10 iy 17:30yigma

Yığma “Dalğa Arena”da darmadağın oldu

Yığma “Dalğa Arena”da darmadağın oldu
U-17 iyunun 20-dən Bakıda təlim-məşq toplanışındadı. Komanda hazırlıq çərçivəsində ilk yoxlama oyununu 16 yaşadək futbolçulardan ibarət milliyə qarşı keçirmiş və iki cavabsız qolla qalib gəlmişdi. Şənbə günü isə Ramin Quliyevin yetirmələri İranla yoldaşlıq görüşü keçirdi. Qarşılaşma “Dalğa Arena”da, saat 20.00-da başladı. Oyunda baş hakim Rəhim Həsənov, laysmanlar Yaşar Abbasov, Akif Əmirəli, dördüncü hakim isə Etibar Həsənov idi. Qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayınlanırdı. İndi isə hər iki komandanın start “11-liy”ini diqqətinizə çatdıraq.
Azərbaycan: 1. Vüsal Şabanov, 6. Nemət Musayev, 15. Ramin Məhərrəmov, 24. Nika Baxaliaşvili, 4. Rüfət Əhmədov, 8. Fərid Yusifli, 10. Veysəl Rzayev (k), 19. Samir Abdullayev, 17. Samir Məhərrəmli, 21. Cavidan Abbaszadə, 9. Musa Qurbanlı.
İran: 1. Əmir Hüseyn Nikpur, 13. Məhəmməd Əmin Hazbavi, 14. Hüseyn Şahverdi, 19. Əmir Hüseyn Əziz, 11. Əmirrza İslamtələb, 15. Məhəmmədrza Şakib, 18. Yasin Salmani, 3. Mehdi Seyedi, 2. Əmir Cəfəri, 23. Əlirza Bakviyeh (k), 5. Hüseyn Hacızadə.
İlk dəqiqələrdən hiss olunurdu ki, yığma cənub qonşularımızla dueldə ciddi çətinlik çəkəcək. Elə təkcə topla rəftardan iki komanda arasında səviyyə fərqi özünü göstərirdi. Matçın əvvəllərində ilk yaddaqalan həmlə farslardan gəldi. Salmaninin vuruşu təhlükəli, ancaq qeyri-dəqiq idi. Bununla belə, İran tezliklə istəyinə çatdı. Standart zərbə zamanı Nemət avtoqol müəllifi oldu. Müdafiəçinin həmin an üzü qapıya olduğu halda topu uzaqlaşdırmaq istəməsini anlamaq çətin idi. Quliyevin yetirmələri 17-ci dəqiqədə “status-kvo”nu bərpa edə bilərdi. Ancaq Veysəlin uzaqdan qüvvətli vuruşundan sonra top cüzi fərqlə qapının yanından keçdi. Cəmi 3 dəqiqə sonra isə Abbas Şamanianın komandası ikinci qolu yığmanın qapısından keçirdi. Korner zamanı Hazbavi başla dəqiq oynadı. Futbolumuzun sağalmaz bəlası olan “standartlar”a qarşı acizliyimiz bu oyunda da sərt üzünü göstərdi. Elə ilk iki qol məhz standart zərbələrdən sonra vuruldu. Əslində Məhəmməd Əminə kimsə mane olmaq istəyib, bacarmasaydı, dərd yarıydı. Deyərdik ki, cəhd elədi, boyu çatmadı, rəqib fiziki cəhətdən güclü idi. Lakin qol epizodunda Hazbavi boş qalmışdı və rahat havaya qalxaraq, topu tora sancdı. Bundan sonra bir müddət qapılar qarşısında yaddaqalan epizodun şahidi olmadıq. Fasilə ərəfəsində isə temp yenidən yüksəldi. 38-ci dəqiqədə rəqib qolkiper cərimə meydançasında yaranan qarışıqlıq zamanı özünü itirməyib, topu uzaqlaşdıra bildi. Həmin epizodda yığmanın əllə oyuna görə penalti istəyi də qəbul oıunmadı. Hər kəs birinci hissənin bu hesabla başa çatacağını düşünürdü. Ancaq ilk yarıya əlavə olunan dəqiqədə İran 3-cü qolu U-17-nin qapısından keçirdi. Meydanın mərkəzində topu ələ keçirən rəqib sürətli əks-hücum qurdu. Yekunda isə Hacızadehin ötürməsini Bakviyeh dəqiq tamamladı.
Fasilədən sonra Quliyev bir sıra dəyişikliklərə əl atdı. Bununla belə, qonaqlar ikinci yarıya da fəal başladı. 48-ci dəqiqədə sonradan meydana çıxan Sərin Mehmet Əlinin səhvindən yararlanan Cəfəri topu ələ keçirib bir qədər irəlilədi. Cərimə meydançasına daxil olandan sonra isə komanda yoldaşına ötürmə ötdi, Hacızadə onun zəhmətini lazımınca dəyərləndirib, hesab arasındakı fərqi 4-ə çatdırdı. Nəhayət, 52-ci dəqiqədə yığma buraxılan qollardan birinin əvəzini çıxmaq imkanı yaxaladı. Musa üzbəüz epizodda qapıçını da keçmək istəyərkən yerdə qaldı. Rəhim Həsənov isə Qurbanlıya qarşı qayda pozuntusu olduğuna işarə edərək, penalti nöqtəsini göstərdi. Topa zərərçəkən - Qurban Qurbanovun oğlu özü yaxınlaşdı və “çərçivə qoruyucusu” ilə dueldən qalib ayrıldı. 61-ci dəqiqədə Emil diqqət mərkəzinə düşdü. İkinci yarıda şans qazanan Quluzadənin vuruşundan sonra top qapının üstündən keçdi. Şamanianın yetirmələri bunun cavabını dərhal verdi. Rəqibin heyətində kinci yarıda meydana çıxan Rezuci Şervin qolda əsas pay sahibi oldu. Əslində yığmanın qapıçısının “çərçivə”ni tərk etməsi də kobud səhv idi. Şervin onu aldadaraq qapı önünə ötürmə etdi, təhlükəni sovuşdurmaq üçün özünü yetirən Veysəl isə aşırma zərbə ilə avtoqol müəllifi oldu. Beləliklə, İranın həm birinci, həm də sonuncu qollarını Quliyevin yetirmələri vurdu. Qalan dəqiqələrdə isə ciddi təhlükənin şahidi olmadıq. Təbii, növbəti aylarda yığmanı “Prezident kuboku” və ən əsası Avropa çempionatının seçmə mərhələsi gözləyir. İranla görüş isə nəyəsə ümid etməyin mənasız olduğunu göstərdi. Düzdü, sadaladığımız yarışlara qədər vaxt var. Ancaq yığmanın ifasında o qədər çatışmazlıqlar gördük ki, qarşıdakı müddətin onları aradan qaldırmağa yetəcəyi çətin görünür. Fərdi səhvlər, lazımsız anda top itkiləri, adi vəziyyətdən çıxa bilməmək kimi məqamlar “göz oxşayırdı”.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sabah keçiriləcək. Bu dəfə yığma İranla Olimpiya stadionunun məşq meydanında münasibətlərini aydınlaşdıracaq. Şox güman, yığma həmin matça qisas istəyi ilə çıxacaq. Lakin bu hədəf heç də real görünmür. Sözügedən oyunu Orxan Məmmədov idarə edəcək. Ona yan xətt hakimləri Rza Məmmədovla Mübariz Haşımov yardım edəcək. Dördüncü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirəcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar