27 fev 17:42yigma, manset

Svanadze Prosineçkinin Nizamiyə münasibətdə qərəzli olduğunu düşünmür

Svanadze Prosineçkinin Nizamiyə münasibətdə qərəzli olduğunu düşünmür
“Yığmada oynamaq hər bir futbolçu üçün şərəf məsələsidi”

Millinin baş məşqçisi Robert Prosineçki “CBC Sport” telekanalına açıqlamasında “İnter”in kapitanı Nizami Hacıyevin onun oyun fəlsəfəsinə uyğun olmadığını bildirmişdi. Futbolçu isə bundan hiddədlənmişdi. Hətta qəzetimizin ötən sayına açıqlamasında bildirmişdi ki, əsəbindən gözünə yuxu getməyib. Həqiqətən də Hacıyevi anlamaq olar. Çünki “İnter”in aparıcı üzvü çempionatda özünü yaxşı tərəfdən göstərir. Onun hesabında 5 qol və 4 məhsuldar ötürmə var.
Məsələ ilə bağlı “bankirlər”in baş məşqçisi Zaur Svanadzenin də fikirlərini öyrənməyi lazım bildik. Onun cavabı belə oldu: “Hər bir baş məşqçinin futbola öz baxışı var. Bütün çalışdırıcıların futbol anlayışı fərqlidi. Düşünmürəm ki, Nizami Hacıyevlə Robert Prosineçki arasında hansısa problem var. Prosineçki Hacıyevlə şəxsi qərəz aparmır. Düşünürəm ki, kapitanımız çempionatda yaxşı çıxış etsə və bu uğurlu çıxış davamlı olsa, onu çağıracaqlar. Hər bir futbolçu yığmada oynamaq istəyir. Bu, onlar üçün şərəf məsələsidi. Hardan bilək, bəlkə yığmanın çalışdırıcısı Nizamini qarşıdakı yoxlama və rəsmi oyunlara çağıracaq? Bunu zaman göstərər. İndidən nəsə demək doğru olmaz”. Svanadze “bəs siz millini çalışdırsaydız, Nizamini dəvət edərdiz” sualımızı belə cavabladı: “Bu haqda heç nə deyə bilmərəm. Çünki yığmanın baş məşqçisi deyiləm. Mən “İnter”i çalışdırıram və Nizami də bizim kapitanımızdı. O çox yaxşı futbolçudu. Biz onun xidmətindən yararlanırıq. Hacıyev mənim çox xoşuma gəlir. İndi desəm ki, mən məşqçi olsaydım, onu yığmaya dəvət edərdim, doğru olmaz. Bu qeyri-peşəkarlıqdan əlavə, kiminsə haqqına girməkdi. Lakin zaman gələr, Nizamini yığmada görə bilərik. Təki o, çempionat oyunlarına köklənsin, özünü yaxşı tərəfdən göstərsin. Bu həm də “İnter” üçün çox böyük üstünlük olacaq. Bildiyim qədər Prosineçki premyer-liqanın bütün oyunlarını izləyir. Yəqin ki, Nizaminin oyununu görür. Futbolçu daim “artırmalıdı”. Yalnız belə olan halda o yığmanın baş məşqçisinin diqqətini cəlb edəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar