08 in 23:15yigma

U-21 Macarıstana qarşı

U-21 Macarıstana qarşı
İyunun 4-də Qazaxıstanla səfərdə 1:1 oynayan 21 yaşadək futbolçulardan ibarət yığma bu gün növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Orta asiyalılarla görüşdə hesabı erkən açmasına rəğmən, son dəqiqələrdə penaltidən buraxdığı qolla üstünlüyü əldən verən Rəşad Sadıqovun komandası “Dalğa Arena”da Macarıstanla üz-üzə gələcək. Oyun saat 19.00-da start götürəcək.
Avropa çempionatında 6-cı qrupda yer alan və qrup lideri olmaq şansını saxlayan Macarıstanı sentyabrda həlledici oyunlar gözləyir. Bununla belə, Mixael Boris Bakıya optimal heyət gətirməyib. Buna səbəb əsas heyət üzvlərindən bir neçəsinin əsas milliyə cəlb olunmasıdı. Federasiyanın rəsmi saytı ayın 6-da ölkəmizə gələn komandanın gənc oyunçularından Daniel Zengin, Bense Tot, Kevin Varqa, Şoboşlay Dominik və Con Fiddlerin əsas yığmaya cəlb olunduğu barədə xəbər yayıb. Belədə baş məşqçi komandaya üç 1999 doğumlu futbolçu (Andres Şafer, Kundrák Norbert, Şabo Bense) dəvət edib. U-19-un üzvləri növbəti tsikl üçün hazırlanır.
Mixael Boris yığmamızla oyun barədə fikirlərini bildirib: “Bakıda indiyə qədər U-21-də olmayan və ya daha az şans qazanan bəzi futbolcuları iş başında görmək istəyirəm. Bu fürsət indi əlimə düşüb. Çünki seçmə oyunlarda risk etmək istəmirəm. Heyətdə hər zamankından daha gənci, debütantlar var. Amma həyəcanlanmıram, çünki yenilərin mübarizə aparacağına və U-21-ə düşmək baxımından fürsəti dəyərləndirəcəklərinə inanıram. Təbii ki, məqsədimiz, sadəcə, yeniləri test etmək deyil. Yaxşı oynamaq və Bakıdan qalib dönmək istəyirik. Millinin hazırlıq proqramının qısa olmasına rəğmən, yetirmələrini Bakıya aparmağa şərait yaradan klublara təşəkkür edirəm”.
Qeyd edək ki, Macarıstan Bakıya 17 nəfərlik heyətlə gəlib: qapıçılar - Baláş Tot (Puşkáş Akadémiyası), Adam Zima (Doroq); müdafiəçilər – Bense Pavkoviç (Uypeşt), Norman Şabo (Vats), Keskes Akos (Kroun Kiels), Şalay Atilla (Mezokovesd), Kristof Hinora (Nyireqaza); yarımmüdafiəçilər – Atilla Haris (Balmazuyvaroş), Georgi Hursan (Bekeşaba), Georgi Bense (Şeged 2011), Bano-Şabo Bense (Honved), Forqaş Peter (Budafok), Matias Tayti (Malaqa, İspaniya), Şabo Bense (Nyireqaza), Andres Şafer (MTK); hücumçular - Kundrak Norbert (Soroksar), Qabor Makray (DVTK).
Yığmamıza gəlincə, hələ Qazaxıstana səfər ərəfəsində zədə səbəbindən düşərgədən uzaqlaşdırıldığı bildirilən Rövlan Muradovla Budaq Nəsirov istisna olmaqla, heyətdə ciddi itki yoxdu. Yalnız Ehtiramın yüngül zədəsi var ki, o da meydana çıxa bilər. Beləliklə, Rəşad Sadıqov bu futbolçuların xidmətindən yararlana bilər: Kamran İbrahimov, Ömər Buludov, Anton Krivotsyuk, Elvin Sərkərov (hamısı “Neftçi”), Amin Seydiyev, Rüstəm Nuriyev, Qismət Alıyev, Hacıağa Hacılı (hamısı “Qəbələ”), Hüseynəli Quliyev, Şakir Seyidov, Fəhmin Muradbəyli (hamısı “Səbail”), Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev (hər ikisi “Sumqayıt”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Murad Mahmudov, Renat Dadaşov (hər ikisi “Ayntraxt” Frankfurt/ Almaniya), İbrahim Hüseynov, Toral Bayramov (hər ikisi “Qarabağ”), Sərtan Taşkın (Keşlə), İsmayıl İbrahimli (MOİK), Ziya Əzizov (“Den Boş”, Hollandiya), Fərid Nəbiyev (“Şevardeni 1906”, Gürcüstan), Ozancan Kökcü (“Valveyk”, Hollandiya).
Qarşılaşmanın hakimlərinə gəlincə, oyunu İnqilab Məmmədov idarə edəcək. Ona Knyaz Əmiraslanov və Cəmil Quliyev kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Народ кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar