15 iy 15:22yigma

Yeni yığma yaradıldı, seleksiya Ağatahir Əzimova tapşırıldı

Yeni yığma yaradıldı, seleksiya Ağatahir Əzimova tapşırıldı
İndiyə qədər futzal üzrə əsas milli ilə yanaşı, U-17 də fəaliyyət göstərirdi. Aşağı liqada reqlamentdənkənar yarışan yeniyetmələrə Fuad Rzayev başçılıq edirdi. Federasiya daha bir milli komanda yaradıb. Artıq U-19-da seleksiyaya start verilib. Yığmaya veteran futzalçı Ağatahir Əzimov başçılıq edir. Daha doğrusu, iyulun 5-dən seleksiya prosesinə start verən və həftənin tək günləri Bakı İdman Sarayında məşq keçən komanda müvəqqəti ona tapşırılıb. U-19-la bağlı yenilikləri ətraflı şəkildə Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovdan öyrənək: “Bildiyiniz kimi, UEFA rəhbərliyi futzalın inkişafı, kütləviliyin artırılması məqsədilə bir sıra qərarlar qəbul edib. Artıq əsas milli komandalar arasında Avropa çempionatı 2 yox, 4 ildən bir keçiriləcək. Əvəzində iki ildən bir qadınlardan ibarət yığmalar arasında qitə birinciliyi təşkil olunacaq. Yeniliklərdən biri də 2019-cu ildən başlayaraq 19 yaşadək futzalçılardan ibarət yığmalar arasında Avropa çempionatını keçirməkdi. İcraiyyə Komitəsinin müvafiq qərarından sonra bununla bağlı üzv federasiyalara məlumat göndərildi. Son illərdə Avropa çempionatının daimi iştirakçılarından birinə çevrilən və futzalın inkişafını istəyən rəhbərlik komandamızın yeni yarışda çıxışına “yaşıl işıq yandırdı”. Əlbəttə, bu yeniyetmə futzalçıların üzə çıxarılması, inkişafı və təcrübə qazanması, gələcəkdə milli komandaya qazandırılması baxımından vacib addımdı.
Komandanın formalaşdırılması işinə iyulun 5-dən başlanıb. Daha doğrusu, seleksiya işlərinə start verilib. İstər futzal üzrə aşağı liqalarda çıxış edən, istərsə də böyük futbolda özünü sınayan oyunçular arasında məşqçilərin diqqətini cəlb edən yeniyetmələrə dəvət göndərilir. Məşqlər həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) Bakı İdman Sarayında keçirilir. Qısa müddətdə 30-dan artıq yeniyetmə məşqlərdə iştirak edib və perspektiv vəd edənlərə mütəmadi hazırlıq prosesində iştirak tövsiyə edilib. Bildiyiniz kimi, ötən il U-17 komandası yaradılmışdı və həmin yığma futzal üzrə birinci liqada da iştirak edirdi. Həmin komandanın əksər üzvləri də məşqlərdə iştirak edirlər. Belə deyək, U-17-nin üzvləri baza rolunu oynayır.
Məşqləri hələlik təcrübəli futzalçı, vaxtilə yığmanın uğurları üçün tər tökmüş Ağatahir Əzimov keçir. Komandaya kimin rəhbərlik edəcəyinə, eləcə də hazırlıq planına əsas millinin baş məşqçisi Joze Alesio da Silvanın Bakıya dönüşündən sonra aydınlıq gətiriləcək. Mütəxəssis hazırda vətənindədi, Bakıya iyulun sonlarında qayıdacaq. Əzimova seleksiya məşqlərində millinin qapıçı-məşqçisi Ağakərim Həsənov kömək edir. Açığı, bu yaşda oyunçuları seçmək, tapmaq çox çətindi. Çünki bizdə futzal akademiyaları yoxdu. Hazırda seçim böyük futbolda, eləcə də mini-futbol oynayan yeniyetmələr arasında edilir. Bu yaş elədi ki, 19 yaşadək futbolçular arasında yaxşı oynayanları klublar özlərində saxlayırlar. 18 yaşı tamam olanlar isə hərbi xidmətə yollanırlar. Təbii ki, hərbi xidmətə yollanmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudu. Sadəcə, məşqçilərin seçim imkanının məhdud olduğunu qeyd etmək istərdim. Ancaq ümidsizliyə də qapılmaq olmaz. Futzala maraq var, bu idman oyununda özünü sınamaq istəyən yeniyetmələr az deyil. Sadəcə, yığma üçün ən güclüləri seçmək və “rəndələmək” lazımdı”.
Qeyd edək ki, Avropa çempionatının oyunları 2019-cu ilin əvvəllində keçiriləcək. Ehtiyac duyulacağı halda yanvarın 21-dən 26-dək ilkin mərhələnin oyunları təşkil ediləcək. Əsas mərhələnin oyunları isə martın 26-dan 31-dək keçiriləcək. Qalibin adı final turunda bilinəcək. Bu mərhələnin oyunları sentyabrın 8-14-ü aralığında keçiriləcək. Final mərhələsinə hansı ölkənin evsahibliyi edəcəyi bilinmir. Hazırda 7 ölkə - Xorvatiya, Gürcüstan, Macarıstan, Latviya, Portuqaliya, Rusiya və Ukrayna bunun üçün UEFA-ya müraciət edib. Bu il sentyabrın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında bu suala da cavab tapılacaq. Yarışın Əsasnaməsi avqustun ortalarında açıqlanacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar