14 in 00:02yigma

Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı?

Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı?
Əsas rəqibimiz bir oyunla kifayətlənib
Yığma Qurban Qurbanovun rəhbərliyi altında 3-cü təlim-məşq toplanışını başa vurdu. Ötən ilin sonlarında millinin “sükanı arxasına” keçən mütəxəssis bundan öncə iki dəfə komandanı bir araya gətirmişdi. Yanvarın sonunda Antalyada qısamüddətli toplanış keçən yığma cəmi 1 yoxlama oyununda gücünü sınamışdı. 2018-dəki ilk sınağında futbolçularımız Moldova ilə qolsuz heç-heçə etmişdi. Əsas komanda növbəti dəfə martda təlim-məşq toplanışı keçdi. Həmin hazırlıq prosesi çərçivəsində isə iki yoxlama matçı baş tutdu. Bakıda Belarusa məğlub olan (0:1) komanda daha sonra Türkiyəyə üz tutdu və Antalyada Makedoniya ilə qollu “sülh”ə (1:1) imza atdı. Mayın 23-də isə yığma Qurbanovun rəhbərliyi altında 3-cü dəfə bir araya gəldi.
Son yoxlama oyunları
Onu da qeyd edək ki, bu yoxlama oyunları Millətlər Liqasından öncəki son sınaqlar idi. Qarşıdakı aylarda FİFA-nın “pəncərəsi” yoxdu. Belə deyək, yığmanın növbəti matçı sentyabrın 7-də baş tutacaq. Qurbanovun yetirmələri həmin gün Millətlər Liqasına start verəcək və doğma meydanda Kosovo ilə münasibətləri aydınlaşdıracaq. Bir daha xatırladaq ki, yığma mayın 23-də başlayan və ötən şənbə günü bitən təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirdi. Ötən ayın 29-da Qırğızıstanla Bakıda qarşılaşdıq və 3 cavabsız qolla qalib gəldik. İyunun 5-də Astanada Qazaxıstana eyni hesabla uduzduq. Milli son sınaq matçını isə iyunun 9-da Latviyaya qarşı keçirdi. Riqadakı qarşılaşmada 3:1 hesabı ilə qalib gəldik. Qırğızlarla görüşdə Maksim Medvedev, Mahir Mədətov və Ürfan Abbasov fərqlənmişdi. Latviya ilə görüşdə yenə də qollardan birinin müəllifi Maksim oldu. Bundan başqa, Cavid İmamverdiyevlə Emin Mahmudov da millinin formasında ilk dəfə rəqib qapısına yol tapdı.
Yalnız üçü şans qazanmadı
Qurbanov yığmaya baş məşqçi təyin edilərkən, heç kimi diqqətdən kənarda qoymayacağını demişdi. Çalışdırıcı sözünü tutdu və klubunda özünü yaxşı tərəfdən göstərən, demək olar, bütün futbolçulara dəvət göndərdi. Son təlim-məşq toplanışına isə daha çox eksperimental yox, rəsmi oyunlarda güvənəcəyi futbolçuları çağırdı. Mütəxəssisin budəfəki siyahısı 27 nəfərlik idi. Hələ hazırlıq prosesinin əvvəlində Riçard Almeyda düşərgəni tərk etdi. Yarımmdüfiəçi zədəli olduğuna görə millidən ayrıldı. Yeri gəlmişkən, Almeyda ilə bağlı bir məqama da toxunaq. Məlum olduğu kimi, “milliləşdirilən” braziliyalı “Qarabağ”la yollarını ayırdı. Onun daha sərfəli təkliflərinin olduğu deyilir. Düzdü, hələ də Almeydanın karyerasını hansı klubda davam etdirəcəyi bilinmir. Lakin onun yığmaya gəlib-gəlməyəcəyi ilə bağlı tərəddüdlər var. “Qarabağ”da axırıncı matçından sonra Riçard açıqlama verərək Qurbanovdan dəvət aldığı zaman can-başla yığmaya kömək edəcəyini demişdi. Ancaq bunun doğrudan da belə olub-olmadığını zaman göstərəcək. İndi isə yığmanın toplanışına qayıdaq. Baş tutan yoxlama oyunlarında yalnız 3 futbolçu 1 dəqiqə də olsun, şans qazanmadı. Bunlar Anar Nəzirov, Ufuk Budak və Slavik Alxasovdu. Anarın oynamamasını nisbətən anlamaq olar. Çünki onsuz da 3-cü qapıçı kimi dəvət almışdı. Hərçənd ona da müəyyən dəqiqələrdə şans vermək olardı. Ufukla Slavikin meydana çıxmaması isə qəribə göründü. Təbii, hər şey Qurbanovun qərarından asılıdı. Bu arada Bədavi Hüseynovun uzun müddətdən sonra yaşıl meydana qayıtması azərbaycanlı futbolsevərləri sevindirməyə bilməz.
Nəyə ümid edə bilərik?
Həm Qırğızıstan, həm də Latviya ilə görüşlərdə yığma yaxşı təsir bağışladı. Qazanılan inamlı qələbələr belə deməyə əsas verir. Düzdü, “həmin iki oyunda heç bir çatışmazlıq görmədik və hər şey ideal idi” sözlərini desək, doğru olmaz. Qurbanovun qısa müddətdə problemləri aradan qaldıması onsuz da mümkün deyildi. Hücumların qurulması, fürsətlərin dəyərləndirilməməsi və eləcə də müdafiədəki boşluqlar aşkar görünürdü. Qazaxıstanla oyunda isə bu çatışmazlıqlar nəticədə də əksini tapdı. Həmin matçda komanda olduqca zəif təsir bağışladı. Qurban bəy Qırğızıstan üzərindəki qələbənin futbolçularında arxayınlıq yaratması fikrini yaxına buraxmayıb. Lakin bəlkə də həmin nəticənin də Astana darmadağınında rolu oldu. Qazaxlara məğlubiyyət Millətlər Liqasında arxayınlığa yer olmadığını, qarşıya bir qədər “dişli” rəqib çıxan kimi vəziyyətin dəyişdiyini göstərdi. Özü də iki oyunda qazandığımız qələbədə rəqiblərin gücünün o qədər də yüksək səviyyədə olmaması da rol oynadı. Ancaq nəzərə alaq ki, bu 3 oyunun heç birində ideal heyətlə oynamamışıq. Bundan başqa, qazaxlara yenilgidən sonra komandanın toparlanıb Latviyanı məğlub etməsi təqdirəlayiq haldı. Bu onu göstərdi ki, Qurbanov futbolçuları psixoloji sarsıntıdan çıxara bildi. Bir sözlə, Millətlər Liqasında çətin olacağı birmənalıdı. Amma ümidi də tam itirmək olmaz. Həmin vaxt əsas heyət oyunçularının durumundan da çox şey asılı olacaq.
Rəqiblər də boş durmadı
FİFA-nın “pəncərəsi”ndən təkcə millimiz yararlanmadı. Millətlər Liqasında mübarizə aparan komanadalar da əl-qolunu çırmalamışdı. Elə bunlardan ikisi - Latviya və Qazaxıstan ilə özümüz yoxlama oyununda üz-üzə gəldik. O ki qaldı yığmamızın payızda start götürəcək turnirdəki rəqiblərinə, Kosovo və Malta da yoldaşlıq matçında qüvvəsini sınadı. Yalnız Farer adaları istisna oldu. Görünür, şimallılar sınaq matçlarına ehtiyac duymayıb. Yeri gəlmişkən, bu ölkədə çempionat davam edir. Bəlkə də buna görə adalılar yoldaşlıq oyunu keçirməyi məqsədəuyğun saymayıblar. Digər iki rəqibə gəlincə, Kosovo yalnız bir qarşılaşmada qüvvəsini sınayıb. Bernar Şallandın yetirmələri mayın 29-da evdə Albaniyanı 3 cavabsız qolla məğlub etdi. Həmin oyunda Kosovonun heyətində Arber Zeneli dubl etmişdisə, bir qolu da Edon Jeqrova vurmuşdu. Kosovolular təkcə bu yoxlama oyunu ilə kifayətləndi. Çünki iyunun 3-də Kot d`İvuarla planlaşdırılan sınaq görüşü baş tutmayıb. Təbii, Millətlər Liqasındakı əsas rəqibimizin son Avropa çempionatının iştirakçısını böyük hesabla məğlub etməsi çox şey deyir. Deməli, bu komandanı qabaqlayıb qrupda lider olmaq o qədər də asan məsələ deyil. Yeri gəlmişkən, Kosovonun yeganə yoxlama oyununda meydanda olan heyəti ilə tanış olun.
Kosovo – Albaniya 3:0
Kosovo: Samir Uykani, Ardian İsmaili, Fidan Aliti, Herolind Şalya (Qyelbirim Taipi, 90), Milot Raşitsa (Edon Jeqrova, 59), Besar Halimi, Donis Avdiyay (Bernard Berişa, 68), Arber Zeneli (Fanol Perdeday, 87), Amir Rahmani, Merqim Voyvoda (Jetmir Krasniqi, 68), Vedat Muriki (Atde Nuhiu, 61).
Malta isə qonuşlarımızla yoldaşlıq oyunlarında üz-üzə gəldi. Doğrudu, “cırtdan”ın da bir yoxlama matçı baş tutmadı. İyunun 4-də Moldova ilə görüş planlaşdırılsa da, sonradan keçirilmədi. O ki qaldı iki yoxlama matçına, maltalılar hər iki sınaq görüşünü səfərdə keçirdi. Mayın 29-da Ermənistanla heç-heçə (1:1) edən Ray Farruciyanın yetirmələri iyunun 1-də Gürcüstana uduzdu (0:1). Ermənilərilə görüşdə maltalılardan Andre Agius 45-ci dəqiqədə penaltidən fərqlənmişdi. Hər iki oyunda Maltanın hansı heyətlə mübarizə apardığını da diqqətinizə çatdıraq.
Ermənistan – Malta 1:1
Malta: Endryu Hoq, Jozef Zerafa (Endryu Koen, 81), Stiv Borq, Andre Agius, Stefen Pizani (Jozef Mbonq, 76), Pol Fenek, Maykl Mifsud (Yurgen Deqabriel, 88), Roderik Briffa (Ceyk Qrek, 72), Ferdinando Apap (Rayan Kamilleri, 86), Alfred Effyonq, Kirian Nvoko (Miles Berman, 65).
Gürcüstan – Malta 1:0
Malta: Henri Bonello, Jozef Zerafa, Stiv Borq, Andre Agius, Pol Fenek (Ceyk Qrek, 65), Maykl Mifsud (Kirian Nvoko, 71), Roderik Briffa (Dunstan Vella, 84), Jozef Mbonq, Miles Berman (Lyuk Qembin, 58), Rayan Kamilleri, Alfred Effyonq (Yurgen Deqabriel, 81).
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar