08 sen 13:48yigma

Ziya yığmanı qələbədən etdi


Ziya yığmanı qələbədən etdi
Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
Azərbaycan – İsrail 1:1 (1:1)

12. Kamran İbrahimov
20. Yusif Nəbiyev
3. Anton Krivotsyuk
4. Eltun Turabov
2. Sərtan Taşkın (k)
6. Hacıağa Hacıyev
8. Budaq Nəsirov
(21. İlkin Muradov, 60)
17. Ozancan Kökcü
(11. Barış Əkinciər, 72)
16. İsmayıl İbrahimli
(13. Ziya Əzizov, 63)
9. Fəhmin Muradbəyli
10. Renat Dadaşov
Ehtiyat oyunçular
22. Aydın Bayramov
5. Elvin Sərkərov
7. Fərid Nəbiyev
18. Amin Seydiyev
Baş məşqçi: Rəşad Sadıqov

1. Assaf Tzur
3. Yarden Mordehai Kohen
(12. Raz Nahmias, 46)
4. İdan Naçmias (k)
5. Amit Bitton
2. Yosef Raz Meyr
20. Qavriel Kaniçovski
6. Neta Lavi
21. Moti Barşazki
(10. Matan Hozez, 46)
17. Or Dasa
9. Yonatan Kohen
(22. Yonas Malede, 83)
11. Şon Zalman Veyssman
Ehtiyat oyunçular
23. Haviv Ohayon
7. Omer Lako
15. Ofri Arad
19. Ehab Qnayem
Baş məşqçi: Marko Balbul
Qollar: R.Dadaşov, 1 (1:0). Ş.Z.Veyssman, 30 (1:1).
86-cı dəqiqədə Ziya Əzizov penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqə: S.Taşkın, 36 – sarı.
Hakimlər: FARRUCİYA KANN TRASTİN, Alan Kamilyen, Lyuk Portelli, Malkolm Spiteri (hamısı Malta).
Hakim-inspektor: Plarent Kotherja (Albaniya).
UEFA nümayəndəsi: Aleksandr Keplin (Qazaxıstan).
6 sentyabr. Mərdəkan. Dalğa Arena. 150 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Bu oyuna qədər qrupda keçirdiyi 7 matçda cəmi 1 xal toplayan yığmanın rəqibi turnir cədvəlindəki ən yaxın qonşusu idi. İsrailin 7 xala sahib olması bizimkilərin qələbə istəyini artırırdı. Mümkün 3 xal aradakı fərqi azaldacaq, növbəti 2 qarşılaşmadakı uğurlu nəticələr Rəşad Sadıqovun yetirmələrini sonuncu pillədən xilas edəcəkdi.
Start fitini səsləndirən maltalı hakim fiti ağzından çıxarmağa imkan tapmamış hesab açıldı. Rəqibin müdafiə xəttindəki futbolçulara pressinq edən Ozancan öncə topa sahib oldu, daha sonra onu Renata ötürdü. “10 nömrə” baxımlı vuruşla tablodakı “0-lar”dan birini xeyrimizə dəyişdi. Buraxılan qoldan “sınmayan”, əksinə topa daha çox nəzarət edən qonaqlar üstünlüyü tam ələ keçirib istədiyini edirdi. Fiziki cəhətdən bizimkiləri üstələyən israilli futbolçular rəqibin cərimə meydançasına saysız ötürmələr etsə də, hər dəfə təhlükəli olan həmlələrin heç biri qolla nəticələnmirdi. 17 və 21-ci dəqiqələrdə hesabı bərabərləşdirməyə yaxın olsalar da, məqsədlərinə yarım saatın tamamında çatdılar. Kamran Dasanın zərbəsini lazım olan nöqtəyə qaytarmayınca, Veyssman təkrar vuruşla adını tabloya yazdırdı. Heç cür rəqibin cərimə meydançasına daxil ola bilməyən yığma üzvləri çıxış yolunu uzaqdan zərbələrdə görürdü. Hissənin sonlarına yaxın Renatla Ozancanın və sonda Hacıağanın bu yolla fərqlənməsinə topun “çərçivə”dən aralı keçməsi mane oldu.
Fasilədən sonra qonaqların meydana iki yeni futbolçu ilə çıxmasına baxmayaraq, üstün tərəf meydan sahibləri idi. Rəşad Sadıqov fasilədə yetirmələrinə nə demişdisə, ikinci yarıda “diri” görünürdülər. 53-cü dəqiqədə İsmayıl qola yaxın olsa da, zərbəsi qapının yanından keçdi. 5 dəqiqə sonra Fəhminin aşırma vuruşu hədəfə düşmədi. Budaqla İsmayılın yorulduğunu görən Sadıqov haqlı olaraq hər iki futbolçunu əvəzlədi. Lakin meydana sonradan çıxanlar heç cür yığmanı gücləndirə bilmədi. Əksinə üstünlük qonaqların tərəfinə keçdi. Cərimə meydançamıza ötürmələr və təhlükəli vəziyyətlər bir-birini əvəzləsə də, israillilər heç cür fərqlənə bilmirdi. 86-cı dəqiqədə yığma qələbə topunu vurmağa yaxın oldu. Maltalı hakim qapıçının cərimə meydançası daxilində Fəhminə qarşı kobudluğunu qayda pozuntusu kimi dəyərləndirsə də, “nöqtə”yə yaxınlaşan Ziyanın vurduğu topu Tzur dəf etdi. Halbuki topu tora qovuşdursaydı, yorğun israillilər məğlubiyyətlə barışmalı olacaqdı. Son dəqiqələrdə tərəflərin səyinə baxmayaraq, qələbə topunu vurmaq mümkün olmadı.
HƏBİB
1. Almaniya 7 5 1 1 23-6 16
2. İrlandiya 6 4 1 1 10-3 13
3. Kosovo 8 3 2 3 8-8 11
4. Norveç 7 3 2 2 10-9 11
5. İsrail 8 2 2 4 11-17 8
6. Azərbaycan 8 0 2 6 4-23 2

Gözdən qaçmadı
* Oyuna ciddi azarkeş marağı olmasa da, giriş qapılarındakı polislər stadiona daxil olanları yoxlayırdılar. Eyni qayda jurnalistlər üçün də keçərli idi. Hətta bilgisayar çantasının içini də onlara göstərmək məcburiyyətindəydik.
* Matçın başlamasına 10 dəqiqə qalmış əsas millinin üzvləri də media sektorun üst tərəfində göründü. Bir-biri ilə deyib-gülüb zarafatlaşmaqlarından keflərinin kök olduğunu anlamaq çətin deyildi. Bu mənada Kamran Ağayevlə Maksim Medvedev fəal təsir bağışlayırdı. Maraqlıdı ki, millinin futbolçuları ilk hissədən sonra stadionu tərk etdilər.
* Jurnalistlərin sayının az olmasına görəydi ki, bizim üçün ayrılmış oturacaqların böyük əksəriyyəti boş qalmışdı. Bunu görən Məhəmməd Mirzəbəyov media sektoruna yaxınlaşıb boş oturacaqların üzlüklərini özü və komanda yoldaşları üçün aparanda jurnalistlərin zarafata hesablanmış atmacasına tuş gəldi. Yığma üzvü çıxış yolunu gülümsəməkdə gördü.
* Matçı izləyən jurnalistlər arasındakı iki əcnəbini öncə İsrailli zənn etdik. Bir qədər sonra Kosovo adını çəkmələrindən həmin ölkədən gəldiklərini düşünmək olardı. Lakin yaxınlaşıb soruşanda məlum oldu ki, qonaqlar almaniyalıdı, “Südkurvenbladdl” nəşrindən ezam olunublar. Bakıya səfərlərində məqsəd Azərbaycan - Kosovo oyununu işıqlandırmaq, ümumilikdə ölkəmizin futbolu haqda reportaj hazırlamaqdı. Şənbə günü Azərbaycanı tərk edib Gürcüstana yollanacaq, eyni işi orda görəcəklər.
* Oyunu izləyənlər arasında bir çox futbol adamlarını görmək olardı. PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Zirə”nin çalışdırıcı Samir Abasov, U-17-nin baş məşqçisi Ramin Quliyev, “Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanov Mərdəkanın yolunu tutanlar arasındaydı.
* İsrail yığması özləri ilə gələn 4 mühafizəçinin nəzarəti altındaydı. İkisi media sektoruna yaxın yerdə qərarlaşmış, digər iki nəfər VİP-lojanın alt tərəfində dayanmışdı. Nəzərinizə çatdıraq ki, İsrail təmsilçiləri hər dəfə ölkəmizə gələndə, onları mülki geyimli şəxslər qoruyur.
* Penaltini Renat yerinə yetirmək istəyirdi. Lakin həmin an əzələsini dartıb həkim xidmətinə ehtiyac duyması topa Ziyanın yaxınlaşmasını şərtləndirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar