08 in 23:09yigma

Latviya ilə oyun belaruslu hakimə tapşırıldı

Latviya ilə oyun belaruslu hakimə tapşırıldı
Yığma dünən Qazaxıstanı Latviyaya dəyişdi. Məlum olduğu kimi, Qurban Qurbanovun yetirmələri sabah latviyalılarla yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Həmin görüşün hakimləri açıqlanıb. Qarşılaşmanı Belarusdan olan referilər idarə edəcək. Paytaxt Riqadakı “Dauqava” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 19.00-da start götürəcək matçın baş hakimi Denis Şerbakov olacaq. Ona Yuri Homçanka və Andrey Xetsikov kömək edəcək, 4-cü hakim funksiyasını Aleksandr Anufriyev yerinə yetirəcək.
Qeyd edək ki, Denis Şerbakov bizə tanış simadı. Onun yolu bir neçə dəfə təmsilçilərimizlə kəsişib. Belaruslu referi 2014-cü ildə Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Koper” qarşılaşmasını idarə edib. “Ağ-qaralar” həmin oyunda 1:2 hesabıyla uduzmuşdu. Adı çəkilən hakim 2015-ci ildə isə U-21-lər arasında AÇ-nin seçmə mərhələsinin Azərbaycan – Avstriya matçında ədaləti qoruyub. Bu dəfə bizimkilər 2 cavabsız qolla məğlub olub. Həmin oyunda Şerbakov millimizin qapısına penalti təyin edib. Onun Bakıya 3-cü səfəri 2016-cı ildə gerçəkləşib. AL-in 1-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” – “Samtredia” görüşünü məhz belaruslu FİFA referisi idarə edib. Sözügedən oyunda “Qəbələ” rəqibini 5:1 hesabı ilə üstələdi.
Yeri gəlmişkən, bu qarşılaşmanı stadiondan canlı izləmək istəyənlər sektorlardan asılı olaraq 2-10 avro (4-10 manat) aralığında xərcə düşəcək.
Bu arada Latviyanın yarımmüdafiəçisi Yanis İkaunyek qarşıdakı oyunla bağlı fikir bildirib: “İki il əvvəlkindən yaxşı çıxış edirik. İndi müdafiədə etibarlı, hücumda kəsərli və aqressiv oynaya bilirik. “Baltik Kuboku”nda qarşılaşdığımız Litva və Estoniya ilə oyunlarla müqayisədə Azərbaycanla matç daha ciddi olacaq. Bu yığmanın heyəti daha keyfiyyətlidi. Onlar başqalarından fəal və hərəkətli kollektivdi. Əlbəttə, Azərbaycanla oyunda da iştirak etmək istəyirəm. Ancaq bunun baş verib-verməyəcəyini bilmirəm. Çünki əvvəlki iki görüşdə də 90 dəqiqə meydanda olmuşam. Ümid edirəm ki, baş məşqçi mənə Azərbaycana qarşı da oynamaq şansı verər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar