22 in 13:13yigma

Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır

Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır
“Rəşadla, Jezniçakla bir yerdə məşq etmək, onlarla meydanda olmaq çox şey verəcək mənə”
Rahil Məmmədov millinin heyətində debütünü martda Antalyada Makedoniya ilə keçirilən yoxlama görüşündə gerçəkləşdirmişdi. Bu, onun ikinci toplanışı oldu: Qırğızıstan, Qazaxıstan və Latviya ilə görüşlərin hamısında şans qazandı. Baxmayaraq ki, 3 oyunda cəmi 65 dəqiqə meydanda oldu. İstənilən halda, Qurbanovun israrla oynatdığı, “Qarabağ”a da cəlb etdiyi gənc müdafiəçi bunun karyerasında böyük bir fürsət, çağırış olduğunu deyir. Rahillə qısa söhbətdə milli ilə bağlı suallara cavab almağa çalışdıq, həmçinin “Milli Dəstə”nin ondan incikliyinə münasibət öyrəndik.
- Millinin ab-havasına artıq tam uyğunlaşmısan?
- Hər şey yaxşıdı. Demək olmaz tam öyrəşmişəm. Amma yavaş-yavaş qaynayıb-qarışıram. Millidə tədricən də olsa, şans qazanıram, oyun üslubuna, komanda yoldaşlarıma da alışıram. Az oynadım, ya çox – mənim üçün fərq etməz. Ölkənin bir nömrəli komandasında yeniyəm, gəncəm, burda olmaq mənim üçün çox şey deməkdi. Ab-havaya gəlincə, düşərgədə nizam-intizam yüksək səviyyədədi. Hər kəs məşqçilərin tələblərini peşəkar şəkildə yerinə yetirir, tapşırıqlara əməl edir, tələb olunanı meydanda verməyə çalışır. Bir sözlə, gördüklərimə əsasən deyə bilərəm ki, hər şey superdi.
- Qurban Qurbanov sənə güvənməkdə davam edir. “Qarabağ”a transfer olunmağını istədi, müdafiənin mərkəzi kimi məsuliyyətli mövqedə çıxış etməyinə şərait yaradır. O, səndə nə görüb?
- Vallah, nə deyim? Sualınıza mənim cavab verməyim yaxşı başa düşülməz. Durub özümü tərifləməliyəm? Yəqin nəsə görür ki, komandaya götürdü, yığmaya cəlb etdi. Qalır bu şansdan yararlanmaq. Mən də buna çalışacam. Bundan sonra baş məşqçi oynadacaqsa, əlimdən gələnin ikiqatını etməyə çalışacam, ehtiyatda qalacamsa, heyətə düşməyə can atacam.
- Rəşad Sadıqovun yığma karyerasını başa vurmasından, Bədavi Hüseynovun zədələnməsindən sonra millidə müdafiənin mərkəzində sıxıntı var idi. Mövqeyindəki boşluğu aradan qaldıracağına özündə inam hiss edirsən?
- Milli ölkənin bir nömrəli komandasıdı. Təbii ki, kimliyindən asılı olmayaraq, bu formanı geyən hər kəs bacardığını ortaya qoymalı, ölkəni şərəflə təmsil etməlidi. O ki qaldı müdafiəyə, mərkəzdə problem olduğunu düşünmürəm. Maksim Medvedevlə Ruslan Abışov çox gözəl oynayır. Təcrübələri də mənimkindən çoxdu. Bədavi də artıq sıraya dönməkdədi. Müdafiənin mərkəzində də rəqabət böyük olacaq.
- Razısan ki, “Qarabağ”a keçidinə, milliyə cəlb olunmağına görə “Səbail”ə minnətdar olmalısan?
- Sözsüz. Yoxsa elə “Neftçi”dən birbaşa keçərdim “Qarabağ”a. “Səbail” karyeramda təkan oldu. Mən orda çox şey öyrəndim. Təbii ki, futbolçu səhv edə-edə öyrənir. Səhvlərinin üzərində çalışır, qüsurlarını aradan qaldırır, belədə inkişaf edir. Oyun təcrübəm artdıqca, özünəinamım da çoxaldı. “Səbail”ə həmişə minnətdar olacam ki, mənə güvəndilər, şans verdilər. “Neftçi”də o şansım olmamışdı. Əslində bu normaldı, “Neftçi” iddialı klubdu, orda heyətə düşmək asan deyil. Daim təzyiq var. Mən buna görə Tərlan müəllimdən incimədim. O, məni öz üslubunda müdafiəçi kimi görmürdü. Bu da normal bir şeydi, futbol həyatıdı. Bu gün bir komandada oynamaya bilərsən, sabah klubunu dəyişərsən, özünü göstərib lider olarsan. Və ya əksinə, bu gün daim oynadığın komandadan başqasına keçərsən, işlərin yolunda getməyə bilər.
- Nəzərə al ki, “Qarabağ” da iddialı klubdu. Orda da Rəşad, Jezniçak, Bədavi ilə rəqabət aparmalı olacaqsan. Qorxmursan yenə ehtiyatda qalarsan?
- Sözün düzü, ehtiyatda qalmaq qorxusu yoxdu. Əksinə, Rəşad, Jezniçak kimi təcrübəli müdafiəçilərlə bir yerdə məşq etmək, imkan düşəndə onlarla meydanda olmaq çox şey verəcək mənə. Çalışacam məşqlərdə özümü maksimum göstərim və mənə inansınlar. Mənim üçün bu böyük şansdı. Həm də Qurban müəllim məni daim ehtiyatda oturmağa istəməyib ki. Əksinə, yığmada şans qazanıramsa, deməli, “Qarabağ”da da belə imkanım olacaq.
- Millinin Millətlər Liqasında məqsədinə çatacağına inanırsan?
- Niyə olmasın?! Komandada hər kəs buna inanır. Qazaxıstana məğlubiyyətə baxmayaraq, Latviya üzərində inamlı oyun və qələbə də bundan xəbər verdi. Yaxşı ki, bu məğlubiyyət yoldaşlıq görüşünə təsadüf etdi. Qazaxıstana yenilgi bizim üçün bir dərs oldu. Ordakı səhvləri bir daha təkrarlamayacağıq. Boşluqları görən məşqçilər müəyyən dəyişikliklər, tapşırıqlar verdilər və bunun da təsirini hamı hiss etdi. İnşallah, Millətlər Liqasına kimi tam hazır olacağıq.
- Son olaraq, “Milli Dəstə”nin şikayətinə münasibətini öyrənmək istərdik. Gileylənirlər ki, Latviya ilə oyundan sonra sən və digər gənc oyundaşların onlarla sağollaşmamısız.
- Təəssüf ki, haqlı gileydi. Əslində mən əl yellədim, ancaq bu ani oldu və çox güman, azarkeşlərin diqqətindən yayınıb. Amma razıyam, tribunanın önünə getmək və onlarla sağollaşmaq lazım idi. Tərəfdarlara üzümü tutub deyirəm, qətiyyən bunu hörmətsizlik, sayğısızlıq kimi qəbul etməsinlər. Onlar əziyyət çəkib gəlmişdilər, dəstəklərini hiss etdik. Yəqin gənc olduğumuzu nəzərə alıb anlayışla qarşılayarlar. Bundan sonra bir də belə hal yaşanmayacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar