10 sen 13:31yigma

Barış Türkiyə yox, Azərbaycan millisini düşünür

Barış Türkiyə yox, Azərbaycan millisini düşünür
“Bohum”un yaxşı komanda olması ilə iş bitmir, özüm də yaxşı olmalıyam”
Rəşad Sadıqovun U-21-də baş məşqçi postuna sahib çıxmasından sonra xeyli futbolçu bu komandada debüt imkanı qazanıb. Növbəti seçmə mərhələ üçün nəsil dəyişikliyinin olacağını nəzərə alsaq, bu normaldı. Məsələn, İsraillə qarşılaşmada İsmayıl İbrahimli, Barış Əkinciər kimi futbolçular ilk dəfə U-21-in heyətində meydana çıxdı. İndiyə qədər müxtəlif yaş qruplarından ibarət millilərə dəvət alan Barışdan gözləntilər böyükdü. Almaniya futbol məktəbinin yetirməsi olan və hazırda “Bohum”un U-19-unda top qovan, eyni zamanda əsas komandada da şans qazanan 1999 doğumlu hücumameyilli yarımmüdafiəçinin xoş gələcək vəd etdiyi deyilir. Oyundan sonra jurnalistlərin əhatəsinə düşən “11 nömrə” özü ilə bağlı geniş məlumat verdi.
- Öncə İsraillə heç-heçə oynadığınız görüşlə bağlı fikirlərini eşidək.
- Fikrimcə, müdafiədə yaxşı oynadıq. Əsas da bu idi. Amma gözləmədiyimiz şəkildə künc zərbəsindən qol buraxdıq (rəqib qolu kornerdən yox, adi oyun epizodundan vurmuşdu – H.). Yaxşı mübarizə apardığımızı düşünürəm.
- Əsas heyətdə meydana çıxmamağın nə ilə bağlı idi? Görünür, tam hazır deyildin.
- Ola bilər. Hər halda, baş məşqçimizin qərarıdı və buna hörmətlə yanaşmalıyam.
- Kənardan elə göründü ki, sanki penaltini yerinə yetirmək istəyirdin.
- Bəli, belə bir istəyim oldu. Amma məndən öncə “nöqtə”yə Ziya Əzizov yaxınlaşdı. O da vura bilmədi. Hansısa problem görmürəm. Futbolda olan şeydi. Bilmək olmaz, bəlkə mən də vura bilməyəcəkdim.
- Növbəti matçınız sentyabrın 11-də Norveçə qarşı olacaq. “Dalğa Arena”da keçiriləcək həmin oyunda qələbə qazanmaq şansınızı necə görürsən?
- Məğlubedilməz komanda yoxdu. Fikrimcə, bütün rəqibləri məğlub edə bilərik. Komanda şəklində oynasaq, böyük yığmaları da yenməyi bacararıq. Vacib olan anlaşma səviyyəsidi. Zamanla bir-birimizə öyrəşəcəyik. Bundan sonra işimiz daha da asan olacaq.
- Dildə deyirik, amma əməldə bacarmırıq. Problem nədi?
- Bunu deyə bilmərəm. Baş məşqçimiz və komandamız yaxşıdı. Sadəcə, zamana ehtiyacımız var. İnşallah, yaxşı olacaq.
- Amma qrupu autsayder kimi başa vuracağıq...
- Öncədən belə etməməliydik. Dönüb geriyə baxanda lazımsız xallar itirdiyimizi görərik. Bu, U-21-də ilk oyunum idi. Bacardığımı etməyə çalışdım. Qarşıda bizi daha iki qarşılaşma gözləyir. Həmin görüşlərdə uduzmamalıyıq.
- "Bohum"da işlərin necə gedir?
- Əsas komandanın üzvüyəm, məşqlərə, oyunlara cəlb olunuram. Kubok matçında meydana çıxdım. Çempionatın 4 qarşılaşmasının ikisində heyətdə olmuşam. Amma baş məşqçi hələ ki şans verməyib. Hər şey birdən-birə olmur. Sağlıq olsun, yaxın zamanda o hissi də yaşayaram.
- “Bohum”da işlərin yaxşı getsə, Türkiyə variantını düşünərsən?
- Xeyr. "Bohum"la 2020-ci ilə qədər müqaviləm var.
- Klub yox, Türkiyənin əsas yığmasını nəzərdə tuturuq.
- U-17 millisindən bu yana Azərbaycan yığmaları üçün çıxış edirəm. Bu müddətdə özümə yaxşı dostlar qazanmışam. Hamısını özümə doğma hiss edirəm. Ona görə də Türkiyə yox, Azərbaycan yığmalarının formasını geymək istəyirəm.
- "Bohum" ikinci bundesliqada mübarizə aparır və kifayət qədər köklü klubdu. Səncə, ordakı çıxışınla əsas yığmaya yüksələ bilərsən?
- İnşallah. “Bohum”un yaxşı komanda olması ilə iş bitmir, özüm də yaxşı olmalıyam. Məncə, daim oynasam və Almaniyada bacarığımı göstərsəm, əsas yığmaya da çağrıla bilərəm. Dediyim kimi, özümdən asılıdı.
- "Bohum" adlı-sanlı komanda olsa da, Azərbaycan millisi kimi zəif komandada çıxış edirsən. Motivasiya cəhətdən bu sənə mane olmur?
- Xeyr, belə şey yoxdu. Bu haqda düşünmürəm də. Hansı vəziyyətdə olmasına baxmayaraq, milli başqa səviyyədi. Onun şərəfini qorumaq qürurdu. Millidə oynamağı, bu gün burda olmağı özümə qürur bilirəm. Ona görə də Azərbaycana sevinclə gəlirəm. Allahın izniylə son iki matçda da uğurlu çıxış edərik. Bu seçmə mərhələdən sonra çox oyunçu yığmadan ayrılacaq və əsas heyət 1998-99 doğumlu futbolçulardan qurulacaq. Ümid edirəm ki, həmin komandada mən də olacam.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar