26 fev 13:32yigma

U-19-da 37 futbolçu

U-19-da 37 futbolçu
Təbriz Həsənov: “Onlar üçün üstünlükdü ki, indidən U-19-a çağırılırlar”

19 yaşadək futbolçulardan ibarət yığma hazırda təlim-məşq toplanışındadı. AFFA-nın rəsmi saytı bu barədə xəbəri dünən elan etsə də, əslində seleksiya xarakterli hazırlıq bir neçə gündü ki, davam edir. Fevralın 25-də, yəni sabah başa çatacaq toplanışda 37 futbolçu iştirak edir. Onlardan 10-u “Qəbələ”nin yetirməsidi. “Neftçi” və “Vətən”in isə hərəyə 5 üzvü Təbriz Həsənovun sərəncamındadı: Fərid Nadirov, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Mustafayev, Məzahir Əhmədov, Əmrah Zülfüqarlı, Faiq Hacıyev, Abbas Ağazadə, İlkin Abdullayev, Kamran Quliyev (hamısı “Qəbələ”), Xəyal Tomarov, Mehman Məsimov, Bəşir Aylarov, Elvin İmanlı, Hüseyn Hüseynov (hamısı “Neftçi”), Zahid Mərdanov, Şakir Seyidov, Tahir Zeynalov, Kamal Dəndiyev, Nazim Bağırov (hamısı “Vətən”), Nicat Mehbalıyev, Elvin Cəfərquliyev, Təbriz Xubanov, Elvin Pənahov (hamısı “İnter”), Nicat Məmmədov, Xəqani Sadıxov, Hüseyn Əhmədov (hamısı “Qarabağ”), Timur Burkov, Çingiz Rəsulov (hər ikisi “Nevski-Front”, Rusiya), Vidadi Cəfərov, Xəzər Mahmudov (hər ikisi “Səbail”), Aqşin Hüseynov, İsmayıl Babayev (hər ikisi “Sumqayıt”), İlkin Həsənli, Riad Abbaszadə (hər ikisi “Zirə”), Kənan Allahverdiyev (Kəpəz), Rəvan Hacıyev (“Sancaktəpə Bələdiyəspor”, Türkiyə).
Siyahıdan göründüyü kimi, Təbriz Həsənov düşərgəyə 3 yeni legioner cəlb edib. Komandaya Rusiyadan 2, Türkiyədən 1 futbolçu çağırılıb. Həmin legionerlərdən ikisi əslən azərbaycanlı, biri rusdu. Gəlmələrdən ikisi Sankt-Peterburqun “Nevski-Front” klubunda çıxış edir. Timur Burkov müdafiəçidi. Onun hələ 16 yaşı var. 2016-cı ildə “Avtovo” klubunun heyətində UGİM-lər arası Sankt-Peterburq çempionatında çıxış edib. U-16-ların yarışında 16, U-17-lərin birinciliyində 2 qarşılaşmaya çıxıb. 1 sarı vərəqə də alan Burkov 2017-ci ildən indiki klubuna keçib. Çingiz Rəsulov yarımmüdafiəçidi. UGİM-lər arasında Sankt-Peterburq çempionatında U-16-nın formasını geyinib. Bu komandanın heyətində yarımmüdafiəçi üçün çox yüksək məhsuldarlıq göstərən Rəsulov 20 matçda 3-ü penaltidən olmaqla, 21 qol vurub. Şəhər kubokunda isə 2 matçda 1 dəfə fərqlənib. Belə məhsuldarlıq onun U-21-ə cəlb olunması ilə nəticələnib. Gənclərin şəhər çempionatında 1 oyun keçirən yeniyetmə qış birinciliyində də U-21-in sıralarında olub. O, buradakı 6 qarşılaşmada 3 qola imza atıb. Ümumilikdə isə ötən il 29 oyunda 25 qol vuran Çingiz 7 sarı vərəqə alıb. Türkiyənin “Sancaktəpə Bələdiyəspor” komandasında çıxış edən Rəvan Hacıyev də Rusiyada anadan olub. Ötən ay 18 yaşını qeyd edən futbolçu U-19-lar arasında bölgə çempionatında çıxış edir. O, bu mövsümdə 4 oyun keçirib. Vaxtilə “Bakı”nın aşağı yaş qruplarında çıxış edib.
Təlim-məşq toplanışı ilə bağlı baş məşqçi Təbriz Həsənovun fikirlərini də öyrəndik: “Toplanış seleksiya məqsədi daşıyır. Bu dəfə U-19-un əsas heyətindən heç kimi çağırmadım. Yəni “Qranatkin turniri”nə gedən uşaqlardan heç kim yoxdu budəfəki toplanışda. Əsasən 2000 təvəllüdlü uşaqları dəvət etmişik. Onlar sonuncu dəfə Vüqar Məmmədin rəhbərliyi altında AÇ-nin seçmə mərhələsində iştirak ediblər. Yenilərlə tanış olmaq, U-19-u gücləndirə biləcək namizədləri gözdən keçirmək istəyirəm. İki yoxlama görüşü nəzərdə tutulub. Son iki gün ərzində əvvəlcə 2001, ardından 1999 təvəllüdlülərlə münasibətləri aydınlaşdırmağı düşünürük. Üç yeni legioner var komandada. Menecerləri onları da yoxlamağımızı xahiş ediblər. Rəvan Hacıyevi tanıyıram, 3-4 il əvvəl “Bakı”da oynayıb. Sonra Türkiyəyə köçüblər. Həvəskar komandada çıxış edir. “Nevski-Front”dan gələn iki nəfərə gəlincə, Çingiz Rəsulov Azərbaycan əsillidi. Timur Andreyeviç Burkov isə Bakı rusudu. Burda evləri var və hər il 2-3 dəfə Bakıya gəlirlər. İndidən haqlarında nəsə deməyim doğru olmaz. Ümumiyyətlə, seleksiya xarakterli toplanış gələcəyə hesablanıb. 37 nəfərdən 3-5-i U-19-a düşsə, rəqabət artar. Qalanları növbəti tsikldə bizə kömək edə bilərlər. 2000 təvəllüdlü olmaları onlar üçün üstünlükdü ki, indidən U-19-a çağırılırlar”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Oqtay Atayev fenomeni… 17:52AFFA rəhbərliyi Foqtsu əsəbiləşdirirmiş... 17:49“Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və ev veriləcək” 17:48Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı 17:39Yiğma üzvlərinin qiymətləndirməsi 17:35Orsato kapitanımızı bağışladı 15:25Löv yığmamızı təriflədi 15:24Nəyə ümid edirdik, nə oldu… 15:17“Turan Tovuz” 1:1 itirir 15:14Saxta profil tanınmış hakimi gülməli vəziyyətə saldı 15:11Şakir Eminbəylinin təklifi “atışmaya” səbəb oldu 15:11“Qəbələ” rəsmisi PFL-i qınadı 15:09ABŞ-da yaşayan Bakıəsilli yəhudi Banişevskini yad etdi 15:06Zaur Suxumidə sevindi 15:04İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb 15:02Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam” 15:00“Neftçi”də zədə sindromu 13:42Qriqorçuk Sadiqovsuz çətin olduğunu etiraf etdi 13:40Yetirmələrinin oyunu Kamran Əlibabayevi bezdirib 13:36Təqvim “Qəbələ” üçün ağır görünsə də... 13:34“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb 13:32Bundestim hava limanına yığışan tərəfdarlarını məyus etdi 13:30Ümid verən 5 məqam 13:2826 mart lənətinə son qoyun! 13:26Foqts Elxan Məmmədovla görüşdü 13:24Biro Jade çempion kimi ilk müsahibəsini “Futbol+”ə verdi 13:22“Araz” çempion oldu! 13:16Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37 Bütün xəbərlər
Ən çox oxunanlar