10 sen 13:40yigma

Malta 2018-də qələbəyə həsrətdi

Malta 2018-də qələbəyə həsrətdi
Yığma şənbə günü çarter reysi ilə vətəni tərk edib. Yığma Ta’Qalidə yalnız bazar günü hazırlıq keçib. Belə ki, millinin oyunöncəsi məşqi yerli vaxtla saat 20.00-da başlayıb. Qurbanovun mətbuat konfransı isə bundan yarım saat tez start götürüb. İndi də Malta ilə duel ərəfəsində maraqlı informasiyaları diqqətinizə çatdıraq.
“Cırtdan”la 7-ci duel
Sentyabrın 10-dakı qarşılaşma Malta ilə 7-ci oyunumuz olacaq. İndiyədək baş tutan 6 dueldən 3-də rəqib, 2-də isə yığmamız qalib gəlib. Maraqlıdı ki, son dueli – 2:2 hesabı ilə bitən matçı nəzərə almasaq, qalan 5 qarşılaşmada tərəflərdən yalnız biri fərqlənib. Özü də “cırtdan”ın yığmamız üzərindəki axırıncı qələbəsindən 16 ildən də çox vaxt keçir. Geridə qalan 6 dueldən üçü yoldaşlıq, biri beynəlxalq turnir, ikisi isə AÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutub. İki il öncə keçirilən qitə birinciliyinə yollanmaq uğrunda baş tutan qarşılaşmalarda yığma rəqibindən 4 xal ala bildi. Ümid edək ki, bu dəfə hər iki oyunda qələbə bizim olacaq. Yığmanın “cırtdan”la indiyəqədərki matçlarının siyahısı ilə tanış olun:
19.04.1994. Ta’Qali. YO. Malta – Azərbaycan 5:0
06.02.2000. Ta’Qali. BT. Malta – Azərbaycan 3:0
17.04.2002. Ta’Qali. YO. Malta – Azərbaycan 1:0
14.08.2013. Bakı. YO. Azərbaycan - Malta 3:0
28.03.2015. Bakı. AÇ. Azərbaycan - Malta 2:0
06.09.2015. Ta’Qali. AÇ. Malta – Azərbaycan 2:2
Klublar və başqa millilər
Malta təmsilçiləri ilə avrokuboklarda da bir neçə dəfə münasibətləri aydınlaşdırmışıq. Klublarımız 4 cəhddə “cırtdan” ölkənin komandasını yolundan kənarlaşdırmağa çalışıb. Bunlardan üçündə uğurlu olmuşuqsa, birində Malta klubu sevinib. Bu ölkənin təmsilçiləri ilə duellərdəki uğurlu seriyanı bu il “Keşlə” davam etdirə bilmədi. Paytaxt təmsilçisi gözlənilmədən “Baltsan” önündə “ağ bayraq qaldırdı”.
2013. AL. Slima Uonderers – Xəzər Lənkəran 1:1, 0:1
2014. ÇL. Valletta – Qarabağ 0:1, 0:4
2016. AL. Baltsan - Neftçi 0:2, 2:1
2018. AL. Baltsan - Keşlə 4:1, 1:2
Aşağı yaş qrupları üzrə millilərimiz yalnız yoldaşlıq görüşləri və beynəlxalq turnirlərdə maltalı həmyaşıdları ilə qarşılaşıb. 4 il əvvəl U-21 yoxlama matçında bu rəqiblə qolsuz “sülh”ə razılaşıb. U-19 isə 3 il öncə “cırtdan”la 2 sınaq matçında münasibətləri aydınlaşdırıb. Yığmamız hər iki qarşılaşmada böyükhesablı qələbə qazanıb (4:1, 3:0). 2013-cü ildə Yunanıstanda təşkil olunan beynəlxalq turnirdə U-17 maltalıları 1 cavabsız qolla məğlub edib. U-16 isə iki il öncə “qırmızı-qaralar”la oyunda darmadağın (0:3) olub. Qarşılaşma elə Maltada keçirilən beynəlxalq turnir çərçivəsində gerçəkləşib.
Qələbə görməyiblər
Malta bu il 4 yoldaşlıq oyununda qüvvəsini sınayıb. Lakin “cırtdan” bu qarşılaşmaların heç birində qələbə sevinci yaşaya bilməyib. Sınaq matçlarından ikisi martda baş tutub. Martın 22-də Ta’Qalidə Lüksemburqla qarşılaşan maltalılar minimal hesabla məğlub olub (0:1). Bu oyundan sonra hazırlığın davamı üçün Türkiyəyə yollanan “qırmızı-ağlar” martın 26-da Finlandiya ilə oyunda qüvvəsini sınayıb. Həmin görüş Malta üçün acınacaqlı hesabla bitib. Finlər “cırtdan”ın qapısından 5 cavabsız qol keçirib. FİFA-nın mayın sonu – iyunun əvvəlinə təsadüf edən “pəncərəsi” zamanı isə yığmanın rəqibi iki yoldaşlıq oyununda gücünü sınayıb. Həmin vaxt Malta Avstriyada təlim-məşq toplanışında olub. Mayın 29-da Ermənistanla gerçəkləşən qarşılaşmada qalib müəyyənləşməyib (1:1). İyunun 1-də isə “qırmızı-ağlar” Gürcüstanla münasibətləri aydınlaşdırıb. Bu oyun qonşularımızın minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar