05 sen 22:49yigma

Qurban Qurbanov: “Hamı komandadan nəticə gözləyir”

Qurban Qurbanov: “Hamı komandadan nəticə gözləyir”
Yığmanın Kosovo ilə oyunu Qurban Qurbanov üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, təcrübəli mütəxəssis ilk dəfə millini rəsmi qarşılaşmaya çıxaracaq. Əsas komanda daha öncə Qurbanovun rəhbərliyi altında 6 oyun keçirib. Maraqlıdı ki, bu qarşılaşmalarda qeydə alınan nəticələr say baxımından bərabərdi: 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət. Xatırladaq ki, yığma həmin yoxlama matçlarında Qırğızıstan (3:0) və Latviyanı (3:1) üstələyib, Moldova (0:0) və Makedoniya (1:1) ilə “sülh”ə razılaşıb, Belarus (0:1) və Qazaxıstana (0:3) məğlub olub. Yoldaşlıq matçlarındakı nəticələrin o qədər də önəm daşımadığını bilirik. Odu ki, bütün diqqətlər rəsmi görüşlərə yönəlib. Bu mənada Millətlər Liqasındakı ilk matçdan çox şey asılıdı. Adı çəkilən turnirdə iddiamız böyükdüsə, marafona qələbəylə start verməliyik.
Elə Qurban Qurbanov da UEFA-nın rəsmi saytına açıqlamasında Millətlər Liqasının önəmindən danışıb: "Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belə olan halda isə məsuliyyət daha da artır. Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını başa düşürəm. Üstəlik hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır".
Yeri gəlmişkən, Kosovonun baş məşqçisi Bernar Şalland da Bakıya səfər ərəfəsində keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib: "Bu komandada yalnız Millətlər Liqası üçün yox, gələcək üçün də çalışıram. Kosovonu 2 yaşlı körpə də adlandırmaq olar. Amma o, daim böyüyəcək və yaxşı gələcəyi olacaq. Əsas narahat olduğum məqam müdafiəçilərimizin öz klublarında oynamamasıdı. Ona görə də təlim-məşq toplanışında hər bir futbolçunu diqqətlə izləyib, əsas heyətə layiq olanı meydana buraxmaq istəyirəm. Həmçinin yoldaşlıq görüşlərində qeydə alınan nəticələrə aldanmaq olmaz. Bu, bizim üçün təhlükəli ola bilər. O ki qaldı ilk rəqibimizə, Azərbaycan güclü və aqressiv komandadı. Hesab edirəm ki, bu qrupda birinci yeri tuta bilərlər. Ona görə də ehtiyatlı olmalıyıq. Mərhəmət hissindən söhbət gedə bilməz. Bakıda mümkün olan hər şeyi edəcəyik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar