04 sen 23:24yigma

Kosovo adı altında Avropa millisi...

Kosovo adı altında Avropa millisi...
...və ya albanlara lazım olmayanlar
“Qarabağ” üzərinə düşən minimum hədəfin öhdəsindən gəlib növbəti dəfə Avroliqanın qrupuna vəsiqə qazandı. Ən azı dekabra qədər “köhlən atlar”ın beynəlxalq arenadakı çıxışına tamaşa edəcəyik. Amma Qurban Qurbanovun missiyasını bununla bitmiş saymaq olmaz. Ölkənin ən uğurlu məşqçisinin qarşısında növbəti hədəf durur – ilk növbədə yığmanı qrupdan çıxarmaq. Bu isə əlçatmaz deyil. Əsas rəqib Kosovodu ki, qrupun taleyini bu milli ilə iki oyunda həll etmək mümkündü. Başlanğıcdan çox şey asılıdı.
Bəxtimiz onda gətirib ki, milli mübarizəyə Bakıdakı oyunla start verəcək. Kosovoyla oyun sentyabrın 7-də keçiriləcək ki, mümkün qələbənin gətirə biləcəyi ruh yüksəkliyi 3 gün sonra Malta ilə səfər qarşılaşmasında müsbət təsirini göstərə bilər. Amma Kosovo heç də sıradan rəqib deyil. Adı gözəgəlimli görünməsə də, heyətində yer alan futbolçuların keçdiyi məktəb və hazırda top qovduğu klublar vəziyyətin bizimkilər üçün heç də asan olmayacağından xəbər verir. 2016-nın mayında UEFA və FİFA-ya üzv seçilən yığmada əsas heyətdə möhkəmlənmək üçün ciddi rəqabət müşahidə olunur. Bu da səbəbsiz deyil. Kosovo Futbol Federasiyasının rəhbərliyi ayrı-ayrı ölkələrdə top qovan oyunçuların “milliləşdirilməsinə” nail olmağı bacarıb. Birinin nənəsi vaxtilə həmin torpaqlara ayaq basıb, birinin yolu təsadüfən Kosovoya düşüb, bir başqasının soyadının sonundakı “i” həlledici rol oynayıb. Bütün hallada onlar artıq yığma üzvü sayılır. Belələrinin sayı isə kifayət qədərdi. Azərbaycan və Farer adaları ilə matçlar üçün dəvət alan oyunçuların adına nəzər salıb, “milliləşdirilmişlərlə” yaxından tanış olduq. Buyurun, siz də tanıyın.
Kastriot Dermaku
1992-ci ildə İtaliyanın Skandiano qəsəbəsində anadan olub. 18 yaşına qədər “Sassuolo”nun futbol akademiyasında yetişəndən sonra ilk peşəkar müqaviləsini yerli “Melfi” ilə bağlayıb. Sonradan “Empoli”yə keçsə də, orda möhkəmlənə bilməyib və belədə “Pavia” ilə “Luççese”yə icarəyə verilib. 2017-ci ildən B seriyasında mübarizə aparan “Kosenza”da oynayır. Komandasının aparıcı üzvlərindən sayılır. 195 sm boya malik mərkəz müdafiəçisi 2013-cü ildə Albaniyanın U-21-inə cəlb olunsa da, bir daha nə bu, nə də əsas yığmaya dəvət olunub. Ona görə də bir neçə gün əvvəl Kosovodan gələn təklifi müsbət dəyərləndirib. Bakıdakı oyunda millidə debüt edə bilər.
Arbenit Cemaili
O da debüt oyununu gözləyir. 1998 doğumlu olduğunu nəzərə alsaq, yığmaya indi dəvət alması başadüşüləndi. İsveçrədə doğulan dayaq yarımmüdafiəçisi 2015-17 aralığında “Sürix”də forma geydikdən sonra ötən yay “Ksamaks”a keçib. Xoş gələcək vəd edən, 190 sm boya sahib 20 yaşlı futbolçu Kosovonun U-21 yığmasında 2 oyun keçirməyə imkan tapıb. Mayda əsas yığmaya cəlb olunsa da, baş məşqçi Albaniya ilə sınaq matçında ona güvənməyib.
Hekuran Kryeziu
1993-cü ildə Lütserndə dünyaya göz açan Hekuran yarımmüdafiəçidi. Futbolun sirlərinə “Küssnaxt”da və “Lütsern”də yiyələndikdən sonra ilk peşəkar müqaviləsini həmin “Lütsern”lə bağlayıb. 6 il bu komandanın, 1 il isə “Vaduts”un formasını geyib. Bu ilin yayında “Sürix”ə keçməyi qərara alıb. Yetərincə bacarıqlı futbolçu sayılan Kryeziu hər zaman İsveçrənin aşağı yaş qruplarından ibarət yığmalarını çalışdıran mütəxəssislərin diqqət mərkəzində olub. Odu ki, bu ölkənin U-18, U-19, U-20 və U-21 yığmalarında üst-üstə 30-a yaxın oyunda meydana çıxıb. 2016-cı ildən Kosovo yığmasına dəvət alır, 13 matçın həyəcanını hiss edib və “11-liy”in daimi üzvü sayılıe.
Arber Zeneli
Onun doğulduğu yerin ilk iki hecası “is” və “veç”dən ibarət olsa da, “rə”si yoxdu. 1995-ci ildə İsveçin tarixi yerlərindən sayılan Saterdə anadan olub. 12 yaşında “Elfsborq”un akademiyasına yazılıb və 18 yaşına qədər burda təhsil alıb. 2014-də, yəni 19 yaşında “Elfsborq”da debüt edib. Mövsümyarımda 46 oyunda 11 qola imza atandan sonra “Herenven”ə cəlb olunub. 2016-cı ildən top qovduğu Hollandiya təmsilçisinin əsas heyət üzvlərindəndi. Təsadüfi deyil ki, geridə alan iki mövsümdə 71 matçda forma geyərək, 14 qola imzasını yazdırıb. Yarımmüdafiəçinin İsveç yığmasına cəlb olunmaq imkanı da varmış. Belə ki, İsveçin U-17, U-19 və U-19-undə forma geyəndən sonra 2016-cı ildə çoxlarının gözləmədiyi halda Kosovo millisini seçib. Halbuki İsveç U-21-ində çıxışını yeni başa vurmuşdu və əsas millinin məşqçiləri onu izləyirdi. Yığmaya müntəzəm dəvət alan Zeneli 9 oyunda 2 dəfə fərqlənməyə nail olub.
Herolind Şala
1992-ci ildə Norveçin Porsqrunn şəhərində dünyaya gəlib. Əsilləri Albaniya və Kosovodan olsa da, valideynləri indi Kosovonun ərazisinə daxil olan Qloqovaçdandı. Lakin Şala Norveçdə doğulduğuna görə futbola da orda başlayıb. 16 yaşında “Notodden”in heyətində aşağı dəstədə debüt edib. Və 2011-də, yəni 19 yaşında ölkənin üzdə olan komandalarından sayılan “Odd”la anlaşıb. Daha sonra Çexiyada (“Sparta”, “Slovan”) və Türkiyədə (Kasımpaşa) legioner həyatı yaşayıb. Bir il Danimarka “Lünqbü”sündə oynayandan sonra bu yay Norveç elitasına yeni vəsiqə qazanan “Start”a keçib. Yarımmüdafiəçi Norveçin U-17-də və U-21 yığmasında çıxış edib. Maraqlıdı ki, Şala Albaniyanın U-21-nin və əsas yığmasının şərəfini qorumağa da imkan tapıb. Lakin əsas milli səviyyəsində yalnız yoldaşlıq görüşlərində oynadığından, Kosovonun formasını geyməkdə problem yaranmayıb.
Benjamin Kolloli
O da İsveçrədə doğulan çoxsaylı kosovolulardandı. 1992-ci ildə Eql qəsəbəsində anadan olan yarımmüdafiəçinin karyerası əsasən bu ölkə ilə bağlıdı. Müxtəlif illərdə “Monti”, “Syon”, “Le Mont “, “Yanq Boyz”, “Lozanna” kimi komandalarda çıxış edən yarımmüdafiəçi hazırda “Sürix”də top qovur. Fiziki göstəricilərinə görə seçilsə də, yığmanın əsas üzvlərindən sayılmır. Bunun nəticəsidi ki, geridə qalan 2 ildə yalnız 5 oyunda şans qazanıb.
Edon Zeqrova
Əslən albaniyalı olsa da, hazırda Kosovo yığmasının uğurları üçün tər tökür. 1999-cu ildə Almaniyanın Herford qəsəbəsində dünyaya gələn hücumameyilli futbolçunun uşaq yaşlarındakı ilk klubu “Flamurtari” olub. Sonradan “Priştina”da oynayıb və 2015-də Belçika “Standard”ına, ordan da “Sent-Trüden”ə keçib. Lakin heç birinin əsas komandasında məhkəmlənə bilməyib. 18 yaşı tamam olanda “Genk”lə anlaşıb ki, 2017-dən bu yana 13 oyunda meydana çıxıb və 1 qola imzasını yazdırıb. Albaniya və Kosovo millilərində çıxış edən Zeqrova sonda üstünlüyü ikincilərə verib. Yarımmüdafiəçi bu il 3 oyunda iştirak edib ki, 19 yaşı olmasına baxmayaraq, əsas yığmada Madaqaskarla Albaniyanın qapısına yol tapıb.
İdriz Voça
O da 1997-ci ildə İsveçrədə dünyaya gəlib. 11 yaşında “Lütsern”in futbol akademiyasına yazılıb və ilk müqaviləsini də bu klubla bağlayıb. Xeyli vaxt əvəzedicilərin çempionatında top qovsa da, 2017-də əsas komandaya cəlb olunub.Və o vaxtdan bu yana “Lütsern”in şərəfini qoruyur. Atası alban, anası bosniyalı olan futbolçu İsveçrə, Albaniya və Kosovo pasportlarına sahibdi. Ötən il Kosovonun U-21-inə cəlb olunurdu. Bu ildən isə əsas yığmaya çağrılan yarımmüdafiəçi artıq 2 oyunda iştirak edib.
Elba Raşani
Əsas heyətə düşmək uğrunda mübarizədə Muruqi ilə Nuhiuya uduzsa da, yığmanın ən sərrast hücumçusu sayılır. 2016-dan dəvət alan Raşaninin hesabında 5 oyunda vurduğu 3 qol var ki, bu da ən yüksək göstəricidi. O da adı başqasının, dadı Kosovonun olanlardandı. 1993-cü ildə İsveçdə, Hillerstorpda anadan olan forvardın nəsli-kökü albandı. Sadəcə, hansısa bağlar Kosovoya da gedib çıxır. İsveçdə doğulmasına baxmayaraq, futbolun sirlərinə Norveçdə yiyələnib. Elə buna görə də ilk peşəkar klubu “Odd” olub. Daha sonra “Bröndbü” və “Rosenborq”un uğurları üçün tər tökdükdən sonra ötən il yenidən “Odd”a qayıdıb. Raşani Norveçin U-17-dən U-21-ə qədər olan bütün yığmalarında forma geyəndən sonra Albaniya millisinin sabiq çalışdırıcısı Canni De Byazidən təklif gözləyirmiş. Lakin bunun baş vermədiyini görəndən sonra Kosovonu seçmək qərarına gəlib.
Donis Avdiyay
Hazırda Kosovo yığmasının şərəfini qoruyan ən parlaq karyeraya malik futbolçudu. Təsəvvür edin, 1996-cı ildə Almaniyada anadan olan hücumçu 20 yaşında “Şalke-04”ün heyətində bundesliqa həyəcanının nə olduğunu hiss edib. 2016/17 mövsümündə 9 oyunda 2 dəfə fərqlənib. Buna qədər isə Avstriya elitasında “Şturm”un heyətində 42 oyunda rəqib qapılarına 9 dəfə yol tapmışdı. 2017/18 mövsümünün ikinci yarısını Hollandiya “Roda”sında keçirən (11 oyun, 2 qol) Avdiyay bu il “Villem İİ” ilə anlaşıb. Bəstəboy olmasına baxmayaraq, sürəti və texnikası ilə ad çıxaran forvardın ən böyük arzusu Albaniya millisində oynamaq olub. Lakin De Byazi ona gec təklif göndərdiyindən, vaxtilə Almaniyanın U-16, U-17 və U-19-da oynamış futbolçu Kosovo millisini seçməyi üstün tutub.
Ümid edək ki...
Göründüyü kimi, “milliləşdirilən” futbolçuların hamısı futbolun sirlərinə Avropanın “göbəy”ində yiyələnib, bu gün “köhnə qitə”nin üzdə olan ölkələrində legioner həyatı yaşayanlardı. Hollandiya, İsveçrə, Norveç, Belçika elitasında top qovanlarla tanış olduz. Hələ Kosovoda doğulub, boya-başa çatanlar var ki, onlar da Almaniya bendesliqasında, Türkiyə superliqasında, Xorvatiya çempionatında çıxış edir. Səviyyə olaraq bizimkiləri üstələdikləri sirr deyil. Ümid edək ki, yığmalarının yeni olması, başqa cür desək, birlikdə az oyun keçirmələri millimizə üstünlük qazandıracaq. Əks halda, çətin olacaq, çətin...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar