26 fev 13:28yigma, manset

Prosineçkinin açıqlaması Nizaminin “yuxusuna haram qatıb”

Prosineçkinin açıqlaması Nizaminin “yuxusuna haram qatıb”
“Bəlkə yığmaya çağırılan o biri futbolçular meydanda düz, mən isə dal-dala qaçıram?”

Ölkənin əsas komandasının baş məşqçisi Robert Prosineçki “CBC Sport”a müsahibəsində səsləndirrdiyi fikirlərlə Nizami Hacıyevi növbəti dəfə məyus etdi. Hər fürsətdə millinin şərəfini qorumaq istədiyini büruzə verən “İnter”in futbolçusu, sən demə, xorvatiyalı məşqçinin futbol fəlsəfəsinə uyğun deyilmiş: “Nizami Hacıyev yaxşı futbolçu olsa da, mənim oyun fəlsəfəmə uyğun deyil”. Prosineçkinin bu açıqlamasına Hacıyevdən münasibət öyrəndik. Moskvadan yeni qayıtdığını bildirən yarımmüdafiəçi iki gündü əsəbindən özünə yer tapmadığını dedi: “Baş məşqçinin açıqlaması ilə tanış olduqdan sonra özümə gələ bilmirəm. İnanırsız, əsəbimdən gözümə yuxu da getmir. Necə yəni Nizami oyun fəlsəfəmə uyğun deyil. Görəsən, Prosineçkinin oyun fəslsəfəsi nədən ibarətdi ki, “İnter” kimi iddialı klubun aparıcı oyunçusu onu anlamır? Bəlkə yığmaya çağırılan o biri futbolçular meydanda düz, mən isə dal-dala qaçıram? Və yaxud onlar ötürməni ayaqla, mən isə əllə verirəm? Vallah, bu sözləri dilə gətirmək belə ayıbdı. Sən məni çağır, tapşırığını ver. Yerinə yetirə bilməsəm, onda de ki, Nizidən istədiyimi ala bilmədim və buna görə də yığmaya dəvət etmirəm. Mənim kimi daim meydana çıxan, komandasının uğur qazanmasında xidməti olan futbolçu qalıb kənarda, klublarında ehtiyatda oturanlar milliyə dəvət alır. Belə çıxır ki, Prosineçki üçün premyer-liqada top qovan futbolçular, komandaların nəticələri vacib deyil. Əsas odu, meydana çıxmasan da, xaricdə olasan, adının qabağında hansısa ikinci, üçüncü dərəcəli klubların adı yazılsın. Görümüşük də sənin oyun fəlsəfəni! Bu gün sosial şəbəkələrdə yaxşı bir kollaj paylaşıblar. Orda mən və Prosineçki yer alıb. Şəkildə mənim adımdan ”daha sənə sözüm yoxdu” yazılıb. Kollaja gələn şərhlərə baxanda xeyli güldüm. Biri yazmışdı ki, milliyə dəvət almaq istəyirsənsə, cibində Dağıstan pasportu daşımalısan. Düz sözə nə deyəsən? Mən nə edim ki, o tərəflərlə əlaqəmiz olmayıb. Olsaydı, günü bu gün Dağıstan və ya Almaniya pasportu alardım”.
Yığmanın çalışdırıcısı Hacıyevdən başqa “İnter”in forvardı Rauf Əliyev və son turlarda yüksək performans göstərən “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyevlə də bağlı fikir bildirib: “Rauf Əliyevin zədəsi yeni sağldığından, dəqiq fikir söyləyə bilmərəm. “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevə gəlincə, çox təcrübəlidi. Amma mən gənc qapıçıya üstünlük verəcəm. Çünki 2018-ci il dünya və 2020-ci il Avropa çempionatlarını, yəni millinin gələcəyini düşünürəm”.
Xorvatiyalı mütəxəssisin söylədiklərinə hər iki futbolçunun reaksiyasını bilmək istədik. Əvvəlcə Vəliyevlə danışdıq: “Ötən dəfə sizə müsahibəmdə də demişəm, yenə təkrarlamaq istəyirəm: Avropada futbolçunun pasprotuna baxmırlar, sərgilədiyi oyuna qiymət verirlər. 36 yaşım olmasına baxmayaraq, oynamaq üçün yetərincə gücüm var. İnşallah, belə davam edəcəyim təqdirdə, yəqin ki, yığmanın məşqçilərinin fikrini dəyişə bilərəm”.
Qış fasiləsindən sonra “ayağı açılan”, son 5 oyunda rəqibləri 4 dəfə məyus edən Rauf Əliyev isə baş məşqçinin açıqlamasına münasibət bildirmək istəmədiyini dedi.
Yığmada Prosineçkinin köməkçisi olan Mahmud Qurbanov isə səsləndirdiyi fikirlərə görə Nizami Hacıyevi qınadı: “Məncə, Nizami bu söhbəti çox şişirdir. Sonda nəticəyə baş məşqçi cavabdehlik daşıdığından seçim də onun öhdəsinə buraxılır. Prosineçkinin öz planları var və buna uyğun da addım atır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar