10 sen 13:29yigma

Ümid verməyən “ümid milli”

Ümid verməyən “ümid milli”
Rəşad Sadıqov Muradı Almaniyaya göndərdi
Cümə axşamı “Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsraili sınağa çəkən Rəşad Sadıqovlu U-21 meydandan 1 xalla ayrıldı. Yığmanın qrupdakı 8-ci matçı bir sıra ilklərlə əlamətdar oldu. Gənc mütəxəssisin rəhbərliyi altında ilk rəsmi ev oyununa çıxan komanda ilk qolunu vurdu, ilk xalını qazandı. Təbii ki, söhbət Sadıqovun rəhbərliyi altındakı nəticələrdən gedir: bu, üçüncü cəhddə mümkün oldu. Bundan əvvəlki iki oyunda gənc mütəxəssisin komandası Kosovoya (0:2) və İrlandiyaya (0:1) “quru” hesabla uduzmuşdu. Bəs İsraillə oyunda hansı çatışmazlıqlar üzə çıxdı, Norveçlə qarşılaşmada bizi nə gözləyir, tsikli qələbə ilə başa vurmaq mümkün olacaqmı?
Əldən verilən fürsət
Bəribaşdan onu qeyd edək ki, İsrail məğlub edilməli, “dişimizə görə” rəqib idi. Son dəqiqələrdə penaltidən yararlana bilsəydik, tsikli qrup sonuncusu kimi başa vurmamaq üçün əlverişli imkan yaranacaqdı. Ancaq milli qələbəyə layiq idimi? Bax, bunu birmənalı şəkildə demək olmur. Doğrudu, Rəşad Sadıqov komandaya ən vacib məqamlardan birini – intizam gətirib. U-21-də kollektiv ruhu yaranıb, hətta ərköyün Renat Dadaşov da “ram edilib”. Futbolçular meydanda canını qoyur, bacardığından artığını etməyə çalışır, ayağını sürümür. Bu, baş məşqçiyə hörmətdən irəli gəlir. Sadıqovun hələ ki komandaya aşıladığı əsas cəhət intizam və motivasiyadı. Amma səviyyə, ustalıq fərqi aşkar hiss olunurdu. İsraillilər bizimkilərdən bir baş üstün görünürdü. Xüsusilə ikinci hissədə topa daha çox nəzarət edən, daha çox qol vəziyyəti yaradan qonaqlar idi.
U-21-in özündə də elita təcrübəsi daha çox olan futbolçular bir baş üstün görünürdülər. Renat Dadaşov və Ozancan Kökçüdən başqa, “öz qazanımızda bişən” Anton Krivotsyuk, Fəhmin Muradbəyli, Eltun Turabov kimi oyunçuları fərqləndirmək olar. Əvəzində kapitan sarğısını qoluna keçirən Sərtan Taşkın heç özünə bənzəmədi. Ümumiyyətlə, “Keşlə”nin müdafiəçisi mövsümə pis başlayıb, klubunda da səhvləri sıralayır. Bundan başqa, dayaq yarımmüdafiəçilər Budaq Nəsirovla Hacıağa Hacıyev zəif çıxışla yadda qaldı. Meydana sonradan çıxan İlkin Muradov, Barış Əkinciər və Ziya Əzizov da bu mənada onlardan seçilmədi. Meydanın mərkəzinin əldən verilməsi də bununla bağlı idi. Komandanın əksər üzvləri fiziki cəhətdən hazırlıqsız göründü. Əslində Rəşad Sadıqov hələ toplanışın əvvəlində həyəcan təbili çalaraq, may-iyundakı komandadan əsər-əlamət qalmadığını demişdi.
Yaraya dərman olmayan Murad
U-21-in Qazaxıstan və Macarıstanla yoldaşlıq görüşlərindəki qədər inamlı görünməməsini həm də heyətdəki itkilərlə əlaqələndirmək olar. Qismət Alıyev cəzalı olduğuna görə komandaya kömək edə bilmədi, kapitan Bəhlul Mustafazadə son məşqlərin birində arxa bud əzələsindən zədə alaraq sıradan çıxdı. Bundan başqa, Ehtiram Şahverdiyev uzunmüddətli zədədən əziyyət çəkir.
Üstəlik Sadıqovun xidmətinə eytiyac duymadığı oyunçular da var. Yeri gəlmişkən, İsraillə və ayın 11-də Norveçlə oyunlar üçün açıqlanan siyahıda 25 namizədin adı var. İlk oyunda onlardan 7-si kənarda qalmışdı: Ömər Buludov, Murad Mahmudov, Ülvi İsgəndərov, Nicat Mehbalıyev, Murtuz Abakarov, İbrahim Hüseynov və Qismət Alıyev. Bu mənada birinin adını xüsusi qeyd etməliyik. Murad U-19-un üzvü olsa da, istedadlıdı. Di gəl ki, bir problem var. Sadıqov cinah oyunçularının çoxluğunu nəzərə alaraq, ondan Norveçlə oyunda yararlanmağı düşünüb. Ya heyətə düşmədiyi üçün, ya da həqiqətən klub karyerasını daha vacib sayan yarımmüdafiəçi məşqçilər korpusuna yaxınlaşaraq, Almaniyaya dönmək istədiyini deyib. Əsas gətirib ki, yeni kluba keçmişəm və məşqçim məni sentyabrın 8-də baş tutacaq oyunda heyətdə görmək istəyir. Məsələ burasındadı ki, Murad bugünlərdə “Ayntraxt”dan ayrılıb və regional liqanın cənub-qərb bölgəsində çıxış edən “FSV Frankfurt”a keçib. Komanda bu gün 8-ci tur çərçivəsində “Vormatiya” ilə qarşılaşacaq. Belədə Rəşad Sadıqov fikri yeni klubunda olan yığma üzvünün önündə “yaşıl işıq yandırıb”.
Bəhlulla Qismətə gəlincə, onların noyabrın 11-dəki matçda komandaya faydası toxunmayacaq. Bəhlulun zədəsi ciddidi. Baxmayaraq ki, Rəşad Sadıqov sonrakı açıqlamasında müdafiəçinin ikinci oyuna qədər sağalacağını demişdi. Ancaq həkimlərin yekun rəyinə əsasən, Mustafazadə çərşənbə axşamı da oynaya bilməyəcək. Cəzasını başa vuran Qismətin təcrübəsinə bel bağlamaq olar. Ancaq hazırlığı yerində olsa. Məsələ burasındadı ki, yarımmüdafiəçi premyer-liqadakı 3 oyundan birində 90 dəqiqə meydanda olub, birindədə meydana final fitinə az qalmış çıxıb, birində isə ümumiyyətlə, ehtiyat oyunçular skamyasında qalıb.
Alternativsiz yığma
Rəşad Sadıqov Norveçlə oyunda kimlərə güvənəcək? Böyük ehtimalla qapı və müdafiə “dördlüy”ü dəyişməz qalacaq. Çünki gənc məşqçinin alternativi yoxdu. Yalnız Ömər Buludova güvənmək olar ki, məşqçilər korpusunun risk edəcəyi inandırıcı deyil. Hücumda yenə Renat oynayacaq, cinahlardan isə ona Fəhminlə Ozancan dəstək verəcək. Ancaq mümkündü ki, Fərid Nəbiyev də “11-lik”də yer alsın. Əsas dəyişiklik orta sahə ilə bağlı ola bilər. Qismət hazır olsa, dayaq yarımmüdafiəçisi mövqeyində Hacıağa ilə tandem təşkil edə bilər. Əks halda, Sadıqov Norveçlə oyuna da eyni futbolçularla başlamalı olacaq.
Norveç bu tsikldə evdə oynayacağımız, ümumiyyətlə, turniri başa vuracağımız son rəqibdi. Skandinaviyalılar İsraildən güclüdü, bunu turnir cədvəli də göstərir. Ancaq qrup dördüncüsü olan bu komandadan da Bakıda xal almaq mümkündü. Daha doğrusu, milli 3 xal üçün oynamalı, tsikli qələbə xanasındakı “0“-la bitirməmək üçün bütün imkanlarını səfərbər etməlidi. Yoxsa Rəşad Sadıqov “sələflərindən heç nə ilə fərqlənmədin” iradını eşitməyə məhkumdu. Hərçənd gənc mütəxəssis mövsümün ortasında gəlib, o vaxt isə artıq “qatar getmişdi”. Üstəlik, Sadıqov növbəti mövsümün komandasını formalaşdırır. Heyətdə 1998-99 təvəllüdlü 6 futbolçunun yer alması da bundan xəbər verir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar