11 in 23:44yigma

“Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı”

“Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı”
İnqilab Məmmədov Rəşad Sadıqovun etirazını qəbul etmədi
21 yaşadək futbolçulardan ibarət milli üç gün əvvəl Macarıstanla yoxlama matçında hesabda iki top fərqi ilə geri düşməsinə rəğmən, geridönüş edərək 3:3 bərabərə qaldı. Rəşad Sadıqovun komandası qollardan birini penaltidən vurdu. 0:2-dən sonra, konkret 49-cu dəqiqədə baş hakim İnqilab Məmmədov millinin xeyrinə mübahisəli penalti təyin etdi. Şübhəli penalti qərarı macarlar tərəfindən kəskin etirazla qarşılandı. Elə eyni düşüncədə olan komandamızın baş məşqçisi Rəşad Sadıqov da İnqilab Məmmədova "İnqilab, belə etmə də" deyərək, etiraz etdi. O, oyunsonrası açıqlamasında da hakimin qərarına münasibət bildirdi: “Rəqibin qapısına təyin olunan penalti haqda onu deyə bilərəm ki, mənə belə penalti lazım deyil. İnanın, macarlar 3-cü qolu vurub yenidən fərqi 2 topa çatdıranda sevindim. Hakim yerlidi, bu baxımdan rəqibin aqressivliyi başadüşüləndi”.
Gənc mütəxəssisin bu davranışı müsbət jest olaraq qəbul oluna bilər. Ancaq burda zərbə altında qalan şəxs İnqilab Məmmədov olur. Belə desək, “yanan da o, yaman da”. Onsuz da hakimlərimizin Rəşaddan çəkinməsi və bu səbəbdən ona yarınmağa çalışması ilə bağlı söz-söhbət dolaşır. Olmazdımı baş məşqçi macarların etirazını yatırmaq və ədaləti bərpa etmək üçün yetirmələrinə topu kənara vurmağı göstəriş versin? Axı, Sadıqov özü yaxın keçmişdə bir-iki dəfə oxşar situasiyanın şahidi olub. “İnter”lə (indiki “Keşlə”) matçda Elvin Məmmədov, Türkiyədəki yoxlama oyunlarının birində Mahir Mədətov Qurban Qurbanovun tapşırığı ilə penaltini kənara vurub və Rəşad da bunları görüb.
Elə İnqilab Məmmədov da bizim kimi düşünür. Referi yığmaya kömək etmək istəmədiyini və həmin epizodda əmin olduğu üçün macarların qapısına penalti verdiyini deyir: "Mən geniş şərh vermək istəmirəm. Adi yoxlama oyunu idi və yığmamıza köməkdən söhbət belə gedə bilməz. Sadəcə, epizodu elə gördüm və penalti təyin etdim. İdarəçilik normal idi. Rəşadın narazı qalıb-qalmaması barədə şərh vermək istəmirəm. Hər halda, haqlı hesab etmirdisə, “feyr-pley”ə əməl etmək, topu çölə vurmaq olardı. U-21-in Qazaxıstanla oyununda qapımıza şübhəli penalti təyin olunmuşdu. Heç onların məşqçisi buna narazılıq bildirmədi. Yenə deyirəm, yığmanın hakim köməyinə ehtiyacı yox idi. İnsafən, uşaqlar yaxşı oynadılar. Nə mənim, nə də həmkarlarımın Sadıqovdan qorxmasından söhbət gedə bilməz. Səhv ola bilər, amma bu məqsədli ola bilməz".
Yeri gəlmişkən, İnqilab Məmmədovdan iyunun 22-dən 24-dək Bakıda təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinə hazırlıqla bağlı da detalları da öyrəndik. Axı, FİFA referisi yığmamızın da iştirak edəcəyi yarışda baş hakim olacaq: “Avropa Liqasının Bakı mərhələsində 8 komanda iki qrupda mübarizə aparacaq. Millimiz Portuqaliya, Belarus və Fransa ilə birgə 1-ci, İsveçrə, İtaliya, Ukrayna və Almaniya isə 2-ci qrupda yer alıb. Oyunlar ardıcıl 3 gün - ayın 22-si, 23-ü və 24-də keçiriləcək. Komandalar 20-si Bakıya gələcək və “Bulvar otel”lə “Park İnn”də qalacaqlar. Oyunlar Su İdman Sarayının yanındakı meydanda keçiriləcək. Ümumilikdə 12 oyundan ibarət yarışı 7 hakim idarə edəcək. Məndən və Əli Cəbrayılovdan başqa Roman Borisov (Rusiya), Aqo Kartmann (Estoniya), Raul Qonsales (İspaniya), Viktor Taşkov (Bolqarıstan), Oleq Çebotori (Moldova), Lauryan Arzuolaitis (Latviya) AL-in oyunlarına təhkim olunub”.
MİRAĞA
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar