12 in 00:19yigma

Patelaynen yetirmələrinin qüsurlarını sadaladı

Patelaynen yetirmələrinin qüsurlarını sadaladı
Qurban Qurbanov: “Rəsmi oyunlar üçün komandanın start heyətini təxminən müəyyənləşdirmişəm”
AFFA-nın saytı qarşılaşmadan sonra baş məqçi Qurban Qurbanovun və 3 yığma üzvünün fikirlərinə yer verib. Bizimkilər qələbə sevincini bölüşübsə, Latviya mətbuatına danışan rəqib düşərgədən olanlar fərqli fikirlər səsləndiriblər.
Qurban Qurbanov: "10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik ki, komanda tam hazır olsun. Çox hərəkətli rəqibə qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım. Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçularda, adətən, arxayınlıq ola bilər. Bu daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq. Rəsmi oyunlar üçün komandanın start heyətini təxminən müəyyənləşdirmişəm. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm. Millətlər Liqasında çətin olacaq. İstəyirəm, komanda həmin oyunlara tam hazır olsun. Bizi turnirdə maraqlı qarşılaşmalar gözləyir".
Miksu Patelaynen: “Nəticədən razı deyilik. Estoniya və Litva ilə "Baltik kuboku"ndakı qarşılaşmalarımız yaxşı alınmışdı. Həmin matçlardan sonra təlim-məşq toplanışını və yoldaşlıq görüşləri tsiklini müsbət yekunlaşdıracağımıza ümid edirdim. Lakin hər şey əksinə oldu. Məğlubiyyətdə bütün komanda günahkardı. Futbolçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəifliyi qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdı ki, biz nə dərəcədə hazırıq? Keçirdiyimiz 3 oyunun nəticələrinə əsasən fiziki və psixoloji cəhətdən zəif hazırlığımız rəsmi oyunlar ərəfəsində bizə təhlükə yaradır. Lakin bunlar adi sözlər yox, düşünmək üçün əsasdı. Bunu hamı etməlidi ki, belə hal təkrarlanmasın. Azərbaycan yığmasını təhlil etmişdik. Futbolçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər. Hətta ilk qarşılaşmamızdakı səviyyəyə də yaxın oyun göstərə bilmədik. Ona görə də rəqiblərdən hansının daha güclü olduğunu demək çətindi. Azərbaycana qarşı oynamağa düşüncə olaraq hazır deyildik”.
Emin Mahmudov: “Nəticəyə baxmayaraq, çətin matç oldu. Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirdik. Düzdü, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odu ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik".
Ruslan Abışov: “Qazaxıstan yığmasına yenilgidən sonra qələbə qazanmaq istəyirdik. Onlara 0:3 uduzmağımız təsadüf idi. Bəzi amillər var idi, biz ona hazır deyildik. Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.
Maksim Medvedev: “Qazaxıstana məğlubiyyət bizim üçün dərs oldu. Həmin səhvləri etmədik. Canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qollar vura bildik”.
Artur Karaşauskas: “Baş məşqçimiz bu cür oyuna görə əsəbi idi. Bu zəiflikdən qaynaqlanırmı? Səbəbini özü daha dəqiq deyər. Çoxlu səhvlərə yol verdik və onlar qələbə qazandılar. Hazırda Azərbaycanın çox yaxşı komandası var. Litva və Estoniya ilə müqayisədə onların oyunçuları fərdi cəhətdən daha güclüdü. Bu üzdən topa daha çox nəzarət edir, onunla yaxşı davranır və düzgün qərarlar verirdilər. Müntəzəm hücumlar qura bilməməyimizin səbəblərini açıqlamaq çətindi. Bəlkə bunu kənardan baş məşqçi daha yaxşı görüb. Ardıcıl iki qol öz oyunumuzu göstərmək istəyimizi “öldürdü”. Mümkün qədər tez qol vurmaq istəyirdik, ancaq bacarmadıq, bu da oyunumuza mane oldu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar