12 in 00:03yigma

Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir

Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir
“Şansımı gözləyirdim, amma oynatmadı”
Millinin son oyunlarında heç meydana çıxmayan oyunçulardan biri Slavik Alxasov oldu. Qurban Qurbanov nə Qazaxıstan, nə də Latviya ilə görüşdə onun xidmətinə ehtiyac duydu. Bir sözlə, Slavik iki ölkəyə turist kimi gedib-qayıtdı. Halbuki “Keşlə”nin müdafiəçisi mövsümü əla keçirib və yaxşı formadadı. Düşünmək olardı ki, Qazaxıstanla qarşılaşma kubokdan cəmi bir neçə gün sonra baş tutduğuna görə oynatmadı, yəni məşqçi ona istirahət verdi. Ancaq Latviyada da nə start heyətində yer aldı, nə də adı protokola salındı. Belədə güman etdik ki, zədə məsələsidi. Ancaq...
- Slavik, zədəlisən?
- Yox, qardaş.
- Bəs niyə millinin oyunlarında iştirak etmədin?
- Bunu baş məşqçidən soruşmaq lazımdı. Səbəbini Qurban müəllim bilir.
- Özün baş məşqçiylə söhbət etmədin bu haqda?
- Yox, danışıq olmadı. Niyə oynatmadığını mənə demədi, özüm də soruşmadım. Yəqin nəsə bildiyi var.
- Nəsə problem var?
- Yox, qətiyyən. Problem olsaydı, toplanışa cəlb etməzdi, elə deyil? Mən də şansımı gözləyirdim, amma oynamadım. Bu dəfə şans vermədi, bəlkə gələcəkdə... Qismət...
- İki fərqli oyun oldu: biri bərbad, o biri babat...
- Qazaxıstanla oyuna da uşaqlar yaxşı hazırlaşmışdı. Qurban müəlim də bizə çatdırmışdı ki, onlar çox pressinq edəcək. Yəni güclü komanda oldugunu bildirmiş, bütün tapşırıqları vermişdi. Arxayınlıqdan söhbət gedə bilməzdi. Sadəcə, alınmadı, uduzduq. Yaxşı ki, uşaqlar üç gün ərzində toparlana bildilər. Hamı məğlubiyyətə görə pis olmuşdu. Bütün komanda istəyirdi ki, Latviya ilə oyunu yaxşı nəticə ilə başa vurub qazaxlara məğlubiyyəti unutduraq. Şükürlər olsun, istədiyimiz kimi alındı.
- Amma kənardan elə görünürdü ki, sanki Latviya tam gücü ilə oynamadı. Nəsə zəif təsir bağışladılar.
- Ola bilər, kənardan elə görünüb. Mən də tribunadan izlədim oyunu. Amma biz onlara imkan vermədik oynamağa. Bütün komponentlərdə rəqibi üstələyirdik. Layiqli qələbə qazandıq.
- Oyunu Latviyada top qovan Vüqar Əsgərovla bir yerdə izləyirdin. O Latviya haqda nə dedi?
- Hə, Vüqarla yanaşı əyləşmişdik. Rəqib haqda onu dedi ki, tam heyətlə oynayırlar. O da millimizin üstün olduğunu vurğuladı.
- Səncə, Millətlər Liqasına nə qədər hazırıq?
- Millətlər Liqası bizim üçün yaxşı şansdı. Maksimuma nail olmalıyıq. Bütün xırdalıqları nəzərə almaq lazımdı ki, ora 100 faiz hazır olaq. Zaman göstərəcək hazırıq, ya yox. İnşallah, hər şey yaxşılığa doğru olacaq. Yığma üzvləri yayı, ümumiyyətlə, qarşıdakı üç ayı boş oturmamalı, üzərində çalışmalıdı. Sentyabra kimi formada qalmalı, bir qədər də “artırmalıyıq”.
- Gələk “Keşlə”yə. Bildiyimə görə, sənə başqa yaxşı təkliflər də var idi. Ancaq “Keşlə” ilə 2 illik müqavilə bağladın.
- Doğrudu, təkliflər var idi. Ancaq mən “Keşlə”də qalmağa qərar verdim. Çünki bu komandada özümü rahat, evdəki kimi hiss edirəm. Ona görə başqa kluba getməyi məsləhət bilmədim. “Keşlə” mənim üçün doğmalaşıb.
- Qərarını kubokdan əvvəl vermişdin, yoxsa...
- Kuboku qazanmağın da təsiri oldu qərarıma. Bir növ mənə, ümumiyyətlə, bütün komandaya stimul oldu. Düşündüm ki, yeni mövsümdə mükafatçı yerə oynamaq olar.
- Əvvəlki şərtlərlə uzatdın müqaviləni, yoxsa daha sərfəli təklif oldu?
- Şərtlərə o qədər də əhəmiyyət vermədim. Özüm qalmaq istədim. Çünki burda uğurlarım oldu, son mövsümü də titulla başa vurduq, çempionatda məğlubiyyətsiz seriya yaxaladıq.
- Maksimovla yola getmək çətin deyil? Axı, o aqressivdi.
- Yox, mən elə deməzdim. Hər məşqçinin bir cür xasiyyəti var. Elə bilirsiz, məşqçilər sakit təbiətli olurlar? (gülür) Aqressivlik bütün məşqçilərdə olur, bu normaldı. Maksimov məşqdə bir, oyunda başqa cür görünə bilər. Amma ümumilikdə o, şən, həmişə əhval-ruhiyyəsi yerində olan biridi.
- “Keşlə” ötən il də Avroliqada çıxış etmiş, ağır şərtlərə, transfer qadağasına baxmayaraq, mərhələ adlamışdı. Bu il hara qədər gedə biləcəyinizi proqnozlaşdırırsan?
- Bu il də maksimum çalışacağıq ki, mümkün qədər uzağa gedək. Nəticə qazanmağın yolunu bilən məşqçimiz var, qələbə qazanmaq üçün nə lazımdısa, edəcəyik. Təlim-məşq toplanışında var qüvvəmizlə hazırlaşacağıq.
- Komandanın hazırlığına gec qoşulacaqsan? Əlavə istirahət veriblər? Axı, kuboka görə başqalarından gec çıxdız tətilə, sonra da yığmanın düşərgəsində oldun.
- Nə qədər istirahət edəcəyimi bilmirəm. Hələ bilmirik, nə vaxtdı toplanış. Yəqin zəng vurub deyəcəklər. Eşitdiyimə görə, iyunun 20-dən sonra yığışacağıq.
- Harda istirahət edirsən?
- Rayonda. Ailəmin yanındayam. Bundan yaxşı istirahət görmürəm (gülür).
MİRAĞA
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar