Ağatahir Əzimov U-19-a əlifbanı öyrədir » Football-plus.az
07 avq 17:22yigma

Ağatahir Əzimov U-19-a əlifbanı öyrədir

Ağatahir Əzimov U-19-a əlifbanı öyrədir
“20 yaşımda zərbəmdən az qalırdı tir-dirək qırılsın”
Yeni yaradılan 19 yaşadək futzalçılardan ibarət yığmanın təlim-məşq toplanışı davam edir. Məlum olduğu kimi, komandanın formalaşdırılması veteran futzalçı Ağatahir Əzimova tapşırılıb. Daha doğrusu, Futzal Federasiyası yığmanı Ağatahirə müvəqqəti həvalə edib. Əslində yığmaya əsas millinin baş məşqçisi Joze Alesio da Silva rəhbərlik edəcək, Əzimov isə köməkçi funksiyasını yerinə yetirəcək. Bir araya yaxındı seleksiya işini həyata keçirən veteran futzalçı ilə danışıb həm U-19, həm ötən mövsüm şərəfini qoruduğu “İtaldizayn”ın dağılması, həm də “Araz”dakı son dəyişikliklər haqda söhbətləşdik.
- Hazırlıq prosesi necə gedir?
- Bəribaşdan qeyd edim ki, U-19-a təyinatım rəsmiləşməyib. Yəni rəsmi müqavilə ilə çalışmıram. Sadəcə, federasiyadan əlaqə saxlayıb dedilər ki, gənclərdən yeni komanda formalaşdırmaq lazımdı və bu postu müvəqqəti sənə tapşırırıq, işə başladım. Bekar idim və özümün də həvəsim var. Həftədə üç dəfə Bakı İdman Sarayında məşq keçirik. Bilirsiz ki, 2019-cu ildə U-19-lar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları keçiriləcək. Qitə çempionatının oyunları ilin əvvəllində baş tutacaq. Yanvarın 21-dən 26-dək ilkin mərhələnin oyunlarının təşkil ediləcəyi gözlənilir. Əsas mərhələnin qarşılaşmaları isə martın 26-dan 31-dək keçiriləcək. Daha sonra final turu olacaq. Bu mərhələnin oyunları isə sentyabrın 8-14-ü aralığında reallaşacaq. Final mərhələsinə hansı ölkənin evsahibliyi edəcəyi bilinmir. Bildiyimə görə, hazırda 7 ölkə - Xorvatiya, Gürcüstan, Macarıstan, Latviya, Portuqaliya, Rusiya və Ukrayna namizəddi. Biz də AÇ-nin hazırlığına başlamışıq. Əslində futzal ölkələrində aşağı yaşlılardan ibarət yığmalar çoxdan fəaliyyət göstərir. Biz isə bu komandanı sıfırdan formalaşdırırıq. Çətin olacaq, ancaq vaxt var.
- Seçimlərə qatılan oyunçular arasında ümidverici gənclər var?
- Açığı, səviyyələrindən razı deyiləm. İndiyə qədər 40-50 uşağı yoxlamışıq. 90 faizi futzal oynamayan, böyük futboldan gələnlərdi. Eləsi olur ki, bir və ya iki məşqdən sonra geri göndərirəm. Görürəm ki, “qab”ında yoxdu, məşqə gəlməməsini tapşırıram. Əksəriyyəti böyük futboldakı klublardan gəlir. Bu yaşdakı yeniyetmələrin çoxu əsgərliyə gedir. Qalan azdı. Gələnlər də zəiflərdi, yaxşıları klublar özlərinə saxlayırlar. Məcburuq bunlarla işləyək.
- Belə başa düşdüm ki, aralarında yüksək liqa səviyyəsində olanlar yoxdu.
- Təklif var ki, U-19-u birinci liqaya buraxaq. Yüksək liqada oynasalar, biabır olarlar. Gəlib-gedən 10-15-ni vurar. Mən bunlara “əlifba”nı öyrədirəm. Çoxunun ayağı top tutmur. Topu saxlamağı bacarırlar. Mən başa düşə bilmirəm, indiki gənclər niyə belədi? Hamısı “1-ci sürət”də oynayırlar. Nə sürət var, nə əzmkarlıq, nə də istək. Nə olsun ki, böyük futboldan gəliblər, futbol oynamayıblar, güc və sürət olmalıdı axı. Məni küçədən tutub futzala gətirmişdilər, 20 yaşımda zərbəmdən az qalırdı tur-dirək qırılsın. Hələ ki “əlifba”nı öyrədirik, müdafiəni təşkil etməyi, hücuma çıxmağı başa salırıq.
- Komandanın “onurğa”sını yarada bilmisiz?
- 5-6 nəfəri bəyənmişəm, onlardan bir-ikisıni başqa yerdən dəvət etmişik. Hələ ki qapıçımız yoxdu. Qapıçı da var e, amma yox sayın. Yığmaya kömək edəcək səviyyədə deyillər.
- Toplanış çərçivəsində yoxlama oyunu keçirmək yaxşı olmazdımı?
- Gərək seçimi başa çatdıraq ki, sonra oyun keçirək. Sıfırdan başlayanı çıxarıb uduzdurmaq, məğlubiyyətinə tamaşa etmək nə effekt verəcək? Komanda formalaşsın, sonra oyun da olacaq, çempionat da. Birinci liqada oynadıqca, oyun nizamı qaydasına düşəcək. Amma hətta hazır olsalar belə, yüksək liqaya buraxmaq olmaz. Ora başqa səviyyədi.
- Əslində böyük futbola uşaq və yeniyetmələrin axını var, futzala maraq niyə yoxdu?
- Çünki bizdə futzal məktəbi yoxdu. Yəqin DÇ-də Rusiyanın heyətinə baxdız, 19-20 yaşlı futzalçılar var idi sıralarında - Niyazov, Davıdov, Asadov. Bizdə o yaşda futbolçuya top saxlamağın yolunu başa salırıq. Futzal məktəbi olsa, uşaqlıqda maraq oyatmaq mümkündü.
- Ötən mövsüm heyətində olduğunuz “İtaldizayn” niyə dağıldı?
- Açığı, özümə də qaranlıq qaldı. Eyniadlı şirkət idi sponsor, komandaya pis baxmırdılar. Biz də normal oyun sərgiləyirdik, çempionata rəng qatırdıq. Son günə kimi “gözləyin, gözləyin” dedilər, sonra bildirildi ki, çempionatda çıxış etməyəcəyik. Belədə uşaqlar hərə bir yerə dağılışdı. Mən bilən, Rəcəb Fərəczadə karyerasını başa vurdu. Çünki hələ çempionatın gedişində özü deyirdi ki, artıq “dartmır, bitirmək lazımdı”. Demək olar, hər oyunda zədələnirdi. Bu o deməkdi ki, artıq əzələ tab gətirmir. Bildiyimə görə, Faiq Əliyev “Ekol”a, Nihad İsmayılovla Elşən İbrahimxəlilov “Araz”a gedib.
- “Araz”ın legionerlərdən imtina etməsini necə qarşıladın?
- Açığı, gözlənilməz qərar oldu. Eşitmişdim ki, əlavə 4-5 braziliyalı ilə güclənəcəklər, hətta ikisi ilə rəsmi müqavilə də imzalamışdılar. Bir anda strategiyanı dəyişdilər. Səbəbi mənə də qaranlıq qaldı. Ancaq bu qərarın ölkə futzalına təsiri mütləq olacaq.
- Digər iddialıların çempionluq mübarizəsinə qoşulacağını nəzərdə tutursan?
- Təbii ki.
- Məsələ burasındadı ki, iddialılardan “Marafon” da “İtaldizayn” kimi çempionatda iştirak etmək istəmir. İştirakçılardan ikisi isə debütantdı.
- “Marafon”u başa düşmürəm, niyə oynamırlar? Ötən il deyirdilər sponsorlar ikinciliyi qəbul etmək istəmir. İddiaları avrokuboklara qatılmaq idi. İkinci yerin sahibini ÇL-ə buraxsaydılar, qalardılar. O plan da baş tutmadı, reytinq çatmadı. Çempionluq mübarizəsində isə “Araz”la bacarmadılar. İndi “Araz” legionerlərdən imtina edibsə, “Marafon” həmin heyətlə çempion ola bilər. Düzdü, “Ekol” və “Neftçi” də var. Ancaq bu komandalar həmişə 2-3-cü yerlər uğrunda mübarizə aparıblar. “Ekol” da yerlilərlə oynayır. Ancaq ən güclü yerli futzalçılar “Araz”dadı. Əcnəbilərsiz oynamağa qərar verəndən sonra Rizvan Fərzəliyevlə Ramiz Çovdarovu da qaytardılar. Vitali Borisov da gələcəksə, komanda hətta bu heyətlə də çempion ola bilər. “Araz”ı yalnız güclü legionerləri olan komanda dayandıra bilər.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar