Ümumi söhbət etdik, xüsusi bir şey yox idi”.
HƏBİB

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar