13 iy 18:28yigma

Yığma yenə darmadağın oldu

Yığma yenə darmadağın oldu
Ramin Quliyev: “Komanda üzvləri haqda bizdə dolğun təəssürat yarandı”
Srağagün U-17 Bakı Olimpiya Stadionunun ehtiyat meydanında İranla ikinci yoldaşlıq oyununda münasibətləri aydınlaşdırdı. Bu komandalar arasında iyulun 7-də keçirilən ilk oyunda cənub qonşularımız 5:1 hesablı qələbəsi qazanmışdı. Bu üzdən Ramin Quliyevin yetirmələri həmin yenilgini unutdurmaq niyyətində idi. Start fiti saat 20.00-da səslənən oyunu Orxan Məmmədov idarə edirdi. Yan xətt hakimləri Rza Məmmədovla Mübariz Haşımov, dördüncü hakim isə Ziya Nəsirov idi. Əvvəlcə komandaların ilk “11-liy”i ilə tanış olun.
Azərbaycan: 1. Vüsal Şabanov, 2. Tuqay Əlizadə, 6. Nemət Musayev, 25. Rauf Nahov, 3 Əbubəkr İbrahimov, 14. Fərid Muxtarov, 10. Veysəl Rzayev (k), 16. Emil Quluzadə, 17. Samir Məhərrəmli, 7. Rauf Məhərrəmov, 9. Musa Qurbanlı.
İran: 1. Əmir Hüseyn Nikpur, 19. Əmir Hüseyn Əziz, 13. Məhəmməd Əmin Hazbavi, 14. Hüseyn Şahverdi, 11. Əmirrza İslamtələb, 15. Məhəmmədrza Şakib, 4. Əmir Şabani, 16. Əbülfəzl Əlizadə, 2. Əmir Cəfəri, 23. Əlirza Bakviyeh (k), 18. Yasin Salmani.
İki gün öncə keçirilən və “CBC Sport”la canlı yayınlanan matçdakı epizodlarla bağlı uzun-uzadı danışmaq fikrində deyilik. Yalnız onu qeyd edək ki, yığma nəinki məğlubiyyətin əvəzini çıxdı, əksinə, yenə də darmadağın oldu. İlk yarıda İran bir dəfə fərqləndisə, ikinci yarıda Abbas Şamanianın komandası daha 3 qol vurdu – 4:0. Başqa sözlə, U-17 iki yoldaşlıq görüşündə qapısında 9 top gördü, cəmi bir dəfə fərqləndi. Penaltidən vurulan yeganə qolun müəllifi isə Qurban Qurbanovun oğlu Musa oldu. Özü də bu iki oyunda buraxılan toplardan təxminən yarısı standart vəziyyətlərdən sonra qeydə alındı. Görünür, ölkə futbolunun ən böyük bəlalarından biri olan problemi heç cür çözə bilirik. Əsas millidən lap aşağı yaş qrupuna qədər “standartlar”dan müdafiə olunmaq bacarığı yoxdu. U-17-nin ümumi oyun şəkli pis olmasa da, kobud səhvlər “göz oxşayır”. Çatışmazlıqlar aradan qalxmasa, qarşıdakı turnirlərdə, xüsusən də oktyabrda keçiriləcək AÇ-nin seçmə mərhələsində millinin işi çox çətin olacaq. Onu da xatırladaq ki, İranla yoxlama oyunlarından öncə U-17 digər millimiz - U-16 ilə qarşılaşmış və iki cavabsız qolla qalib gəlmişdi.
Yeri gəlmişkən, İranla ikinci oyundan sonra Ramin Quliyev AFFA-nın saytına açıqlamasında bunları deyib: “İyunun 20-dən bir araya gəlmişdik. Bildiyiniz kimi, oktyabrda bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Bu toplanışa 29 futbolçu dəvət etdik və üç yoldaşlıq oyunu keçirdik. Nəzərimizdə olan uşaqlar haqda özümüzdə geniş fikir formalaşdırmaq üçün yaxşı imkan yarandı. Futbolçuları kifayət qədər təzyiq və sürət olmayan yerli çempionat oyunlarında izləyən zaman lazımi nəticəni çıxarmaq olmurdu. Toplanış çərçivəsində Asiyanın ən güclü komandalarından biri olan İranla oynamaq imkanı qazandıq və keçirdiyimiz iki qarşılaşmaya əsasən komanda üzvləri haqda bizdə dolğun təəssürat yarandı. Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı. İranla oyunlar bu boşluqları və ümumi çatışmazlıqları görmək imkanı yaratdı. Bununla da qarşıdakı toplanışlarda hansı mövqelərə yeni oyunçular dəvət etməyin vacib olduğunu müəyyənləşdirdik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar