12 in 00:18yigma

Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu

Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu
Yoldaşlıq oyunu
240. Latviya - Azərbaycan 1:3 (0:1)

23. Yevgeni Neruqal
20. Kaspar Dubra (k)
18. İqor Tarasov
6. Vladislav Qabov
2. Vitali Maksimenko
16. Aleksandr Fertov
(15. Dmitri Hmiz, 75)
8. Kristian Torres
(13. Vladimir Kames, 46)
14. Yanis İkaunieks
7. Ritvars Ruqin
(21. Qleb Klyuşkin, 46/17. Robert Savalnikes, 89)
11. Artur Karaşauskas
(9. Aleksey Vaşnakov, 69)
10. Valeri Şabala
(3. Robert Uldrikis, 69)
Ehtiyat oyunçular
12. Kasper İksten
4. Qrints Freymanis
5. Andris Yurkovski
19. Vitali Yaqodinski
22. Vitali Reçitski
Baş məşqçi: Miksu Patelaynen

1. Kamran Ağayev (k)
26. Ürfan Abbasov
(21. Təmkin Xəlilzadə, 66)
5. Maksim Medvedev
(30. Rahil Məmmədov, 46)
15. Ruslan Abışov
(6. Bədavi Hüseynov, 81)
4. Pavel Paşayev
2. Qara Qarayev
8. Emin Mahmudov
9. Namiq Ələsgərov
(17. Rəhman Hacıyev, 75)
25. Cavid İmamverdiyev
(18. Coşqun Diniyev, 81)
7. Araz Abdullayev
(22. Mahir Mədətov, 72)
11. Ramil Şeydayev
Ehtiyat oyunçular
12. Anar Nəzirov
23. Səlahət Ağayev
10. Ruslan Qurbanov
13. Dmitri Nazarov
16. Cavid Hüseynov
28. Ufuk Budak
Baş məşqçi: Qurban Qurbanov
Qollar: M.Medvedev, 20 (0:1). C.İmamverdiyev, 57 (0:2). E.Mahmudov, 62 (0:3). R.Uldrikis, 90+3 (1:3).
Vərəqələr: R.Ruqin, 30. V.Kames, 65. C.İmamverdiyev, 72 - sarı.
Hakimlər: DENİS ŞERBAKOV, Yuri Homçanka, Andrey Xetsikov, Aleksandr Anufriyev (hamısı Belarus).
9 iyun. Riqa. “Dauqava” stadionu. 3590 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Yığma təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirdi. Qurban Qurbanovun yetirmələri əvvəlki iki yoxlama matçından birincisində Bakıda Qırğızıstanı 3 cavabsız qolla məğlub etmiş, Astanada isə Qazaxıstana eyni hesabla uduzmuşdu. Düzdü, yoldaşlıq görüşlərdində nəticə o qədər də önəm daşımır. Bu oyunlar əsasən səhvlərin müəyyənləşdirilməsi və aradan qaldırılması baxımından önəmlidi. Srağagünə qədər Latviya ilə üç dəfə üz-üzə gəlmişdik və həmişə də heç-heçə qeydə alınmışdı.
Qazaxıstanla oyunda olduqca zəif təsir bağışlayan yığmanın bu dəfə eyni heyətlə meydana çıxmaması gözlənilən idi. Slavik Alxasov, Amil Yunanov və İlqar Qurbanovun adı, ümumiyyətlə, oyunun sifariş ərizəsinə salınmamışdı. Yeri gəlmişkən, Slaviklə yanaşı, Anar Nəzirovla Ufuk Budak yoldaşlıq oyunlarının heç birində şans qazanmadı. Qazaxlarla oyuna start heyətində başlayanlardan altısı bu dəfə ilk “11-lik”də yox idi. İlqarın adını artıq çəkdiksə, Cavid, Təmkin, Mahir, Dmitri və Ruslan Qurbanov da ehtiyatda idi.
Qurbanovun yetirmələri ilk dəqiqələrdən fəasl təsir bağışladı. Hiss olunurdu ki, komanda qazaxlarla oyundan dərs çıxarıb. Artıq 6-cı dəqiqədə Eminin uzaqdan zərbəsi qapının üstündən keçdi. Hə, yığmanın daha aqressiv və inamlı olduğunu qeyd ediriksə, Latviyanın da zəif oyun göstərdiyini qeyd etməliyik. Rəqibini qapısına doğru sıxışdıran futbolçularımız 20-ci dəqiqədə hesabı açdı. Abışovun qapı qarşısına asmasından sonra qapıçı çıxışda səhvə yol verdi və Maksim topu qapıya yönəltdi. Meydan sahiblərinin iki oyunçusunun komandasını qoldan xilas etmək cəhdləri nəticə vermədi. Bu, Maksimin millidə 3-cü qolu idi və maraqlıdı ki, onun fərqləndiyi oyunlarda yığma qələbə qazanır. Hesab açılandan sonra Patelaynenin yetirmələri bir qədər fəallaşdı. Lakin bu ciddi təzyiq deyildi. 32-ci dəqiqədə Ruqinin zərbəsindən sonra müdafiəçiyə çarpan top istiqamətini dəyişsə də, Kamran onu ələ keçirməkdə çətinlik çəkmədi. Az sonra Ağayevin qapını tərk etməsi az qala yığmaya baha başa gələcəkdi. Ancaq qapıçı Karaşauskasla mübarizədən qalib ayrılmaqla təhlükənin böyüməsinin qarşısını aldı. 39-cu dəqiqədə isə Namiq xəsislik etməsəydi, hesab arasındakı fərq artacaqdı. O rəqibindən syırılıb Cavidə ötürmə vermək əvəzinə, özü zərbə vurmaq qərarına gəldi və fürsəti boşa verdi. İlk hissədə sonuncu yaddaqalan vəziyyəti latviyalılar yaratdı. Şabalanın yaxın məsafədən başla vuruşu zamanı Kamran səhvsiz oynadı.
Komandalar ikinci yarıya dəyişikliklərlə başladı. Qurbanov Maksimin əvəzinə Rahilə verdi. 50-ci dəqiqədə milli meydan sahiblərini yenidən məyus etməyə yaxın oldu. Ancaq Ramil qapıçı ilə üzbəüz epizodda “çərçivə”ni nişan almaqdansa, başla topu düz Neruqalın qucağına atdı. Şeydayev cəmi 7 dəqiqə sonra günahını yudu. Düzdü, hücumçu özü fərqlənmədi. Lakin yığmanın 2-ci qolundan birbaşa işirak etdi. Qapıçının səhvindən sonsa Ramil topu ondan “oğurlayıb” Cavidə fərqlənmək imkanı yaratdı. İmamverdiyev isə sakit tərzdə, aşırma zərbəylə “kürə”ni tora qovuşdurdu. Ancaq milli bununla da kifayətlənmədi. Hər nə qədər rəqib güclü olmasa belə, komandanın daha çox fərqlənməsi xeyrimizədi. Özünəinam və qol duyumunun artması baxımından bu önəmli nüansdı. 63-cü dəqiqədə Caviddən ötürmə alan Emin uzaqdan qüvvətli zərbəylə hesab arasındakı fərqi artırdı. Az sonra Ramil də cərimə meydançasının həndəvərindən “çərçivə”ni nişan aldı, lakin zərbəsi dəqiq olmadı. Həmlələrinə ara verməyən Qurbanovun yetirmələri müntəzəm pressinq tətbiq edir, meydan sahiblərinin əl-qol açmasına imkan vermirdi. 67-ci dəqiqədə isə bəxt Latviyanın tərəfində oldu. Şeydayevin təhlükəli vuruşundan sonra Neruqal topu qaytardı, Ələsgərovun təkrar zərbəsi zamanı isə “mərmi” tirə tuş gəldi. Çox keçmədən Kamran “çərçivə”də etibarlı çıxışı ilə hesabın dəyişməsinə mane oldu. Bu dəqiqələrdə matçda temp xeyli yüksəlmişdi. Bir epizodda Cavid Namiqə fərqlənmək üçün hər cür şərait yaratsa da, sonuncu fürsəti dəyərləndirə bilmədi.
81-ci dəqiqədə Ruslanın əvəzinə Bədavi meydana çıxdı. Uzun müddət yığmadan kənarda qalan Hüseynov əvvəlki iki yoxlama oyununda şans qazanmamışdı. Yeri gəlmişkən, meydanda olduğu müddətdə mərkəz müdafiəçisi əvvəlki kimi inamlı təsir bağışladı. Hərçənd son uzatma dəqiqəsində latviyalılar qollardan birinin əvəzini çıxdı. Robert Təmkini keçib, dəqiq zərbəylə hesab arasındakı fərqi azaltdı. Halbuki buna qədər Patelaynenin yetirmələrini daha bir dəfə məyus etmək olardı. Ancaq Şeydayev əlində düşən imkanı dəyərləndirə bilmədi və Latviya məhz son dəqiqə qolu ilə darmadağından qaçdı.
FARİZ

Gözdən qaçmadı
* “Milli dəstə” yığmanı Riqada tək qoymamışdı. Fanklub Azərbaycan bayrağını dalğalandırır, komandamızı irəli səsləyirdi.
* Latviya çempionatında top qovan Vüqar Əsgərov da millinin oyununa təşrif buyurmuşdu. O, adı iştirak ərizəsində olmayan Slavik, İlqar və Amillə birlikdə oyunu izləyirdi.
* Qarşılaşmanın gedişində maraqlı an yaşandı. Stadionun düz kənarından sərnişin qatarı keçdi.
* İlk yarıda ayaqüstə əlindəki vərəqə qeydlər edən Miksu Patelaynen ikinci hissədə buna ehtiyac duymadı.
* Yığma Qurban Qurbanovun rəhbərliyi altında ilk səfər qələbəsini qazandı.
* Cavid İmamverdiyevlə Emin Mahmudov millidə qol hesabını açdı.
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar